Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-6250/2023 07.12.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2 və Gəncə şəhəri 6 saylı Notariat Ofisi) qarşı «mirasda vərəsələrin paylarının müəyyən edilməsi» tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1, Cavabdeh2 (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2 və Gəncə şəhəri 6 saylı Notariat Ofisi) qarşı mərhum anası X1 miras qalmış Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən 58A nömrəli evin 19 nömrəli mənzilinin miras əmlak olaraq iddiaçı və cavabdehlər tərəfindən qəbul edilmə faktının müəyyən olunması və həmin əmlaka vərəsə kimi tərəflərin hər birinin 1/3 hissədə payının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki işə məhkəmədə baxılarkən İddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının mərhum anası X1 miras qalmış Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən 58A nömrəli evin 19 nömrəli mənzilində İddiaçı, Cavabdeh1 və Cavabdeh2 payının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, izahatında bildirdi ki, hazırda faktiki yaşadığı Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən 58A nömrəli evin 19 nömrəli mənzili mərhum anası X3 məxsus olmuşdur. X6 *7.*4.2*2*-ci il tarixdə vəfat etmiş və L.M.Orucovanın vəfatından sonra onun birinci dərəcəli vərəsələri olaraq o, qardaşı Cavabdeh1, bacıları Cavabdeh2, Maraqlı şəxs2 və Maraqlı şəxs1 qalmışlar. Onun bacıları Maraqlı şəxs1 və Maraqlı şəxs2 Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən 58A nömrəli evin 19 nömrəli mənzildə qeydiyyatda olsalar da, ailələri ilə birlikdə başqa ünvanda yaşamışlar. O isə həmin evdə doğulub böyümüş və ailəsi ilə birlikdə orada yaşamışdır. L.M.Orucova vəfat etməmişdən əvvəl ona məxsus Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən 58A nömrəli evin 19 nömrəli mənzilinin onun, Cavabdeh1 və Cavabdeh2 arasında bərabər şəkildə bölünməli olduğunu şifahi qaydada ona bildirmişdir. L.M.Orucovanın vəfatından sonra o, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən 58A nömrəli evin 19 nömrəli mənzilində miras payını qəbul etmiş, qəbul etdiyi əmlaka sahiblik etmiş və əmlakı idarə etmişdir. Sözügedən əmlakda onunla birlikdə qardaşı Cavabdeh1 və bacısı Cavabdeh2 da yaşamışdır. Lakin Cavabdeh1 və Cavabdeh2 özlərinə aid hissə ilə bağlı qəbul edilmə faktının müəyyən olunması və həmin əmlaka vərəsə kimi paylarının müəyyən edilməsinə dair ərizə ilə notariat ofisinə müraciət etməmişlər. Hazırda o, miras əmlakda ona aid olan hissədə təmir işləri aparmaq istəsə də, yaşadıqları evdə kommunal xərclərlə bağlı aralarında mübahisələr olur. Bu səbəbdən miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi və həmin əmlaka vərəsə kimi payının müəyyən edilməsini istəyir. Bununla bağlı Gəncə Şəhəri 6 Saylı Notariat Ofisinə müraciət etsə də, ona məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Buna görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddianı tam həcmdə etiraf etdiklərini bildirərək iddianın təmin edilməsinə razı olduqlarını bildirdilər. *7.12.2*23-cü il tarixdə müstəqil tələb irəli sürməyən üçüncü şəxs ünvan 1 ünvanlayaraq məhkəmə iclaslarını iştirakları olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Digər müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdirlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Bununla yanaşı işin məhkəmədə baxılmağa hazırlanması zamanı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 məhkəməyə ərizə təqdim edərək, iddianı tam həcmdə etiraf etdiklərini bildirərək iddianın təmin edilməsinə etirazlarının olmadıqlarını bildirdirmişlər. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 27.1*.2*22-ci il tarixli, 2*1*11***631-*51*1-*93*26 reyestr nömrəli elektron çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən 19 nömrəli mənzil xüsusi mülkiyyət hüququ üzrə X3 məxsusdur. İşdə olan AZ-İİ seriyalı *31819 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 *7.*4.2*2*-ci il tarixdə ölmüşdür. İş materiallarında olan AZ-İ seriyalı 269323 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 2*.12.2**7-ci il tarixdə ölmüşdür. İşdə olan 2 saylı Gəncə regional «ASAN xidmət» mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş 31.1*.2*22-ci il tarixli, *5/*9/S/*38158-22 nömrəli arayışın surətindən görünür ki, X2 ailə tərkibi oğlu Cavabdeh1, qızı Cavabdeh2 və qızı İddiaçı ibarətdir. İş materiallarında olan Vİ-ЖГ seriyalı 345937 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 xx.xx.1979-cu ildə anadan olmuşdur. Cavabdeh1 atası X7, anası X4r. İşdə olan Xİ-ЖГ seriyalı 491321 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1986-cı ildə anadan olmuşdur. İddiaçı atası X7, anası X4r. İş materiallarında olan Xİ-ЖГ seriyalı 491323 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 xx.xx.1986-cı ildə anadan olmuşdur. Cavabdeh2 atası X7, anası X4r. İşdə olan Vİİ-ЖГ seriyalı 412521 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs2 xx.xx.1981-ci ildə anadan olmuşdur. Maraqlı şəxs2 atası X7, anası X4r. İş materiallarında olan İX-ЖГ seriyalı 387189 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs1 *6.*9.1983-cü ildə anadan olmuşdur. Maraqlı şəxs1 atası X7, anası X4r. İşdə olan 16.*3.2*23-cü il tarixli 275 nömrəli notariat hərəkətlərinin aparılmasından imtinaya dair məktubdan görünür ki, vərəsələrin hər biri könüllü surətdə notariat ofisinə müraciət etmədikləri üçün, aralarında mübahisə olduğundan məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən 58A nömrəli evin 19 nömrəli mənzili xüsusi mülkiyyət hüququ üzrə X3 məxsus olmuş, L.M.Orucova *7.*4.2*2*-ci il tarixdə ölmüş, həmin şəxsin ölümündən sonra miras qalmış Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən 58A nömrəli evin 19 nömrəli mənzilində onun birinci növbəli vərəsələri İddiaçı, Cavabdeh1 və Cavabdeh2 yaşayıb, həmin mirası qəbul etmişlər. L.M.Orucovanın digər birinci növbəli vərəsələri Maraqlı şəxs1, Maraqlı şəxs2 qeyd olunan mənzildə yaşamamış və həmin miras əmlakı qəbul etməmişlər. Lakin L.M.Orucovanın vərəsələrinin hər biri könüllü surətdə notariat ofisinə müraciət etmədikləri üçün, aralarında mübahisə olduğundan məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Buna görə də İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum anası X1 miras qalmış Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən 58A nömrəli evin 19 nömrəli mənzilində İddiaçı, Cavabdeh1 və Cavabdeh2 payının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Mülki işə məhkəmədə baxılarkən cavabdehlər və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər iddianı etiraf edərək, iddianın təmin olunmasına razı olduqlarını bildirmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə görə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 22*.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə görə qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə görə miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1243.1 və 1243.2-ci maddələrinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1255-ci maddəsinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Qeyd edilən normaların tələbinə görə şəxs öldükdən sonra onun əmlakı birmənalı olaraq vərəsənin əmlakına daxil olmur. Vərəsə əmlakı əldə etmək və ona mülkiyyətçi kimi sahib olmaq üçün müəyyən aktı həyata keçirməlidir. Vərəsəlik hüququ mirasın qəbul edilməsinin formal və qeyri-formal olmaqla iki üsulunu müəyyənləşdirmişdir. Formal üsul vərəsəliyin qəbul edilməsi üçün vərəsənin notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi, qeyri formal üsul isə vərəsənin mirası faktiki surətdə idarə etməyə başlaması və mirasa yiyələnməsi, eləcə də miras əmlakı qəbul etdiyini şəksiz nümayiş etdirməsi üsuludur. Mirasın qəbul edilməsi müddətinə gəldikdə isə vərəsə istər birinci, istərsə də ikinci üsulla mirası yalnız bunun üçün müəyyənləşdirilmiş müddət daxilində qəbul edə bilər. Eyni zamanda qanunvericilik qəbul edilmiş mirasın vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunmasını şərtləndirir. «G.Qəhrəmanovanın şikayəti üzrə» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 iyul 2*14-cü il tarixli Qərarında göstərilmişdir ki, miras əmlakın faktiki qəbulu isə vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Yuxarıda qeyd olunan normaların hazırkı mülki iş üzrə tədqiq edilmiş sübutlarla qarşılıqlı təhlilindən belə nəticəyə gəlmək olur ki, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 analarından miras qalmış mənzili faktik qəbul edərək həmin mənzili öz əmlakı kimi idarə etmiş və bunu şəksiz nümayiş etdirmişlər. Bu baxımdan məhkəmə qeyd edir ki, X2 ölməsi ilə həmin miras əmlak onun vərəsələri İddiaçı, Cavabdeh1 və Cavabdeh2 tərəfindən qəbul edilmiş, onlar əmlaka faktik sahiblik və idarəçiliyi həyata keçirməyə başlamışlar. Qeyd olunanlar iş üzrə dindirilmiş cavabdehlərin və müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin izahatları ilə öz təsdiqini tapmışdır. Həmçinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində məhkəmə iclasında iştirak edən digər vərəslər isə miras əmlakın İddiaçı, Cavabdeh1 və Cavabdeh2 hər birinin 1/3 hissədə payının müəyyən olunmasına razı olduqlarını bildirmişlər. Buna görə də X3 məxsus olmuş Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən 58A nömrəli evin 19 nömrəli mənzilindən ibarət miras əmlaka İddiaçı, Cavabdeh1 və Cavabdeh2 hər birinin 1/3 hissədə payı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə görə qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-22*, 227, 358-36* və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası təmin edilsin. X3 məxsus olmuş Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən 58A nömrəli evin 19 nömrəli mənzilindən ibarət miras əmlaka İddiaçı, Cavabdeh1 və Cavabdeh2 hər birinin 1/3 hissədə payı müəyyən edilsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(125)-6250/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-6250/2023
07.12.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver