Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-6017/2025 11.03.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Dəmirli Orxan Əhməd oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Gəncə Şəhər İcra Hakimiyyəti) «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçinin tələbi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1968-ci ildə anadan olmuş X3 fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Tələbinin əsaslandırılması: Ərizə onunla əsaslandırılmışdır ki, həyat yoldaşı X6 xx.xx.1968-ci ildə anadan olmuşdur. O uzun müddətdir ki, baş beyin atrofiyasının qalıq əlaməti, aterosklerofik demensiya F01.8.MMSE 25. Xəstəliyindən əziyyət çəkir. Ona bu xəstəliklərinə görə 1-ci dərəcəli əlillik verilmişdir. Ələsgərova Rübabə öz hərəkətlərini və davranışlarını başa düşmür, deyilənləri anlamır, qeyri-adi hərəkətlər edir, nəzarətsiz qalarsa həyatı üçün təhlükəli hərəkətlərə yol verə bilər. O kənar şəxsin köməyi olmadan həyat üçün vacib olan hərəkətləri yerinə yetirə bilmir. Ona daim kimsə nəzarət etməsə öz ziyanına hərəkətlər edə bilər.Həyat yoldaşı X3 hərəkətlərinə daim nəzarət olunması üçün onun üzərində qəyyum təyin edilməsinə ehtiyac vardır. Buna görə də Gəncə Şəhər İcra Hakimiyyəti başçısına müraciət etmişdir. Lakin oradan verilən cavabda bununla əlaqədar məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur.Göstərilənlərə əsasən ərizənin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları: İş üzrə Ərizəçi çıxışında bildirdi ki, Rübabə Ələsgərova onun həyat yoldaşıdır. Rübabə ilə 1991-ci ildə ailə həyatı qurub, Rübabə 2024-cü ildən xəstədir, hal-hazırda nə danışa bilmir, nə hərəkət edə bilmir. Çıxışının sonunda ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunmuş: - Nikahın bağlanması haqqında V-ЖГ seriyalı, 446460 nömrəli şəhadətnamənin surətindən görünür ki, Ərizəçi və X6 10 iyul 1991-ci ildə nikaha daxil olmuşlar və nikahın bağlanması haqqında akt qeydləri kitabında 102 nömrə ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra ərə “ Hüseynov”, arvada “ Ələsgərova” soyadı verilmişdir. - Gəncə şəhəri Psixo-Nevroloji Dispanseri tərəfindən verilən xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, xx.xx.1968-ci il təvəllüdlü X1 şəhər X5 Psixiatr Komissiyası tərəfindən müayinə olundu və ona “baş beyin atrofiyasının qalıq əlaməti, aferosklerofik demensiya F01.8” diaqnozu qoyulmuşdur. - Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş 30 sentyabr 2025-ci il tarixli, 5- 1/2-H-19-2533/2025 nömrəli cavab məktubundan görünür ki, Rübabə Ələsgərovanın yetkinlik yaşına çatması, habelə psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilmələri səbəbilə qəyyumluğa verilməsi qanunla nəzərdə tutulmamışdır. Odur ki, Rübabə Ələsgərovanın fəaliyyət qabiliyyəti olmayan hesab edilmələri məsələsinə baxılması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317-ci maddəsinə əsasən məhkəmə müraciət etməsi tövsiyə olunmuşdur. - Gəncə şəhər Psixonevroloji Dispanseri tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, vətəndaş X6 xx.xx.2025-ci il tarixdən hal-hazıradək X11 Dispanserində Baş beyin atrofiyasının qalıq əlaməti ateroskliotik demensiya F01.8.MMSE 25 diaqnozu ilə qeydiyyatda durur. - Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 942 saylı rəyindən görünür ki, X4 «damar mənşəli demensiya-ağıl zəifliyi» müəyyən edilir. Yoxlanılan X2 öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X6 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyyəti olmayan hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 37-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üzrə işlərin aidiyyəti tikintiyə, qurğuya, torpaq sahəsinə sahiblik faktının müəyyən edilməsinə dair həmin tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerdə baxılan işlər istisna olmaqla, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə işlərə ərizəçinin olduğu yerdə baxılır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 317.2-ci maddəsinə görə Məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır 321.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmənin mövqeyi: Məhkəmə ərizəçini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işdə olan sübutlarla və ekspert rəyi ilə təsdiq olunur ki, X6 «damar mənşəli demensiya-ağıl zəifliyi» xəstəliyindən əziyyət çəkir və o öz əməlinin faktiki xarakterini dərk etmək və öz əməlini idarə etmək iqtidarında deyildir. Bununla əlaqədar məhkəmə hesab edir ki, xx.xx.1968-ci il təvəllüdlü X6 fəaliyyət qabiliyyətli olmayan hesab edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 (yüz) manat mənləğində dövlət rüsumu Ərizəçi aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. xx.xx.1968-ci ildə Basarkeçər rayonunda doğulmuş X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. İş üzrə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Orxan Dəmirli
Məhkəmə qərarları › İş №2(125)-6017/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-6017/2025
11.03.2026 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver