Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-5837/2024 28.11.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X3 Şakir oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, İddiaçı, cavabdehlər X1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər X1 və Cavabdeh2 qarşı “evin dəyərinin qiymətləndirilərək mütənasib olaraq pul ekvivalentində miras payı almaq hüququnun verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər X1 və Cavabdeh2 qarşı “evin dəyərinin qiymətləndirilərək mütənasib olaraq pul ekvivalentində miras payı almaq hüququnun verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, atasının ona qoyduğu evin dəyərinin real qiymətləndirilməsinə mütənasib olaraq, pul ekvivalentində miras payını almaq hüququnun verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı məhkəməyə vəsatət təqdim edərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin baxılmadan ona geri qaytarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehlər X1 və Cavabdeh2 ayrı-ayrılıqda iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasına etiraz etmədiklərini bildirdilər. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən iddiaçıya qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Məhkəmə həmçinin qeyd edir ki, iddia ərizəsi geri qaytarıldığından iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər X1 və Cavabdeh2 qarşı “evin dəyərinin qiymətləndirilərək mütənasib olaraq pul ekvivalentində miras payı almaq hüququnun verilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı geri qaytarılsın. Qərardaddan həmin qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən işə baxan Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-5837/2024
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-5837/2024
28.11.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver