Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-5980/2024 24.12.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Xurşudov Nadir Şahin oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdehnə və Gəncə X3 İdarəsinə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdehnə və Gəncə X3 İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, Çarıqçılar küçəsi, ev 47 ünvanına hesablanmış 777,60 manat borcun silinməsi və həmin ünvana yeni elektron sayğacın pulsuz quraşdıırlmasına dair öhdəliyin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə Gəncə X3 İdarəsinin xidmət sahəsinin mütəxəssisləri tərəfindən sayğaca baxış keçirmiş və müdaxilə fakt aşkarlanıb akt tərtib edilmişdir. Sayğac dövlət yoxlamasına göndərilmiş və sayğacın çıxış borusunun deşilməsi müəyyən edilmişdir. Eyni zamanda əgər onların müdaxiləsi olsaydı sayğacın plombunun yerində olmaması barədə akta qeyd edilərdi. Sayğac evin xaricində yerləşir və ona müdaxilə qeyri-mümkündür. Ona görə ki, plomb sayğacın üzərində olmuşdur. Onu da qeyd edir ki, yeni quraşdırılmış sayğac mexaniki sayğacdır. Qazdan istifadə edilmədiyi halda sayğacın rəqəmləri işlək halda olur. O, dəfələrlə idarəyə şifahi surətdə ona tətbiq olunan cərimənin düzgün tətbiq edilmədiyi, həmin borcun silinməsi və sayğacın elektron sayğacla əvəz olunmasını bildirmişdir. O, hərbiçidir, öz xalqına xidmət edir və həmin ünvanda öz anası ilə birlikdə yaşayır. Göstərilənlərə əsasən, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, tələbin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh tərəf məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsini dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli akta əsasən, yoxlama zamanı sayğacın çıxış plasmas borusunun deşik olması aşkar edilmiş, dəymiş ziyanın hesablanması və abonent tərəfindən ödəniməsi qeyd edilmişdir İş materiallarında olan 09 sentyabr 2024-cü il tarixli abonent saldosundan görünür ki, **********50000 abonent kodu üzrə 2023-cü ilin dekabr ayında (qalıq və aktlar üzrə) 777,60 manat borc hesablanmışdır. İş materiallarında olan 29 dekabr 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz sayğacının plasmas borusuna deşici alətlə müdaxilə olunduğundan 6480 kubmetr (6x12x90) qaz sərfiyyatı olmuşdur və dəymiş ziyan ödənilməlidir. “Elektron məhkəmə” informasiya sisteminə verilmiş sorğu nəticəsində əldə edilmiş məlumata əsasən, Gəncə şəhəri, Çarıqçılar küçəsi, ev 47B İddiaçı adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi, yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə qaz abonenti cavabdehlik daşımır. Həmin cavabdehliyi qaz paylayıcısı olan cavabdeh özü daşıyır. Cavabdeh tərəf iddiaçıya borc hesablasa da, qaz sayğacına qaz abonenti tərəfindən müdaxilə edilməsi və ya həmin borcun əsaslı hesablanması faktını təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Bütün bunlar isə cavabdeh tərəfindən mülki hüquqdan sui-istifadədir. İddiaçının abonent koduna vurulmuş itirilmiş qazın dəyərinə görə 777,60 manat borc iddiaçının qanunla qorunan hüquqlarını pozur. İddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əlavə pul hesablanması yolverilməzdir. Beləliklə, məhkəmə hesab edir ki, saygac çıxarılan zaman onda hər hansı qüsurun olması və ya abonent tərəfindən müdaxilə edilməsi ilə bağlı heç bir qeyd aparılmadığından, həmin vaxt sayğaca müdaxilə olunması X2 əməkdaşları tərəfindən aşkar olunmadığından, ümumiyyətlə bundan sonra sayğacın hansı şəraitdə saxlanılması müəyyən olunmadığından, hansı akt əsasında ziyan hesablanması sübut olunmadığından, sayğaca iddiaçı və ya onun ailə üzvləri tərəfindən müdaxilə olunub-olunmaması müəyyən edilmədiyindən və bu hal qeyd edilən aktdan da görünmədiyindən, iddiaçının adına hesablanmış 777.60 manat borc silinməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı sözügedən ünvanda yeni sayğacın quraşdırılmasını xahiş etsə də, həmin hissədə iddianın əsaslı olmasını təsdiqləyən hər hansı sübut təqdim etməmişdir, buna görə iddia həmin hissədə təmin edilə bilməz. Məhkəmə həmçini qeyd edir ki, iddia Cavabdeh Gəncə X3 İdarəsinə qarşı irəli sürülsə də, həmin İdarə müstəqil hüquqi şəxs olmadığından, beləliklə hazırkı iş üzrə tələbin yönələcəyi cavabdeh ola bilməyəcəyindən iddia ona qarşı hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 50.3-ci maddəsinə əsasən, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, Cavabdeh İB tərəfindən sözügedən ünvanda qaz sərfiyyatına görə hesablanmış borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən ünvan 1 ünvanına qaz sərfinə görə **********50000 abonent kodu üzrə hesablanmış 777 (yeddi yüz yetmiş yeddi) manat 60 (altmış) qəpik borc silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №2(125)-5980/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-5980/2024
24.12.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver