Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-5905/2023 02.10.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X3 Tahir oğlunun sədrliyi, Abuzərova Nərmin Allahverdi qızının katibliyi və cavabdeh "xxxx" ASC "xxxx" MMC «Gəncə Sukanal» Törəmə Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Siyavuş oğlunun cavabdeh "xxxx" ASC "xxxx" MMC «Gəncə Sukanal» Törəmə Səhmdar Cəmiyyətinə qarşı qanunsuz hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq məhkəmə, müəyyən etdi : İddiaçı Siyavuş oğlu cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" ASC tərəfindən qanunsuz olaraq hesablanmış 679,34 manat məbləğin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Siyavuş oğlu məhkəməyə ərizə təqdim edərək cavabdeh "xxxx" ASC-nin əsl cavabdeh «Gəncə Sukanal» Törəmə Səhmdar Cəmiyyəti ilə əvəz edilməsini məhkəmədən xahiş etmişdir. Bundan başqa İddiaçı Siyavuş oğlu məhkəməyə ərizə təqdim edərək iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin baxılmadan geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC "xxxx" MMC «Gəncə Sukanal» Törəmə Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X2 iddia ərizəsinin geri qaytarılmasına etirazı olmadığını bildirdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı Siyavuş oğlunun cavabdeh "xxxx" ASC "xxxx" MMC «Gəncə Sukanal» Törəmə Səhmdar Cəmiyyətinə qarşı qanunsuz hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Göstərilənləri nəzərərə alaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 170.1, 264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı Siyavuş oğlunun cavabdeh "xxxx" ASC "xxxx" MMC «Gəncə Sukanal» Törəmə Səhmdar Cəmiyyətinə qarşı qanunsuz hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(125)-5905/2023
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-5905/2023
02.10.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver