Məhkəmə qərarları › İş №2(125)-6155/2025

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-6155/2025

18.11.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-6155/2025 18.11.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızı, Quliyeva Günay Ələstun qızının katibliyi, Cavabdeh2 və onun nümayəndəsi (vəkili) X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 2 saylı Gəncə Regional «Asan xidmət» mərkəzində notariat ofisinə qarşı “müqavilənin etibarsız hesab edilməsi və qeydiyyatının ləğv edilməsi” tələbinə dair mülki işə baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 2 saylı Gəncə Regional «Asan xidmət» mərkəzində notariat ofisinə qarşı “müqavilənin etibarsız hesab edilməsi və qeydiyyatının ləğv edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Cavabdeh2 və onun təmsilçisi hər biri ayrı-ayrılıqda iddia ərizəsinin baxılmamış saxlanılmasına etiraz etmədiklərini bildirdilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı və digər cavabdeh məhkəmə iclasına gəlməmiş, iddiaçı gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir, digər cavabdehin təmsilçisi məhkəməyə ərizə ünvanlayaraq işə onun nümayəndəsinin iştiraı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının və digər cavabdehin təmsilçisinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının təmsilçisi qismində ərizə təqdim etmiş Nümayəndə adına verilmiş etibarnamənin qüvvədə olma müddəti bitdiyi həmin ərizə nəzərə alına bilməz. Məhkəmə, ərizəni nəzərdən keçirərək hesab edir ki, İddiaçı Cavabdeh2 və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 2 saylı Gəncə Regional «Asan xidmət» mərkəzində notariat ofisinə qarşı “müqavilənin etibarsız hesab edilməsi və qeydiyyatının ləğv edilməsi” tələbinə dair ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanıla bilər. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı Cavabdeh2 və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 2 saylı Gəncə Regional «Asan xidmət» mərkəzində notariat ofisinə qarşı “müqavilənin etibarsız hesab edilməsi və qeydiyyatının ləğv edilməsi” tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar