Məhkəmə qərarları › İş №2(125)-608/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-608/2024

27.03.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-608/2024 27.03.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçı, habelə üçüncü şəxslər Nurlan Abbaslının və Kamran Abbaslının qanuni nümayəndəsi İddiaçı, iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə1, Cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (üçüncü şəxslər X15, X16, X12 və X2) “miras əmlakda payların müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və ona əlavə ərizə ilə məhkəməyə müraciət edərək, X3 xx.xx.2021-ci il tarxidə vəfatından sonra birgə nikahda əldə etdikləri ünvan 1 ünvanda 0,032 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 1845 kvm olan fərdi yaşayış evi; Gəncə şəhəri, Gülüstan qəbəsi, 15 saylı binanın, 19 saylı mənzili; Gəncə şəhəri, Gülüstan qəsəbəsi, 2 saylı binanın, 13 saylı mənzili, **-BH-*** dövlət nömrə nişanlı “VAZ 2103” minik maşını; **-CD-*** dövlət nömrə nişanlı “Tofash Shahin” minik maşını, habelə 208000 manat dəyərində tibbi ləvazimatların üzərində ½ hissədə miras payının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh onun qaynatasıdır. Qaynatası Cavabdeh qaynanası X11 ilə xx.xx.1979-cu il tarixli rəsmi nikahları olmuş, birgə yaşadıqları müddətdə ünvan 2 ünvanda 0,032 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 1845 kvm olan fərdi yaşayış evi xx.xx.2007-ci il tarixdə; Gəncə şəhəri, Gülüstan qəbəsi, 15 saylı binanın, 19 saylı mənzilini xx.xx.2007-ci il tarixdə; Gəncə şəhəri, Gülüstan qəsəbəsi, 2 saylı binanın, 13 saylı mənzilini xx.xx.2012-ci il tarixdə əldə etmişlər. Qeyd edilən daşınmaz əmlaklar daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçmiş və müvafiq çıxarışlar verilmişdir. X11 ilə Cavabdeh birgə nikahlarından mərhum həyat yoldaşı X17 xx.xx.1985-ci il tarixdə anadan olmuşdur. O, xx.xx.2007-ci iltarixdə X17 ilə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş və birgə nikahdan iki uşaqları anadan olmuşdur. X11 xx.xx.2021-ci ildə vəfat etmişdir. Onun vəfatından sonra oğlu Abbasov Tural mülkü faktiki idarə etməklə vərəsəliyi qəbul etmişdir. X3 vəfatından sonra vərəsəliyi yalnız həyat yoldaşı Sərdar və oğlu Tural qəbul etmişdir. X17 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra o və iki övladı miras mülkü faktiki qəbul etməklə vərəsəliyi qəbul etmişlər. İddiaçı əlavə olaraq bildirmişdir ki, Cavabdeh və X11 birgə nikahda olduğu dövrdə **-BH-*** dövlət nömrə nişanlı “VAZ 2103” minik maşını; **-CD-*** dövlət nömrə nişanlı “Tofash Shahin” minik maşını əldə etmişlər. Bundan başqa, onlar birgə klinika yaratmışlar və həmin klinika üçün 75000 manat dəyərində USM aparatı, 35000 manat dəyərində Fizioterapiya cihazları, Laboratoriya üçün 15000 manat dəyərində Hematoloji, 25000 manat dəyərində Biokimya, 30000 manat dəyərində Hormon, 25000 manat dəyərində Exo cihazı, 3000 manat dəyərində Akvarium (Tural Abbasova məxsus idi) almışlar. Cavabdehin təmsilçisi iddiaya etiraz verərək, iddia tələbinin qismən edilməsinə, yəni etiraza göstərdiyi paylarla müəyyən edilməsinə etiraz etmir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının tələb etdiyi evlərdən biri, Qələbə küçəsi 1 saylı ünvanda yerləşən ev 14 dekabr 2006-cı il tarixli “vərəsəlik hüququ haqqında” şəhadətnaməyə əsasən miras əmlak olaraq cavabdehin mülkiyyətinə keçmişdir. Ona görə də, mirasın kütləsinə aid edilə bilməz. Gəncə şəhəri, Gülüstan qəsəbəsində yerləşən digər iki mənzillər cavabdehlə onun həyat yoldaşının birgə nikah dövründə əldə edilmişdir. Həmin mənzillərin ½ hissəsi cavabdehin xüsusi mülkiyyətinə aid olduğuna görə mirasa aid deyildir. Abbasova Gülnisə xx.xx.2021-ci ildə vəfat etmiş, onun həmin mənzillərdəki ½ hissədə paylarına miras açılmışdır. Onun vərəsələri əri Sərdar və 3 nəfər uşağı olmaqla 4 nəfərdən ibarətdir. Vərəsələrin hamısı mirası qəbul etmişdir. Bu hesabla hər iki mənzilin ½ miras hissəsi ¼ hissə ilə, ümumi mülkdə isə 1/8 hissə ilə iddiaçının əri Turalın mülkiyyətinə daxil olmuşdur. İddiaçının əri X20 xx.xx.2022-ci ildə vəfat etmişdir. Turalın 4 vərəsəsi qalmışdır; atası Sərdar, arvadı Xanım və 2 uşağı olmaqla, Turalın 2 mənzildəki 1/8 paylarına miras açılmışdır. Vərəsələr mirası qəbul etmişlər. Həmin hesabla Gəncə şəhəri, Gülüstan qəsəbəsi, 15 saylı binanın 19-cu mənzili və 2 saylı binanın 13-cü mənzilinin miras hissəsinin 1/8 hissəsində, ¼ hissə ilə Sərdarın, ¾ hissə ilə iddiaçının və uşaqlarının payı yaranmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı, habelə üçüncü şəxslər Nurlan Abbaslının və Kamran Abbaslının qanuni nümayəndəsi, həmçinin iddiaçının nümayəndəsi (vəkili) hər biri ayrı-ayrılıqda iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) iddiaya etirazın məzmununa uyğun izahat verərək, təmsil etdiyi şəxsin iddianı qismən – etirazda göstərilən həddə qəbul etdiyini bildirdi, Gəncə şəhəri, Gülüstan qəsəbəsi, 15 saylı binanın 19-cu mənzili və 2 saylı binanın 13-cü mənzili üzərində miras payların müəyyən olunmasına etiraz etmədiyini bildirdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, digər üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə digər üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəfləri dinləyərək və mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Gəncə şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X11 xx.xx.2021-ci ildə ölmüşdür. İş materiallarında olan Gəncə şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023cü il tarixli arayışdan görünür ki, Cavabdeh ilə X13 arasında xx.xx.1979-cu ildə nikah bağlanmışdır. Nikahdan sonra arvada Abbasova soyadı verilmişdir. İş materiallarında olan Yasamal rayon VVADQ şöbəsi tərəfindən verilmiş xx.xx.2007ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X17 ilə X7 arasında xx.xx.2007-ci ildə nikah bağlanmışdır. Nikahdan sonra arvada Abbasova soyadı verilmişdir. İş materiallarında olan Gəncə şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 xx.xx.2022-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Kirovabad rayon ZAQS tərəfindən verilmiş xx.xx.1985-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X17 xx.xx.1985-ci ildə Moskva şəhərində doğulmuş atası Cavabdeh, anası X4r. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X27 İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, AR DİN Baş X27 idarəsi Qeydiyyat-imtahan idarəsin kompüter uçot bazasının məlumatlarına əsasən ünvan 3 ünvanda qeydiyyatda olan Cavabdeh adında xx.xx.1999-cu il tarixdən "VAZ 2103" markalı **-BH-*** və xx.xx.2005-ci il tarixdən "TOFASH SHAHİN" markalı **-CD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri qeydiyyatdadır. Eyni zamanda xx.xx.2021-ci il tarixdən sonra Cavabdeh tərəfindən özgəninkiləşdirilən nəqliyyat vasitəsi yoxdur. İş materiallarında olan Gəncə şəhər Qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, X3 ailə tərkibi ibarətdir: Əri: Cavabdeh (xx.xx.1947), Qızı: X12 (xx.xx.1981), Qızı: X2 (xx.xx.1982), oğlu: X17 (xx.xx.1985) (xx.xx.2022-ci ildə vəfat etmişdir). İş materiallarında olan Gəncə şəhər Qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, X8 ailə tərkibi ibarətdir: Atası: Cavabdeh (xx.xx.1947), Anası: X11 (xx.xx.1950) (xx.xx.2021-ci ildə vəfat edib), Arvadı: İddiaçı (xx.xx.1984), Oğlu: X15 (xx.xx.2008), Oğlu: X16 (xx.xx.2012). İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Qələbə küçəsi, 1 ünvanında 0.032 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 1845 kv.m olan fərdi yaşayış evi xx.xx.2007-ci il tarixli, **********55- 10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh adınadır. ünvan 4 19 saylı mənzil xx.xx.2007-ci il tarixli, **********50-05101-093001 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh adınadır. ünvan 5 saylı mənzil xx.xx.2012-ci il tarixli, **********09-05101-093012 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh adınadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.5. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. 214.1. Əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1134.2. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1-сi maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və ya bununla mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-ci maddəsinə əsasən Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ərarvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən, ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən, 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Mülki işin tədqiq edilmiş halları əsasında müəyyən edilmişdir ki, Cavabdeh ilə X13 xx.xx.1979-cu ildə rəsmi nikaha daxil olmuşlar, tərəflərin birgə nikahından X12, X2 və X17 doğulmuşdur. Cavabdeh adına "VAZ 2103" markalı **-BH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.1999-cu il tarixdən; "TOFASH SHAHİN" markalı **-CD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2005-ci il tarixdən; Gəncə şəhəri, Nizami rayonu, Qələbə küçəsi, 1 ünvanında 0.032 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 1845 kv.m olan fərdi yaşayış evi xx.xx.2007-ci il tarixdən; ünvan 4 19 saylı mənzil xx.xx.2007-ci il tarixdən; ünvan 5 saylı mənzil xx.xx.2012-ci il tarixdən qeydiyyata alınmışdır. X17 ilə X7 xx.xx.2007-ci ildə rəsmi nikaha daxil olmuşlar, tərəflərin birgə nikahından X15 və X16 doğulmuşdur. X17 xx.xx.2022-ci ildə vəfat etmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olundu ki, "VAZ 2103" markalı **-BH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi; "TOFASH SHAHİN" markalı **-CD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi; Gəncə şəhəri, Nizami rayonu, Qələbə küçəsi, 1 ünvanında yerləşən fərdi yaşayış evi; ünvan 4 19 saylı mənzil; ünvan 5 saylı mənzil Cavabdeh ilə X5 birgə nikah dövründə əldə olunduğundan onların ümumi mülkiyyətidir. Cavabdehin təmsilçisi Qələbə küçəsi 1 saylı ünvanda yerləşən 14 nömrəli evin əvəzsiz qaydada əldə edildiyini bildirsə də, bu halı təqdiqləyən hər hansı dəlil təqdim etməmişdir. X11 xx.xx.2021-ci ildə ölümündən sonra isə onun birinci növbə vərəsələr kimi 4 nəfər şəxsin olması müəyyən edilir: əri Cavabdeh və övladları X12, X2 və X17. Belə olan halda, miras əmlaka vərəsələrin paylarının müəyyən edilə bilməsi üçün əvvəla, birgə mülkiyyət iştirakçıları olan Cavabdeh ilə Gülnisə Eminovanın mübahisəli nəqliyyat vasitələrinə və daşınmaz əmlaklara paylı mülkiyyət hüququnun müəyyən edilməsi zərurəti yaranır. Hazırkı zamanda birgə mülkiyyət iştirakçısı Gülnisə Eminova öldüyü üçün razılaşma əldə edilməsi qeyri-mümkün olduğundan və ayrı qaydaya dair razılaşma müəyyən edilmədiyindən, mübahisəli nəqliyyat vasitələrinə və daşınmaz əmlaklara ½ paylı mülkiyyət hüququ müəyyən edilməlidir. Gülnisə Eminovadan miras qalmış həmin əmlaklara ½ paylı mülkiyyət hüququ üzərində əri və övladlarının hər birinin 1/4 hissədə miras payının olması müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, mübahisəli əmlak üzərində Cavabdeh ilə Gülnisə Eminovanın ½ paylı mülkiyyət hüquqları müəyyən edildikdən sonra Gülnisə Eminovadan miras qalmış paylı əmlak hüququna mirası qəbul etmiş 4 nəfər vərəsənin hər birinin payı müəyyən edildiyi üçün Gülnisə Eminovanın vərəsələrinin hər birinin miras əmlaka 1/8 miras payı yaranmışdı. X17 xx.xx.2022-ci ildə ölümündən sonra isə onun birinci növbə vərəsələr kimi 4 nəfər şəxsin olması müəyyən edilir: atası Cavabdeh, arvadı İddiaçı, övladları X15 və X16. Miras qoyan Tural Abbasovun öldüyü məqamın həmin vərəsələrə məlum olmasını təkzib edən hər hansı dəlil təqdim ediləmədiyi üçün onların vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu vaxtdan 3 ay ərzində mirasdan notariat qaydada imtina etməsi müəyyən olunmur. Beləliklə, həmin vərəsələr mirası qəbul etmiş hesab edilməli və onlar arasında miras əmlakın bölüşdürülməsi həyata keçirilməlidir. Tural Abbasovdan miras qalmış 1/8 pay üzərində atası, arvadı və övladlarının hər birinin 1/4 hissədə payının olması müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, mübahisəli əmlak üzərində Tural Abbasovun 1/8 miras payı müəyyən edildikdən sonra mirası qəbul etmiş 4 nəfər vərəsənin hər birinin payı müəyyən edildiyi üçün Tural Abbasovun vərəsələrinin hər birinin miras əmlaka 1/32 payı yaranmışdı. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, iddia qismən təmin edilərək, Gəncə şəhəri, Nizami rayonu, Qələbə küçəsində yerləşən 1 saylı fərdi yaşayış evi; ünvan 6 ünvanında yerləşən 19 saylı mənzil; ünvan 5 saylı mənzil; **-BH-*** dövlət qeydiyyat nişanlı, “VAZ 2103” markalı nəqliyyat vasitəsi; **-CD-*** dövlət qeydiyyat nişanlı «Tofash Shahin” markalı nəqliyyat vasitəsi üzərində İddiaçı 1/32, X9 1/32, X10 1/32, X6 4/32, X1 4/32, Cavabdeh isə mübahisəli əmlaka miras payları (4/32 və 1/32) və mülkiyyət hüququndan irəli gələn payının (1/2=16/32) cəmi (16/32+4/32+1/32=21/32) olaraq 21/32 payı müəyyən edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı tərəf tibbi cihazlar üzərində miras payın müəyyən olunmasını xahiş etsə də, həmin əşyaların miras kütləsinə daxil olduğunu təsdiqləyən mötəbər sübut təqdim etməmişdir. İddiaçı tərəfin həmin hissədə tələbini əsaslandırmaq üçün təqdim etdiyi audio-video görüntüləri əks etdirən disk isə tələbin həmin hissədə təmin edilməsi üçün əsas hesab edilə bilməz. Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, iddia ərizəsində sadalanan tibbi cihazlar üzərində miras payın müəyyən edilməsinə dair hissədə iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Gəncə şəhəri, Nizami rayonu, Qələbə küçəsində yerləşən 1 saylı fərdi yaşayış evi; ünvan 6 ünvanında yerləşən 19 saylı mənzil; ünvan 5 saylı mənzil; **-BH-*** dövlət qeydiyyat nişanlı, “VAZ 2103” markalı nəqliyyat vasitəsi; **-CD-*** dövlət qeydiyyat nişanlı «Tofash Shahin” markalı nəqliyyat vasitəsi üzərində İddiaçı 1/32, X9 1/32, X10 1/32, X6 4/32, X1 4/32, Cavabdeh 21/32 hissədə payı müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar