Məhkəmə qərarları › İş №2(125)-61/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-61/2024

05.02.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-61/2024 05.02.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və "X5" MMC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və "X5" MMC-yə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi) “qanunsuz tikilinin sökülməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və "X5" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, S.Xasıyev (M.Y.Axundzadə) küçəsi, 8-ci döngə, ev 5 və Gəncə şəhəri, S.Xasıyev (M.Y.Axundzadə) küçəsi, 8-ci döngə, ev 7 arasında tikilmiş qanunsuz və özbaşına tikilinin cavabdehlərin hesabına sökülməsi, ödənilmiş 100 manat dövlət rüsumunun cavbdehlərdən alınıb ona verilməsinə dair qətnamə çıxaırlmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, S.Xasıyev (M.Y.Axundzadə) küçəsi, 8-ci döngə ev 5 DƏDRX-nin ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli çıxarış əsasında onun xüsusi mülkiyyətidir. xx.xx.2020-ci il tarixdə Ermənistan Respublikası silahlı qüvvələrinin Gəncə şəhərinə təcavüzü nəticəsində onun və ailə üzvlərinin yaşadığı S.Xasıyev (M.Y.Axundzadə) küçəsi, 8-ci döngə ev 5 ünvanında yerləşən mülkü tamamilə qəzalı vəziyyətə düşmüşdür. Evi ərazidə fəaliyyət göstərən, tikinti şirkəti olan “X5” MMCnin əməkdaşları tərəfindən sökülmüş və ərazidə yeni evlər inşa edilməyə başlamışdır. Belə ki, tikinti şirkəti “X5” MMC tikinti işlərini şəhərsalma və arxitektura qaydalarına riayət etmədən davam etdirir. Belə ki, onun qonşuları olan Cavabdeh3 və Cavabdeh2 qardaşları üçün inşa etdikləri evin bir hissəsini qonşular arasında olan hasarın üzərində inşa etmişlər. Bundan başqa, onlar həmin evi onun torpaq sahəsinin üzərində yəni, texniki pasport əsasında ona aid olan torpaq sahəsində qanunsuz olaraq inşa etmişlər. Bu hal bir mülkiyyətçi olaraq onun qanunla qorunan mülkiyyət hüququmun pozulması deməkdir. “X5” MMC ərazidə şəhərsalma və tikintiyə dair normativ səndələr sistemi olmadan və Azərbaycan Respublikasının “Şəhərsalma və Tikinti Məcəlləsinin” müddüalarmı pozmaqla inşanı davam etdirməkdədir. Bu barədə dəfələrlə cavabdehlərə xəbərdarlıq etsə də, onlar bu qanunsuz əməllərini dayandırmamış və bundan başqa qonşular arasında nəzərdə tutulmuş hasarın üzərində qanunsuz və özbaşına tikililəri tikməkdə davam etmişlər. Bilir ki, hər bir tikili tikinti layihəsi əsasında həyata keçirilir. Lakin, “X5” MMC podratçı tikinti şirkəti olaraq tikinti layihəsinə uyğun olmayan, şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə əməl etmədən özbaşına tikili inşa edir. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iddiaya etirazla məhkəməyə müraciət edərək, iddianın təmin olunmamasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, 17 noyabr 2020-ci il tarixdə saat 12-45 radələrındə onlara məxsus ünvan 1 ünvanda yerləşən yaşayış evindən 5-10 metr məsəfədə erməni faşistləri tərəfindən raket hücumu nəticəsində evləri yaşamaq üçün yarasız vəziyyətə düşmüşdür. Həmin yaşadıqları evin dam örtüyü, daxili tikinti hissələrinin, tavan və döşəmələrin, müxtəlif ev və məişət əşyaları, mebel dəstləri o cümlədən şəxsi əşyaları dağılaraq yararsız vəziyyətə düşmüşdür. Bundan əlavə olaraq ailə üzvüləri ilə birgə müxtəlif bədən xəsarəti almışlar. Baş vermiş hadisə ilə əlaqədar Fövqalədə Hallar Nazirliyinin, Gəncə şəhər İcra Hakimiyyətinin və digər aidiyati Dövlət qurumlarının təmsil olunduğu Komissiya tərəfindən erməni vandalları tərəfindən dinc əhaliyə qarşı törədilən tarixi cinayət işi üzrə yerli baxışlar keçirilmişdir və yaşadıqları fərdi yaşayış evi tam yararsız hala düşdüyündən evin sökülərək yenidən tikilməsinə qərar verilmişdir. Hal hazırda evdə yenidən tikintiquraşdırma işləri aparılır. Erməni vəşilərinin dinc insanlara qarşı törətdiyi cinayət işi barədə Prokurorluq orqanı tərəfindən cinayət işi qaldırılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli Sərəncamı ilə dağıdılmış və ya qəzalı vəziyyətə düşmüş yaşayış evləri sökülərək yenidən tikilməsi üzrə işlər aparılır. İddiaçı ilə bir küçədə qonşudurlar və ona məxsus fərdi yaşayış evi Prezidentin sərəncamı əsasında cavabdeh “X5” MMC tərəfindən sökülərək yeni lahiyə ilə tam əsaslı tikinti və təmir işləri aparılmışdır. Lakin, İddiaçı evində tikinti təmir işləri başa çatdıqdan sonra o, “X5” MMC-dən əlavə olaraq 20.000 manat məbləğində pul istəyirdi. Bu səbəbdən iddiaçı “X5” MMC-də pul qoparmaq niyyəti ilə əsassız olaraq məhkəmədə iddia qaldırmışdır. Məhkəmə bidirişini əldə etdikdə İddiaçı qonşuluğa yaraşmayan addım atdığını bildirən zaman özüdə etiraf etdi ki, “mənim məqsədim “X5” MMC-də pul almaqdır və siz mülkiyətçi olduğunuz üçün cavabdeh qismində sizidə qoymaq məcburiyətində oldum”. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli Sərəncamına əsasən onlara məxsus ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi sökülərək köhnə bünövrənin yerində müvafiq qaydada razılaşdırılmış layihə sənədləri əsasında tikinti işləri aparmağına icazə verilmişdir. Mübahisəli hissədə köhnə tikili hasar var. Həmin hasarla köhnə bünövrənin yerində inşa edilmiş yeni tikili hasar əvvəllki qaydada olduğu kimi bərabər şəkildə inşa edilmişdir. İddiaçı pul almaq məqsədi ilə qeyri qanuni hərəkətlərinə, özbaşınalıqlarına və qonşuluğa yaraşmayan hərəkətlərinə son qoyulması üçün məhkəməyə müraciət edərək İddiaçı cavabdehlər olaraq Cavabdeh2 və Cavabdeh3 qarşı onların şəxsi mülkiyyətində olan Gəncə şəhəri, (M.Y.Axunzadə) S.Xasıyev küçəsi, 8-ci döngə, ev 7 ilə İddiaçı məxsus olan Gəncə şəhəri, (M.Y.Axunzadə) S.Xasıyev küçəsi, 8-ci döngə, ev 5 arasında tikilmiş qanunsuz və özbaşına tikilinin cavabdehlərin hesabına sökülməsi, ödənilmiş 100 manat dövlət rüsumun onlardan alınaraq iddiaçıya ödənilməsinə dair iddiası əsassız olduğu üçün rədd eilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh tərəf hər biri ayrı-ayrılıqda iddiaya etiraz edərək, təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, X4 küçəsi, 8-ci döngə ünvanında yerləşən 5 nömrəli fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına eydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-16-16/2-10/6110 nömrəli ekspert rəyindən görünür ki, İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, X4 küçəsi, 8-ci döngə, ev 5-in yerləşdiyi və xüsusi mülkiyyətində olan 0,04 ha (400 kv.m) torpaq sahəsinin, cənub-şərq istiqamətindən 5,0 kv.m hissəsi cavabdehlər Cavabdeh2 Şavqat oğlu və Cavabdeh3 Şavqat oğlunun faktiki istifadəsində olduğu müəyyən olunmuşdur. İddiaçı mülkiyyətində olan 0,04 ha (400 kv.m) torpaq sahəsinin, cənub-şərq istiqamətində 5,0 kv.m hissəsi üzərində, Cavabdeh2 Şavqat oğlu və Cavabdeh3 Şavqat oğlu tərəfindən inşa edilmiş tikili aşkarlanmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən tərtib edilmiş mütəxəssis rəyinə əsasən, Cavabdeh2 Şavqat oğlu və Cavabdeh3 Şavqat oğlu tərəfindən İddiaçı mülkiyyətində olan 0,04 ha (400 kv.m) torpaq sahəsinin, cənubşərq istiqamətində 5,0 kv.m hissəsi üzərində tikili inşa edildiyi müəyyən edilmişdir. Lakin, İddiaçı ilə cavabdehlər Cavabdeh2, X2 üçün “X5” MMC tərəfindən həyata keçirilmiş bitişik tikililərə dair müvafiq qurumlar tərəfindən təsdiq edilmiş layihə sənədləri təqdir edilmədiyindən həmin tikililərin tikinti norma və qaydalarına, eyni zamanda şəhərsalma və arxitektura norma və qaydalarına uyğun tikilib-tikilmədiyini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Hazırkı mülki iş üzrə iddiaçı mülkiyyətində olan torpaq sahəsində "X5" MMC tərəfindən həyata keçirilmiş və Cavabdeh2 ilə Cavabdeh3 sahiblik və istifadəsində olan tikilinin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, tələbini mülkiyyətində olan sahədə belə tikilinin həyata keçirilməsinə razılığının olmaması, habelə etdiyi etirazlara baxmayaraq cavabdehlərin hərəkətlərini davam etdirməsi ilə əsaslandırmışdır. Mülki iş üzrə verilmiş ekspert rəyinə əsasən, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin, cənub-şərq istiqamətindən 5,0 kv.m hissəsinin cavabdehlər Cavabdeh2 Şavqat oğlu və Cavabdeh3 Şavqat oğlunun faktiki istifadəsində olduğu habelə onlar tərəfindən inşa edilmiş tikili aşkarlanmışdır. Bununla yanaşı, İddiaçı ilə cavabdehlər Cavabdeh2, X2 üçün “X5” MMC tərəfindən həyata keçirilmiş bitişik tikililərə dair müvafiq qurumlar tərəfindən təsdiq edilmiş layihə sənədləri təqdir edilmədiyindən həmin tikililərin tikinti norma və qaydalarına, eyni zamanda şəhərsalma və arxitektura norma və qaydalarına uyğun tikilibtikilmədiyini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə qeyd edir ki, həmin ekspert rəyinin əsassız olmasına dair hər hansı dəlil məhkəməyə təqdim edilməmişdir. Cavabdeh tərəf iddiaya etiraz etsə də, Cavabdeh2 və Cavabdeh3 mübahisələndirilən tikililərin onlara məxsus torpaq sahəsində həyata keçirilməsinə və (ya) tikililərə sahiblik və istifadəni həyata keçirmədiklərini təsdiqləyən, “X5” MMC həmin tikililərin tikinti norma və qaydalarına uyğun və (ya) tərəflərin hər birinə məxsus torpaq sahəsində həyata keçirildiyini təsdiqləyən hər hansı dəlil təqdim etməmişdir. Belə olan halda, iddia qismən təmin edilərək, cavabdehlər tərəfindən həyata keçirilən qanunsuz müdaxilədən müdafiə üçün iddiaçının mülkiyyətində olan torpaq sahəsinin, cənub-şərq istiqamətindən 05 kv.m hissəsində tikilmiş tikililər cavabdehlərin hesabına sökülməli, iddia qalan hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı mülkiyyətində olan torpaq sahəsinin qanunsuz müdaxilədən qorunmasını tələb edə biləcəyi və iddia ərizəsində qeyd edilən digər ünvana dair hər hansı hüququnu təsdiqləyən sübut təqdim edilmədiyindən iddia qalan hissədə təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. İddiaçı mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən 0,04 ha (400 kv.m) torpaq sahəsinin, cənub-şərq istiqamətində 05 kv.m hissəsində inşa edilmiş tikili cavabdehlər Cavabdeh2, Cavabdeh3 və "X5" MMC-nin hesabına sökülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar