Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-600/2023 07.03.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətəçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Gəncə Şəhər İcra Hakimiyyəti) «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi (maraqlı şəxs Gəncə Şəhər İcra Hakimiyyəti) «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» barədə ərizə ilə məhkəməyə müraciət edərək, *3.*5.2**3-cü il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında xahişini müdafiə edərək izahatında bildirdi ki, o, 2**2-ci il tarixdə X3 ilə nikahlarını rəsmiləşdirmədən ailə qurmuş və onların birgə yaşadıqları müddətdə *3 may 2**3-cü il tarixdə Eltun, 12 may 2**4-cü il tarixdə Elvin və 19 may 2*11-ci il tarixdə Səma adlı üç uşaqları anadan olmuşdur. Onların *3 may 2**3-cü il tarixdə anadan olmuş Eltun adlı övladları anadangəlmə iflic xəstəsidir, psixi, nitqi, fiziki inkişafdan geri qalmışdır və artıq yetkinlik yaşına çatmış, ona kvadroplegik spastikserebal iflic, uşaq serebal iflicinin davamlı qalıq əlamətləri, ağır dərəcəli əqli gerilik, psixi, nitqi, fiziki inkişafdan geri qalma diaqnozu qoyulmuş, 1-ci dərəcəli əlillik verilmişdir. Eltun Bədəlov yetkinlik yaşına çatdığından və xəstəliyi səbəbindən özünü dərk və idarə etmək iqtidarında olmadığından, onunla bağlı bütün sosial və hüquqi məsələlərin həlli ilə bağlı bir valideyn olaraq onun övladı üzərində qəyyum təyin olunmasına ehtiyac vardır. Buna görə də hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Sonda Ərizəçi ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. İş üzrə maraqlı şəxs Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İİİ seriyalı 5127*2 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 *3 may 2**3-cü ildə Rusiya Federasiyasının Sankt Peterburq vilayətində anadan olmuşdur. Həmin uşağın atası X3, anası Ərizəçidır. İşdə olan Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair 11 noyabr 2*22-ci il tarixli məlumatdan görünür ki, X4 «kvadropegik spastik serebral iflic, uşaq serebral iflicinin davamlı qalıq əlamətləri, ağır dərəcəli əqli gerilik, psixi, nitqi, fiziki inkişafdan geri qalma» diaqnozu ilə birinci dərəcəli əlildir, əmək qabiliyyətsizdir. İş materiallarında olan ambulator məhkəmə psixiatrik ekspertizasının 17 yanvar 2*23-cü il tarixli 26 nömrəli rəyindən görünür ki, X2 hazırda ağır dərəcəli əqli gerilik, davranış pozuntuları, uşaq serebral iflicinin qalıq əlamətləri ilə XBT-1* (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 1*-cu baxış) F72.1 psixi xəstəliyi aşkar olunur. X4 öz hərəkətlərinin mənasını anlamaq və öz hərəkətlərini idarə etmək qabiliyyətində deyildir və fəaliyyət qabiliyyəti olmayan hesab edilə bilər. Beləliklə, işdə olan sübutlarla təsdiq olunur ki, X4 «uşaq serebral iflicinin qalıq əlamətləri ilə XBT-1* (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 1*-cu baxış) F72.1 psixi xəstəliyi» ilə əlaqədar öz hərəkətlərinin mənasını başa düşmək və öz hərəkətlərinə rəhbərlik etmək iqtidarında deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyyəti olmayan hesab edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, *3 may 2**3-cü ildə Rusiya Federasiyasının Sankt Peterburq vilayətində anadan olmuş X4 fəaliyyət qabiliyyətli olmayan hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyətli olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-22*, 227, 358-36* və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi xahişi təmin edilsin. *3 may 2**3-cü ildə Rusiya Federasiyasının Sankt Peterburq vilayətində anadan olmuş X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. X4 üzərində qəyyum təyin edilməsi Gəncə şəhəri İcra Hakimiyyəti Başçısı aparatı yanında Qəyyumluq və Himayəçilik üzrə Daimi Komissiyaya həvalə edilsin. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-600/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-600/2023
07.03.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver