Məhkəmə qərarları › İş №2(125)-5973/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-5973/2023

14.12.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-5973/2023 14.12.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X3 Əli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı borc müqaviləsinin etibarsız hesab olunması tələbinə dair iddiası üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı borc müqaviləsinin etibarsız hesab olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə onun arasında olan 8İ-4362 saylı, xx.xx.2022-ci il tarixli borc müqaviləsinin etibarsız hesab olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Samux rayonu Yeni Nəbiağalı qəsəbəsində yaşayır. Samux rayon İnstitut qəsəbə sakini Cavabdeh ilə bir neçə müddət avtomobil alveri etmişdir. xx.xx.2022-ci il tarixdə cavabdeh onunla Samux rayon Notariat Kontorunda borc müqaviləsi bağlayaraq, notariusda ona 18.000 manat pul vermiş, o da müqviləyə imza atmışdır. Lakin Notariat Kontorundan çıxandan sonra cavabdeh həmin pulu ondan almışdır. O, bağladıqları müqaviləni ləğv etməyi təklif etsə də, cavabdeh ona narahat olmamasını, pul barədə heç bir orqana müraciət etməyəcəyini bildirmişdir. Sonradan ona məlum olmuşdur ki, həmin müqavilə üzrə icra sənədi Samux rayon İcra və Probasioya Şöbəsinə icra olunması üçün yönəlib. Əslində isə onun cavabdehə cəmi 8500 manat borcu vardır. Odur ki, Cavabdeh ilə onun arasında olan 8İ-4362 saylı, xx.xx.2022-ci il tarixli borc müqaviləsinin etibarsız hesab olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, əlavə olaraq bildirmişdir ki, Cavabdeh ilə onun arasında olan xx.xx.2022-ci il tarixli borc müqaviləsinin etibarsız hesab olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etməyərək, verdiyi izahatında göstərmişdir ki, iddia tələbi ilə razı deyil. İddiaçı ondan 18.000 manat borc pul almış, lakin öhdəsinə götürdüyü tarixdə borcunu geri qaytarmamışdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçısının izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan xx.xx.2022-ci il tarixli 3M-493 reyestr saylı kredit müqaviləsinin notariat qaydasında təsdiqlənmiş surətindən görünür ki, İddiaçı Cavabdeh 18000 manat borc pul almış və həmin məbləğdə pulu xx.xx.2022-ci il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən Cavabdeh İddiaçı 18000 manat məbləğində borc pul vermişdir. Lakin, cavabdehdən Notariat Kontorunda aldığı borc pulun həmin Notariat Kontorundan çıxandan sonra cavabdeh tərəfindən geri alındığını qeyd edərək, borc müqaviləsinin etibarsız hesab edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi borc müqaviləsinin etibarsızlığı ilə bağlı olduğundan həmin münasibətlərə müqavilənin etibarsızlığını tənzimləyən normalar tətbiq edilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla İddiaçı Cavabdeh 18000 manat məbləğində borcunun olduğu təsdiq olunur. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 340.1-ci maddəsinə əsasən, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Həmin Məcəllənin 351.1-ci maddəsinə əsasən, əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir. Həmin Məcəllənin 351.3-cü maddəsinə əsasən, əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. Həmin Məcəllənin 351.4-cü maddəsinə əsasən, əgər əhəmiyyətsiz ikitərəfli əqdi hər iki tərəf təsdiq edirsə, şübhələrin olduğu halda onlar, əgər əqd lap əvvəldən etibarlı olsaydı, onlara çatası hər şeyi bir-birinə verməyə borcludurlar. Həmin Məcəllənin 351.5-ci maddəsinə əsasən, təsdiqetmə yalnız o zaman etibarlı olur ki, müqavilə və ya əqd əxlaq tələblərinə zidd olmasın və üçüncü şəxslərin mənafelərini pozmasın. İş materiallarından göründüyü kimi xx.xx.2022-ci il tarixli 3M-493 reyestr saylı kredit müqaviləsinə əsasən İddiaçı Cavabdeh 18000 manat borc pul almış və həmin məbləğdə pulu xx.xx.2022-ci il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı cavabdehdən aldığı borc pulun Notariat Kontorundan çıxandan sonra cavabdeh tərəfindən geri alınmasını qeyd etsə də, göstərilən halları təsdiqləyəcək hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı borc müqaviləsinin etibarsız hesab olunması tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar