Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-6110/2024 25.10.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X8 İsa oğlunun sədrliyi, Əsgərov Sərxan Eldar oğlunun katibliyi, Ərizəçi və Maraqlı şəxs iştirakları ilə, Ərizəçi mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsinə dair ərizəsi üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi Maraqlı şəxs ilə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Gəncə şəhər 2 saylı İstintaq Təcridxanasında əməliyyat növbətçisi işləyən daxili xidmət kapitanı Rüstəmov Maraqlı şəxs Nərmin Taleh qızı ilə 2011-ci ildə nikaha daxil olmaqla ailə qurmuşuq. Birgə nikahdan xx.xx.2012-ci il tarixdə X3 və xx.xx.2013-cü il tarixdə X4 adlı uşaqları anadan olmuşdur. Ailə qurduqları ilk günlərdə mehriban yaşamışlar. Lakin, sonradan Maraqlı şəxs ilə xasiyyətlərinin uyğun gəlməməsi səbəbindən ayrılmışlar. Maraqlı şəxs Gəncə şəhər 2 saylı İstintaq Təcridxanasında əməliyyat növbətçisi işləsə də uşaqlara maddi yardım etməmişdir. Bundan sonra o, birgə nikahda olduğu Maraqlı şəxs qarşı xx.xx.2012-ci il tarixdə anadan olmuş X3 və xx.xx.2013-cü il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün “aliment və uşağın birinin müalicə xərcinə yardım” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək istəmişdir. Lakin, “aliment və uşağın birinin müalicə xərcinə yardım” tələbi barədə mübahisəyə məhkəməyə iddia ərizəsi verməmişdən əvvəl Gəncə 1 saylı Mediasiya Təşkilatına müraciət etmiş və barışıq sazişi bağlamışlar. Lakin barışıq sazişinin bağlanmasından sonra ona bildirmişdir ki, onun ödəniş etmək fikri yoxdur. Ona görə də məcbur qalaraq məhkəməyə müraciət etməli olmuşdur. Qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs iştirak etmiş və bildirmişdir ki, Ərizəçi ilə aralarında barışıq sazişi bağlanmış və o, xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2012-ci il tarixdə anadan olmuş X3 və xx.xx.2013-cü il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 500(beş yüz) manat sabit pul məbləğində aliment və xx.xx.2012-ci il tarixdə anadan olmuş X1 xəstəliyi ilə əlaqədar olaraq müalicə xərcinə yardım kimi hər ay 60(altmış) manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin, həmin miqdarda ödənişlər etməyə maddi imkanı çatmır. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Mediasiya Şurasının xx.xx.2024-cü il tarixli barışıq sazişindən görünür ki, Ərizəçi və Maraqlı şəxs qarşılıqlı razılığa gəlmişlər və birgə nikahdan xx.xx.2012-ci il tarixdə anadan olmuş X3 və xx.xx.2013-cü il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay hər uşaq üçün 250(iki yüz əlli) manat cəmi 500( beş yüz) manat sabit pul məbləğində aliment ödənişini və birgə nikahdan doğulmuş yetkinlik yaşına çatmayan xx.xx.2012-ci il tarixdə anadan olmuş X1 xəstəliyi ilə əlaqədar olaraq müalicə xərcinə yardım kimi xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay 60(altmış) manat sabit pul məbləğində aliment ödənişini Gəncə şəhər 2 saylı İstintaq Təcridxanasından aldığı əmək haqqından tutularaq uşaqların anası Ərizəçi müvafiq Bank Kart (**********0978140) hesabına ödəniş edəcəyinə dair uşaqların atası Maraqlı şəxs öhdəlik götürmüşdür. Beləliklə, iş materiallarının tam və hərtərəfli araşdırılması ilə müəyyən olundu ki, tərəflərin birgə nikahlarından xx.xx.2012-ci il tarixdə X3 və xx.xx.2013-cü il tarixdə X4 adlı iki uşaq anadan olmuşdur. Birgə nikahdan doğulmuş uşaqlar isə ərizəçinin himayəsindədir. Ərizəçi aliment tələbi ilə bağlı Mediasiya Şurasına müraciət etmiş və tərəflərin arasında xx.xx.2024-cü il tarixli barışıq sazişi bağlanmışdır. Maraqlı şəxs “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərini pozaraq barışıq sazişinin könüllü icrası üçün müəyyən olunmuş müddət ərzində barışıq sazişini könüllü qaydada icra etmədiyindən ərizəçi məhkəməyə müraciət etməli olmuşdur. İşin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında bağlanmış barışıq sazişi Maraqlı şəxs tərəfindən könüllü qaydada icra edilmədiyinə görə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən məcburi icrası üçün təsdiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinin tələblərinə əsasən məhkəmə mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinin tələblərinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2.1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə iş materiallarını, həmçinin barışıq sazişini tam və hərtərəfli nəzərdən keçirərək belə nəticəyə gəlir ki, tərəflər arasında bağlanmış barışıq sazişi imzalandığı gündən, onun alimentlə bağlı hissəsi könüllü şəkildə icra edilməsi üçün qanunla müəyyən edilmiş müddət ərzində icra edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2012-ci il tarixdə anadan olmuş X3 və xx.xx.2013-cü il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay hər uşaq üçün 250(iki yüz əlli) manat, cəmi 500(beş yüz) manat sabit pul məbləğində alimentin və birgə nikahdan xx.xx.2012-ci il tarixdə anadan olmuş X1 xəstəliyi ilə əlaqədar olaraq müalicə xərcinə yardım kimi xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay 60(altmış) manat sabit pul məbləğində vəsaitin Maraqlı şəxs Gəncə şəhər 2 saylı İstintaq Təcridxanasından aldığı əmək haqqından tutularaq uşaqların anası Ərizəçi müvafiq Bank Kart (**********0978140) hesabına ödənməsinə dair hissədə barışıq sazişi məcburi icra edilməsi üçün təsdiq edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.2-ci maddəsinə görə, uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Maraqlı şəxs ilə Ərizəçi birgə nikahından xx.xx.2012-ci il tarixdə anadan olmuş X3 və xx.xx.2013-cü il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay hər uşaq üçün 250 (iki yüz əlli) manat, cəmi 500 (beş yüz) manat sabit pul məbləğində alimentin və birgə nikahdan xx.xx.2012-ci il tarixdə anadan olmuş X1 xəstəliyi ilə əlaqədar olaraq müalicə xərcinə yardım kimi xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay 60 (altmış) manat sabit pul məbləğində vəsaitin Maraqlı şəxs Gəncə şəhər 2 saylı İstintaq Təcridxanasından aldığı əmək haqqından tutularaq uşaqların anası Ərizəçi müvafiq Bank Kart (**********0978140) hesabına ödənməsinə dair Maraqlı şəxs ilə Ərizəçi arasında xx.xx.2024-cü il tarixdə bağlanmış barışıq sazişi təsdiq edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi (çatdırıldığı) gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov
Məhkəmə qərarları › İş №2(125)-6110/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-6110/2024
25.10.2024 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver