Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-620/2025 12.02.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X10 Tahir oğlunun sədrliyi, Əlizadə Ümid Maqsud oğlunun katibliyi və cavabdeh Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X7 nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X4rşı artıq hesablanmış su pulunun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC «Gəncə Sukanal» Törəmə Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ünvan 1 evə əsassız yazılmış 1498,68 manat borcun silinnməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh "xxxx" ASC «Gəncə Sukanal» Törəmə Səhmdar Cəmiyyəti əsl cavabdeh Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X11 ilə əvəz edilmişdir. İddiaçı məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 məhkəməyə ərizə təqdim edərək işə mahiyyəti üzrə baxılmasını tələb etmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən mülk onun mülkiyyətində olmaqla, həmin ünvana dair ona mülkiyyət hüququ ilə bağlı çıxarış verilmişdir. Aldığı evdə xx.xx.2008-ci ildə yanğın baş vermiş, həmin ev yaşamaq üçün yararsız vəziyyətdə olmuşdur. xx.xx.2008-ci ildən sonra həmin evdə heç bir yaşayış olmamışdır. Ev bugünkü vəziyyətdə də yararsız vəziyyətdədir. Yaşamaq üçün heç bir şərait yoxdur. Hazırda həmin evə 1498,68 manat su və çirkab pulu yazılmışdır. Qeyd edilən evdə yaşayışın olmaması məhkəməyə təqdim edilmiş video diskdə də təsdiq olunur. Qaz idarəsindən götürdüyü arayışdan bəlli olur ki, qeyd edilən ünvanda 2008-ci ildən yaşayış olmamışdır. Belə ki, həmin ünvanda qaz sayğacından sızma olduğu halda, bəzən bir ilə 20 qəpikdən artıq pul yazılmamışdır. Hesab edir ki, həmin ünvana yazılmış 1498,68 manat borc haqsız olaraq hesablanmışdır. Məhkəmə iclasında cavabdeh Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X7 nümayəndəsi X5 iddianı qəbul etməyərək izahatında göstərdi ki, həmin ünvanda sudan istifadə olunmuş, bu barədə sübutlar məhkəməyə təqdim edilmişdir. Sayğac quraşdırılmamışdan əvvəl borc ailə tərkibi üzrə hesablanmışdır. 2021-ci ilin oktyabr ayında sayğac evin içərisində quraşdırılaraq plomb vurulub akt tərtib olunmuş və abonentə təhvil verilmişdir. Sayğac quraşdırıldıqda evin içinə xətt çəkilmir. Abonent özü öz hesabına evin içinə xətt çəkib sayğaca qoşulub sudan istifadə etmişdir. Əgər evdə darvaza olmayıb boş ərazi olsa idi oraya sayğac qoyulmazdı. Yoxlamalar zamanı dəfələrlə qapı açılmamış, belə olan halda “normal müqayisə” kimi qeyd edilib, sayğacın üstü oxunmuşdur. Qapı açıldıqda isə 1148 m³ su sərfiyyatı olduğu müəyyən edilmişdir. Abonent kartında da nə qədər su sərfiyyatı olduğu tarixlər üzrə göstərilmişdir. Yanğın olmamışdan əvvəl həmin evdə yaşayış olmuş, hətta borcdan silinmələr də olmuşdur. Ev iddiaçının atasının adına olmuş, daha sonra evin oğlunun adına keçməsi ilə bağlı məlumat verilməmiş, müqavilə bağlanmamışdır. İddia tələbi əsassız olduğundan təmin olunmamasını məhkəmədən xahiş etdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********70-10301 reyestr nömrəli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Rüzigar Qasımov küçəsi, 13 nömrəli fərdi yaşayış evi xüsusi mülkiyyətdə olmaqla ümumi birgə mülkiyyət hüququ əsasında İddiaçı və X1 adına rəsmi reyestrdə qeydə alınmışdır. xx.xx.2008-ci il tarixli yanğın haqqında aktın surətindən görünür ki, xx.xx.2008-ci il tarixdə Gəncə şəhəri, Rüzigar Qasımov küçəsi, 13 saylı fərdi yaşayış evində yanğın baş vermişdir. **********000:32559936 nömrəli abonent kartından görünür ki, (xx.xx.2005-ci il tarixli, müqavilə üzrə abonent Səlim Əliyev) 2016-2023-cü illər üzrə su təchizatı və tullantı suların axıdılması xidmətinin göstərilməsi üzrə yekun borc 1498,68 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, cavabdehin nümayəndəsinin izahatını dinləyib, tədqiq olunmuş sübutlara hüquq normalarına uyğun qiymət verib belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İşin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında olan mübahisə su təchizatı və tullantı suların axıdılması xidmətinin ödənilməsi ilə bağlı olmuş, cavabdeh tərəfindən iddiaçının ümumi birgə mülkiyyətində olan Gəncə şəhəri, Rüzigar Qasımov küçəsi, 13 nömrəli fərdi yaşayış evində sudan və çirkab suların axıdılmasından istifadəyə görə 1498,68 manat borc hesablanmışdır. İddiaçı iddia etmişdir ki, xx.xx.2008-ci ildə evdə yanğın baş vermiş, həmin ev yaşamaq üçün yararsız vəziyyətdə olmuş və xx.xx.2008-ci ildən sonra da həmin evdə heç bir yaşayış olmadığından keçən müddət ərzində sudan istifadəyə görə onun mülkiyyətində olan evə hesablanmış borc əsassızdır. Cavabdehin nümayəndəsi isə iddia tələbinə qarşı etiraz edərək, sözügedən ünvanda sudan istifadə edildiyini, bunun əsasında da istifadə edilmiş su sərfiyyatına görə borc hesablandığını göstərmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. “Sudan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli, 262 nömrəli qərarının 4.1.3-cü bəndində qeyd olunur ki, bu Qaydaların tələblərinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək istehlakçının vəzifəsidir. Həmin Qaydaların 7.4-cü bəndinə əsasən əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 61-ci maddəsinin 1-ci bəndinə əsasən su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəsi və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Həmin Qnunun 62-ci maddəsinə əsasən qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Obyektin ayrılmasından sonra da borcların bütün məbləğinin ödənilməsi tələbi yerinə yetirilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsinin ödənilməyən məbləği məhkəmə qaydasında tələb etmək, o cümlədən qanunvericiliyə zidd olmayan hallarda borc məbləğinin borclunun əmlakı hesabına ödənilməsi barədə iddia qaldırmaq hüququ vardır. Göründüyü kimi, iddiaçı Gəncə şəhəri, Rüzigar Qasımov küçəsi, 13 nömrəli evdə yaşayış olmadığını, evin yanaraq yararsız vəziyyətdə olduğunu qeyd etsə də, həmin fərdi yaşayış evi xx.xx.2024-cü il tarixdə onun və digər şəxs X2 ümumi birgə mülkiyyətinə keçmiş, həmin dövrə qədər sudan istifadəyə görə sərf olunmuş suyun miqdarı quraşdırılmış sayğac vasitəsi ilə hesablanmışdır. Məhkəmə qeyd edir ki, iddiaçının ümumi birgə mülkiyyətində olan fərdi yaşayış evi yararsız vəziyyətdə olsa da, hər bir halda sudan istifadə olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X4rşı əsassız yazılmış 1498,68 manat borcun silinməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı cavabdeh Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X4rşı əsassız yazılmış 1498,68 manat borcun silinməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(125)-620/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-620/2025
12.02.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver