Məhkəmə qərarları › İş №2(125)-607/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-607/2023

14.03.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-607/2023 14.03.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X9 Əli oğlunun sədrliyi, Bayramova Zöhrə Oktay qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Gəncə şəhər İcra Hakimiyyəti başçısının Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyət olmayan hesab edilməsinə” dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Gəncə şəhər İcra Hakimiyyəti başçısının Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, 3*.*5.2**1-ci il təvəllüdlü X2nun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, övladı X8 3* may 2**1-ci il tarixdə Gəncə şəhəri, Hacıkənd qəsəbəsində anadan olmuşdur. X2 uzun müddətdir əqli gerilik, qulluq və müalicə tələb edən, ciddi davranış pozğunluqları diaqnozu ilə xəstədir. Oğlunun daimi müalicəyə ehtiyacı var. Oğlu öz hərəkətlərinin mənasını tam başa düşmək və onlara rəhbərlik etmək iqtidarında deyildir. Oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi ona fəaliyyət qabiliyyəti olmayan şəxsə qulluq göstərilməsinə görə dövlət tərəfindən müəyyən edilən güzəşt və imtiyazlardan istifadə etmək üçün zəruri olmuşdur. Gəncə Şəhər Kəpəz rayon İcra hakimiyyəti başçısına 28.1*.2*22-ci il tarixdə müraciət edərək 3*.*5.2**1-ci il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmadığını nəzərə alaraq oğluna qəyyum təyin edilməsinə dair sərəncam verilməsini xahiş etmişdir. Lakin müraciətinə cavab olaraq bildirilmişdir ki, X8 məhkəmə qaydasında “fəaliyyət qabiliyyəti olmayan şəxs” hesab edildikdən sonra İcra Hakimiyyəti başçısı tərəfindən məsələyə dair müvafiq sərəncam verilə bilər. Odur ki, məhkəmədən övladı 3* may 2**1-ci il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizədə göstərilənlərlə eyni məzmunda izahat verərək ərizəsinin təmin edilməsini, X2nun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Gəncə şəhər İcra Hakimiyyəti başçısının Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına məhkəmə iclasının yeri və vaxtı barəsində qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına nümayəndəsi gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsini mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti Başçısı Aparatının *2.11.2*22-ci il tarixli məktubunun sürətindən görünür ki, Ərizəçi 3*.*5.2**1-ci il təvəllüdlü X5 qəyyum təyin edilməsi barədə müraciətinə cavab olaraq bildirilmişdir ki, 3*.*5.2**1-ci il təvəllüdlü X8 məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edildikdən sonra məsələyə dair müvafiq sərəncam verilə bilər. İş materiallarında olan Gəncə Şəhər Psixiatriya xəstəxanasından Çıxarış epikrizindən görünür ki, 3*.*5.2**1-ci il təvəllüdlü X8 *2.*8.2*2*-ci il tarixdən 29.*8.2*2*-ci il tarixədək F72-ağır dərəcəli əqli gerilik, psixopatabənzər davranış, nitq qüsuru diaqnozu ilə stasionar müalicədə olmuşdur. İş materiallarında olan Gəncə Şəhər Psixiatriya xəstəxanasından Çıxarış epikrizindən görünür ki, 3*.*5.2**1-ci il təvəllüdlü X8 *1.*2.2*21-ci il tarixdən 23.*2.2*21-ci il tarixədək F72-ağır dərəcəli əqli gerilik, psixopatabənzər davranış, nitq qüsuru diaqnozu ilə stasionar müalicədə olmuşdur. İş materiallarında olan 1*.*1.2*23-cü il tarixli Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən verilmiş məlumatdan görünür ki, 3*.*5.2**1-ci il təvəllüdlü X5 ağır dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, İQ 27 diaqnozları qoyulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin arayışından görünür ki, X8 birinci dərəcəli əlildir. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X6 ilə X7 arasında olan nikah 14 fevral 2**2-ci il tarixdə ləğv edilmiş, nikah ləğv olunandan sonra arvada Məmmədova soyadı verilmişdir. İşdə olan Gəncə şəhər Kəpəz rayon VVAQ şöbəsi tərəfindən verilmiş AZ-İ № **17*7 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X8 3*.*5.2**1-ci il tarixdə Gəncə şəhəri, Hacıkənd qəsəbəsində anadan olmuşdur. X1, anası X4r. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyə qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyum müəyyənləşdirilir. Məhkəmə qeyd edir ki, şəxsi fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etmək üçün iki vacib meyarın (əlamətin) olması gərəkdir. Bu meyarların ikisi də mülki qanunvericiliyin yuxarıda qeyd olunan maddəsində göstərilmişdir. Bunlar hüquqi meyar və tibbi meyardır. Hüquqi meyarın mahiyyəti şəxsin öz hərəkətlərinin mənasını başa düşməməsindən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməməsindən ibarətdir. Tibbi meyarın mahiyyəti fiziki şəxsin ağıl zəifliyinə malik olmasından və ya psixi xəstə olmasından ibarətdir. Ağıl zəifliyi dedikdə, elə bir psixi xəstəlik başa düşülür ki, bunun nəticəsində fiziki şəxsin əqli fəaliyyəti zəifləyir, aşağı düşür, bu isə həmin şəxsin öz əməllərini düzgün qiymətləndirmək qabiliyyətinə mane olur. Ruhi xəstəlik dedikdə, şizofreniya, epilepsiya, maniakal-depressiv psixoz və digər xəstəliklər başa düşülür. Fiziki şəxsin psixi vəziyyəti məhkəmə-psixiatriya ekspertizası tərəfindən müəyyən edilir. Şəxsin pxisi vəziyyətini müəyyən etmək üçün Gəncə şəhər Məhkəməsinin 13.12.2*22-ci il tarixli qərardadı ilə məhkəmə-psixiatrik ekspertizası təyin edilmişdir. 25.*1.2*23-cü il tarixdə məhkəməyə daxil olmuş 13.*1.2*23-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji Dispanseri tərəfindən verilmiş *9 saylı rəydən görünür ki, X8 uşaqlıqdan ağır dərəcəli kəmağıllılıq, davranış pozuntuları və nitq qüsuru ilə XBT-1* (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı-1*-cu baxış) F72.1 xəstəliyi keçirdiyindən öz hərəkətlərinin mənasını anlayıb öz hərəkətlərini idarə etmək qabiliyyətində deyildir. Bununla əlaqədar olaraq X8 hazırda fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Göstərilənlərə əsasən, toplanmış və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək məhkəmə hesab edir ki, X8 hal-hazırda öz hərəkətlərinin mənasını başa düşmək və onları idarə etmək iqtidarında deyildir. Buna görə də X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə hesab edir ki, 3*.*5.2**1-ci il tarixdə Gəncə şəhəri, Hacıkənd qəsəbəsində anadan olmuş X8 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-22*, 227, 233, 32*, 321, 36*-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 3*.*5.2**1-ci il tarixdə Gəncə şəhəri, Hacıkənd qəsəbəsində anadan olmuş X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar