Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-580/2025 24.06.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X3 İsa oğlunun sədrliyi, Həsənov Ariz Arif oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, qardaşı xx.xx.1990-cı il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə verərək, işin baxılmamış saxlanmasını, ərizənin ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq maraqlı şəxs Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə ərizənin qaytarılması barədə ərizəçinın xahişi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və maraqlı şəxs işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Odur ki, ərizəçi ərizənin qaytarılmasını (baxılmamış saxlanmasını) xahiş etdiyindən və maraqlı şəxs işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən ərizə baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan, onun rəsmi qaydada verildiyi tarixdən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ədil Məmmədov
Məhkəmə qərarları › İş №2(125)-580/2025
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-580/2025
24.06.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver