Məhkəmə qərarları › İş №2(125)-5916/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-5916/2023

13.12.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-5916/2023 13.12.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, ərizəçinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Gəncə Şəhər İcra Hakimiyyəti) «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi (maraqlı şəxs Gəncə Şəhər İcra Hakimiyyəti) «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» barədə ərizə ilə məhkəməyə müraciət edərək, 22 fevral 2**5-ci il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçinin nümayəndəsi Nümayəndə məhkəmə iclasında ərizəni müdafiə edərək izahatında bildirdi ki, ərizəçi onun bacısıdır. Ərizəçi X5 ilə birgə nikahından 22 fevral 2**5ci ildə Məryəm adlı uşaq anadan olmuş, sonradan həmin şəxslər arasında olan nikah münasibətləri pozulmuş və Qazax Rayon Məhkəməsinin 16.*2.2**9-cu il tarixli qətnaməs ilə həmin şəxslər arasında olan nikah pozulmuşdur. Ərizəçi və X5 arasında nikahın pozulmasından sonra M.M.Həsənqarayeva Ərizəçi himayəsində qalmışdır. M.M.Həsənqarayeva anadangəlmə kvadroplegik spastik, serebral iflic, uşaq serebral iflici, tetraplegik xəstəliyindən əziyyət çəkir. M.M.Həsənqarayeva həmin xəstəlikləri ilə əlaqədar özünü idarə edə, ən zəruri tələbatlarını ödəyə və öz adından hüquq münasibətlərinə daxil ola bilmir. Hazırda M.M.Həsənqarayevanın 18 yaşı tamam olmuşdur və Ərizəçi M.M.Həsənqarayevanın adından hər hansı əqdi bağlaya bilmir. Buna görə də M.M.Həsənqarayevanın fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi zərurəti yaranmışdır. Sonda Nümayəndə ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. İş üzrə maraqlı şəxs Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçinin nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İİ seriyalı *1446* nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X4 22 fevral 2**5-ci il tarixdə Tovuz rayonunda anadan olmuşdur. Həmin uşağın atası X5, anası Ərizəçidır. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsinə dair 15.*8.2*23-cü il tarixli çıxarışdan görünür ki, X4 «kvadroplegik spastik, serebral iflic, uşaq serebral iflici, tetraplegik forma» xəstəliyindən əziyyət çəkir və müddətsiz olaraq birinci dərəcəli əlilldir. İş materiallarında olan Qazax rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 1*.*8.2*23-cü il tarixli arayışdan görünür ki, X5 və Ərizəçi arasında olan nikah *2.*3.2**9cu il tarixdə pozulmuşdur. İşdə olan Qazax rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş 29.11.2*23-cü il tarixli arayışdan görünür ki, Qazax Rayon Məhkəməsinin 25.11.2*2*-ci il tarixli, 2(*23)- 132*/2*2* nömrəli icra vərəqəsinə əsasən X3 22.*2.2**5-ci ildə doğulmuş Məryəm adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün 28.*9.2*2*-ci il tarixdən başlayaraq hər ay 15* manat sabit pul məbləğində aliment tutulmalıdır. İş materiallarında olan ambulator məhkəmə psixiatrik ekspertizasının 17.1*.2*23-cü il tarixli 66* nömrəli rəyindən görünür ki, 22 fevral 2**5-ci il tarixdə anadan olmuş X4 ağır dərəcəli əqli gerilik, davranış pozuntuları, uşaq serebral iflicinin qalıq əlamətləri ilə XBT-1* (Psixi və davranış pozuntulamın beynəlxalq təsnifatı 1*- cu baxış) F72.1 xəstəliyindən əziyyət çəkir. 22 fevral 2**5-ci il tarixdə anadan olmuş X1 ağır dərəcəli əqli gerilik, davranış pozuntuları, uşaq serebral iflicinin qalıq əlamətləri ilə XBT-1* (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 1*-cu baxış) F72.1 xəstəliyi ilə əlaqədar öz hərəkətlərinin mənasını başa düşmək, özünü idarə etmək və ya öz hərəkətlərinin mənasını dərk etmək iqtidarında deyildir. X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilir. Beləliklə, işdə olan sübutlarla təsdiq olunur ki, X4 ağır dərəcəli əqli gerilik, davranış pozuntuları, uşaq serebral iflicinin qalıq əlamətləri ilə XBT-1* (Psixi və davranış pozuntulamın beynəlxalq təsnifatı 1*-cu baxış) F72.1 xəstəlikdən əziyyət çəkməsi səbəbindən öz əməlinin faktiki xarakterini tam dərk etmək və öz əməlini tam idarə etmək qabiliyyətində deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyyəti olmayan hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Bununla əlaqədar məhkəmə hesab edir ki, 22 fevral 2**5-ci il tarixdə Tovuz rayonunda anadan olmuş X4 fəaliyyət qabiliyyətli olmayan hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-22*, 227, 358-36* və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. 22 fevral 2**5-ci il tarixdə Tovuz rayonunda anadan olmuş X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamə fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs 22 fevral 2**5-ci il tarixdə Tovuz rayonunda anadan olmuş X2 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar