Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-5901/2024 15.10.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Xurşudov Nadir Şahin oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs X8 və Bakı 2 saylı Mediasiya Təşkilatı) “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Hazırkı mülki işin mübahisəsiz halları ondan ibarətdir ki, Ərizəçi (bundan sonra ərizəçi) və X10 (bundan sonra - maraqlı şəxs) ilə xx.xx.2014-cü ildə Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsində 229 nömrəli akt qeydi ilə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan xx.xx.2015-ci il təvəllüdlü X5 doğulmuşdur. Birinci tərəf X7, ikinci tərəf Ərizəçi, həmçinin mediator X2 iştirakı ilə bağlanılmış xx.xx.2023-cü il tarixli barışıq sazişinə əsasən, tərəflər iddia predmeti barədə könüllü razılığa gəlmişlər. İddia predmeti üzrə tərəflər razılaşaraq Tərəflər hikahın davam etdirilməsi ilə bağlı razılığa gələ bilmədilər bu səbəbdən nikahın pozulması ilə bağlı tərfələr Ərizəçi və X10 Azərbaycan Respublikası Ailə Məcəlləsinə əsasən adiyyəti rayon məhkəməsinə müraciət edə bilərlər; 2-ci tərəf X10 övladı xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 220 manat omaqla 1-ci tərəf Ərizəçi aliment ödənişi etməyə söz veridi. Həmçinin hər il minimum aliment ödənişində artım olduğu təqdirdə X10 həmin ilin ilk ayından olmaq şərtilə aliment artımına uyğun olaraq aliment ödənişi etməyə söz verdi; 2-ci tərfə X10 övladı xx.xx.2015-ci il təvəllüdlü X3 (anası) 1-ci tərəf Ərizəçi ilə aralarında bağlanmış nikahın məhkəmə qaydasında pozulmasından sonra himayəsində və yanında qalmasına heçbir etirazı yoxdur; 1-ci tərəf Ərizəçi ilə 2-ci tərfə X10 arasında birgə nikah dövründə əldə olunan daşınar və daşınmaz əmlakla bağlı mübahisəsi yoxdur həmçinin 1-ci tərfə cehiz əşyaları, qızıl zinnət əşyaları ilə bağlı 2-ci tərəfdən heçbir tələbi yoxdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinə uyğun olaraq övladlarına aid olan əşyalar bölünmür, 2-ci tərəf X10 övladına aid olan əşyaları və 1-ci tərəfə aid olan əşyaları təhvil verilməsinə etiraz etmir; 1-ci tərəf Ərizəçi övladı xx.xx.2015-ci il təvəllüdlü X6 ilə (atası) X7 həfdənin şənbə, bazar günləri olmaqla bayram günləri, qeyri iş günlərində vaxt keçirməsinə (dərs günləri istisna olmaqla) tətil günlərində 1-ci tərəfi qabaqcadan xəbardar etməklə müəyyən vaxt yanında qalmasına etiraz etmir. Bakı Şəhər Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(009)-371/2024 saylı qətnaməsi ilə X10 ilə Ərizəçi arasında 04 mart 2014-cü il tarixdə Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsində bağlanmış və 229 saylı akt qeydi ilə rəsmiləşdirimiş nikahı pozulması; tərəflərin birgə nikahından doğulmuş 05 fevral 2015-ci il təvəllüdlü X4 anası Ərizəçi yanında saxlanılması qət edilmişdir. Ərizəçi (maraqlı şəxs X10) ərizə və ona əlavə ilə məhkəməyə müraciət edərək, onunla X10 arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin alimentin ödənilməsi hissəsində təsdiq olunmasınıa dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X10 aralarında bağlanmış barışıq sazişinə əsasən öhdəsinə götürdüyü öhdəliyi icra etməkdən yayınır. X1 olaraq hər hansı köməklik göstərmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq ərizəçi və maraqlı şəxs məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, mülki işin materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Həmin Qanunun 33.3-cü maddəsinə əsasən, barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən, bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 355- 23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-26.1-ci maddəsinə əsasən, barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Ailə Məcəlləsinin 22.2.2-ci maddəsinə əsasən, uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunun müəyyən edilməsi nikah məhkəmə qaydasında pozularkən, məhkəmənin həll etdiyi məsələlərdəndir. Həmin Məcəllənin 75.1ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlama borcludurlar. Həmin Məcəllənin 75.4cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişkən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. İşin tədqiq edilmiş halları əsasında müəyyən edilmişdir ki, maraqlı şəxs mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişini alimentin ödənilməsi hissəsində sazişin imzalandığı xx.xx.2023-cü il tarixdən 10 gün müddətində könüllü şəkildə lazımınca icra etməmişdir. Bu halı təkzib edən hər hansı dəlil məhkəməyə təqdim edilməmişdir. Bununla yanaşı, barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina üçün əsaslar qanunvericiliklə nəzərdə tutulmuşdur. İmtina üçün qeyd edilən əsaslardan hər hansı biri iş materialları ilə müəyyən olunmur, habelə maraqlı şəxs sazişlə üzərinə götürdüyü öhdəliyin icrasından azad olunmasına dair sübut təqdim etməmişdir. Belə olan halda, ərizə əsaslı olduğu üçün təmin edilməlidir. Məhkəmə alimentin tutulma müddətini araşdıraraq hesab edir ki, alimentin tutulma müddəti sazişə əsasən tərəflərin qarşılıqlı razılıqla müəyyən etdiyi xx.xx.2023-cü il tarixdən başlanmalıdır. Belə ki, Ailə Məcəlləsinin 100.3-cü maddəsinə əsasən məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə alimentin tutulmasına aid hissədə dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 355-23-355-26, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Ərizəçi, X10, həmçinin mediator X2 iştirakı ilə bağlanılmış xx.xx.2023-cü il tarixli barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin: “X10 övladı xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 220 manat omaqla Ərizəçi aliment ödənişi etməyə söz verdi. Həmçinin, hər il minimum aliment ödənişində artım olduğu təqdirdə X10 həmin ilin ilk ayından olmaq şərtilə aliment artımına uyğun olaraq aliment ödənişi etməyə söz verdi” Aliment xx.xx.2023-cü il tarixdən başlayaraq hesablansın. Qətnamə aliment tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №2(125)-5901/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-5901/2024
15.10.2024 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver