Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-5864/2025 29.09.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızı, İddiaçı Cavabdehnə qarşı «borcun silinməsi» tələbi barədə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən hesablanmış 72*.64 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri tədqiq edərək, məhkəmə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsinin qəbul olunmasından imtina edilməlidir. Belə ki, iddia ərizəsinin 24.*9.2*25-ci il tarixdə məhkəməyə daxil olmasından sonra məlumatların «Elektron məhkəmə» informasiya sistemi vasitəsi ilə yoxlanılması zamanı Cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxs olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə görə ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 48-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülki-prosessual hüquq qabiliyyəti) malikdir. Həmin Məcəllənin 49.1-ci maddəsinə görə öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 44.1-ci maddəsinə görə hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır. Hüquqi şəxsin hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı «borcun silinməsi» tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 1* gün müddətində ondan «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Xədicə Səfərli AZƏRBAYCAN RESPUBLİKASİ GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ AZ 2***, Gəncə şəhəri, Atatürk prospekti 256 Tel: (*22) 266-2*-8*, Faks: (*22) 256-*2-91 № 2(125)-1216/2*22 2* iyul 2*22-ci il X2 Samux rayonu, Sərkar kəndi Gəncə Şəhər Məhkəməsinin 2* iyul 2*22-cı il tarixli, 2(125)-1216/2*22 nömrəli qərardadının surəti Sizə göndərilir. Qoşma : qərardadın surəti – *1 vərəqədə. X6 İş № 2(125)-1481/2*25 PROTOKOL (məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət barədə) Gəncə Şəhər Məhkəməsi 24 yanvar 2*25-ci il Gəncə şəhəri X1, İddiaçı Cavabdehnə qarşı «borcun silinməsi» tələbi barədə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri tədqiq etdi. Prosessual hərəkəti saat 14:25-də başladı. İşə baxan hakim olaraq ərizəni və iş materiallarını nəzərdən keçirib, İddiaçı Cavabdehnə qarşı «borcun silinməsi» tələbi barədə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməsi barədə qərardad qəbul etdi. Məhkəmə iclasından kənar ayrıca prosessual hərəkəti 24 yanvar 2*25-ci il tarixdə saat 14:35-də qurtardı. X6
Məhkəmə qərarları › İş №2(125)-5864/2025
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-5864/2025
29.09.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver