Məhkəmə qərarları › İş №2(125)-5970/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-5970/2023

22.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-5970/2023 22.11.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X43 Tahir oğlunun sədrliyi, Abuzərova Nərmin Allahverdi qızının katibliyi, ərizəçilər Ərizəçi1, Ərizəçi2, vəkilləri Vəkil və Ərizəçi1 etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakları ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 Maraqlı şəxsnə qarşı qohumluq münasibətində olma və ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 Maraqlı şəxsnə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, X10 və X16 X11 övladları olması, qohumluq münasibətində olması faktının, X10 və X16 1941-ci il tarixdə, X11 1943-cü ildə ölməsi, babaları X11 atası X6 isə 1930-cu ildə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdirlər. Bundan başqa ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizənin diqiqləşməsi barədə barədə məhkəməyə ərizə təqdim edərək, ataları X17 və X12 X21 ilə X16 qardaşları olması, X17, X12, X10 və X16 X11 uşaqları olması, yəni qohumluq münasibətində olma faktının da müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdirlər. Ərizəçi ərizələrini onunla əsaslandırmışdırlar ki, Gəncə rayon XDS-nin İcraiyyə Komitəsinin 29 oktyabr 1970-ci il tarixli keçmiş 26 ünvan 1 ünvanda yerləşən mülkdəki sahəsi lit "A"-da 23.6 kv.m yaşayış otağı, 13.0 kv.m ölçülü eyvan, 6,4 kv.m tambur, 24.4 kv.m zirzəmi, "lit" B” də 29,9 kv.m yaşayış otağından, 38.4 kv.m, 16.4 kv.m ölçülü eyvanların, 12.0 kv.m tamburun, lit B-də 40.0 kv.m yaşayış otağından, 37.0 kv.m açıq eyvanın, lit-1-də 16,9 kv.m, əl damı və 600.00 kv.m torpaq sahəsinin qanunlaşması haqqında olan rəyinin təsdiq edilməsi, həmin tikililərin vərəsələrin istifadəsində saxlanılması qərara alınmışdır. Mülk X5, X10 və babaları X11 adınadır. Qərarda babaları Qurban və əmiləri Adil, İlyas qardaş kimi qeyd edilmişdir. Ancaq İlyas və Adil əmiləri, Qurban isə babalarıdır. Əmiləri Adil və İlyas müharibədən qabaq tutulub keçmiş SSR-nin Rusiya Federasiyası ərazisində olan cəza çəkmə müəssisələrindən birinə göndərilmiş, onlar 1941-ci ildə müharibə başlayan zaman müharibəyə getmiş və müharibədə həlak olmuşdurlar. Babalarının və əmilərinin qeydiyyat şöbəsində doğum qeydi və ölüm qeydi aparılmadığı üçün, həmçinin X5nun və X10, onların babaları X6 ölüm qeydi aparılmadığı üçün mülkü adlarına keçirə bilmirlər. Buna görə də məcbur olub ataları X17 və X12 X21 ilə X16 qardaşları olması, atalarının və əmilərinin X11 uşaqları olması, X16 və X10 1941-ci ildə X25 ölmələri, babaları Qurbanın isə 1943-cü ildə ölməsi faktlarının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmişdirlər. Məhkəmə iclasında Ərizəçi1 ərizənin məzmununa uyğun izahat verib, əlavə olaraq göstərdi ki, atası X30, X2 İlyas Qurban oğlu və X26 ilə qardaş olmuşdurlar. X23 isə babası olmuşdur. Əmilərindən və babasından Gəncə rayon XDS-nin İcraiyyə Komitəsinin 29 oktyabr 1970-ci il tarixli qərarına əsasən keçmiş 26 ünvan 1 ünvanda miras əmlak qalmışdır. Atası Əziz 1974-cü ildə ölmüşdür. X5 və X21 1941-ci ildə X25 ölmüşlər, babası Qurban isə 1943-cü ildə ölmüşdür. Həmin vaxt Sovet Hakimiyyəti qurulmadığı üçün babasının və əmilərinin qeydiyyat şöbəsində doğum qeydi və ölüm qeydi aparılmadığı üçün onlardan miras qalmış əmlakı adına rəsmiləşdirə bilməmişdir.Ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Ərizəçi1 etibarnamə üzrə nümayəndəsi Nümayəndə ərizənin məzmununa uyğun izahat verib, əlavə olaraq göstərdi ki, Kərimov Əziz atası, Kərimov Qiyas isə əmisidir. Atasıgil 4 uşaq olmuşdur. Əziz, Qiyas, Adil və İlyas. Adil və İlyas müharibəyə gedib qayıtmamışdır. Sözügedən ev isə babasından atası Əzizə və əmisi Qiyasa miras qalmışdır. Hazırda oğulları həmin mirası qəbul etmək istəyir. 2013-cü ildə atası Əzizin sənədləri ilə bağlı Arxiv İdarəsinə müraciət etmiş, ancaq sənədlər tapılmamışdır. Atasının hərbi bileti və ölüm kağızı vardır. 1917-ci ildə anadan olmuşdur. Yaşadıqları evi bölüşdürmüşdürlər. Adil və İlyas atasından böyük olmuşdur. Ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Ərizəçi2 digər Ərizəçi1 ilə eyni məzmunda izahat verərək, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ərizəçilər Ərizəçi1 və Ərizəçi2 vəkili Vəkil ərizənin məzmununa uyğun çıxış edərək təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs məhkəməyə məktub ünvanlayaraq işə iştirakları olmadan baxılmasını və müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X31 ifadəsində göstərdi ki, ərizəçilər qonşularıdır. Ərizəçi Eldarın atası Əziz, Zirəddinin atası Qiyasdır. Əzizin nə vaxt vəfat etdiyini dəqiq bilmir, təxmini 1978-1980-ci illərdə, Qiyas isə Əzizdən sonra vəfat etmişdir. Fəridə Qiyasın yoldaşı, Nisə isə Əzizin yoldaşı olmuşdur. Qiyas, Əziz və iki qardaşları olmaqla, 4 uşaq idilər. Atasıgil o vaxt danışmışdılar ki, qardaşlar müharibəyə getmiş, orada vəfat etmişdirlər. Qardaşların adlarını bilmir. Atası 1980-ci ildə vəfat etmişdir. Atası demişdir ki, onun, yəni atasının əmiləri və Əzizin qardaşları müharibəyə gedib, qayıtmamışdır. Onların ləqəbi Kəbleyi Qurbanlardır. Məhkəmə iclasında şahid qismində dindirilən X39 izahatında göstərdi ki, ərizəçilər qonşularıdır. Həmin evdə böyümüşdür. Qiyasın qardaşı Əzizdir. Əziz Qiyasdan böyük olmuşdur. Əziz 1973-cü ildə vəfat etmişdir. Təxmini bildiyinə görə Qiyas da Əzizdən sonra vəfat etmişdir. Yas mərasimlərində də qonşu kimi iştirak etmişdir. Nisə Əzizin yoldaşı, Fəridə isə Qiyasın yoldaşı olmuşdur. Digər qardaşlar isə deyilənə görə müharibəyə gedib, qayıtmamışdırar, müharibədə vəfat etmişdirlər. Onları görməmişdir. Soyadları Kərimovdur. Onlara Kəblə qurbanları demişdirlər. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını və şahid ifadələrini dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, ərizə qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:- İ-İE 101865 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1956-cı ildə anadan olmuş Ərizəçi2 ata qrafasında Kərimov Qiyas K.Qurban oğlu, ana qrafasında isə X3 qeyd edilmişdir. AZ-229691 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1962-ci il tarixdə anadan olmuş Ərizəçi1 ata qrafasında X30, ana qrafasında isə X4 qeyd edilmişdir. AZ-İ 990516 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X24 xx.xx.2019-cu il tarixdə ölmüşdür. AZ-İ 181748 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X27 xx.xx.2006-cı ildə ölmüşdür. İ-JQ 300012 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X30 xx.xx.1974-cü ildə ölmüşdür. AZ-İ 498659 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X18 xx.xx.2011-ci ildə ölmüşdür. Azərbaycan Respublikası Dövlət Arxivinin Gəncə filialı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arxiv arayışından görünür ki, Azərbaycan SSRİ X46 KomissarlığıVətəndaşlıq X15 Şöbəsində xx.xx.1938-ci ildə 1262 nömrəli akt qeydi ilə 1927-ci ildə doğulmuş Qiyas Kərimovun ata qrafasında X1 qeyd edilmişdir. Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 05/Q-2935/15 nömrəli məktubdan görünür ki, X11, X16 və X10 ölüm haqqında tibbi şəhadətnaməsinin olmamasını nəzərə alaraq, ölüm haqqında şəhadətnamələrin verilməsi mümkün olmamışdır. İşin müəyyən olunmuş hallarından görünür ki, ərizəçilərin babaları X8, X5 və X9 miras əmlak qalmışdır. Ərizəçilərin əmilərinin və babalarının doğumu və ölümü barədə akt qeydi aparılmadığından qohum olmalarını təsdiq edən sənədi əldə edə bilmədikləri üçün onlardan miras qalmış əmlakı vərəsəlik qaydasında əldə edə bilməmişdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. MM-in 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir, habelə şəxslərin qohumluq münasibətlərində olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Belə olan halda məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməklə, X21 və X16 ərizəçilər Ərizəçi1 və Ərizəçi2 əmiləri olmaları, X11 isə babaları olması, X16 və X10 1941ci ildə, X11 isə 1943-cü ildə ölməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 216-220, 227, 233, 307, 308, 311, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizə qismən təmin edilsin. X21 və X16 ərizəçilər Ərizəçi1 və Ərizəçi2 əmiləri olmaları, X11 isə babaları olması, X16 və X10 1941-ci ildə, X11 isə 1943-cü ildə ölmələri faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə Gəncə Şəhər Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar