Məhkəmə qərarları › İş №2(125)-6254/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-6254/2023

30.11.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-6254/2023 30.11.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X9 Tahir oğlunun sədrliyi, Abuzərova Nərmin Allahverdi qızının katibliyi və Cavabdeh ASC «Gəncə Sukanal» Törəmə Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh ASC «Gəncə Sukanal» Törəmə Səhmdar Cəmiyyətinə qarşı hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh ASC «Gəncə Sukanal» Törəmə Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən onun adına hesablanmış 941,88 manat su pulunun əsassız hesablandığı üçün silinməsinə dair qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 2010-cu il tarixdən hal-hazıra kimi Rusiya Federasiyasının Astraxan şəhərində yaşayır. Bu müddət ərzində ona məxsus evdə heç kim yaşamamışdır. Yəni mənzilində heç kim yaşamadığı üçün sudan da heç kim istifadə etməmişdir. Buna baxmayaraq bu günlərdə ona cavabdeh su idarəsindən hesab faktura gəlmiş, onun suya görə cavabdeh su idarəsinə 941,88 manat borcunun olduğu bildirilmişdir. Ərizəyə əlavə etdiyi 10 nömrəli xidmət sahəsinin arayışı ilə onun 2010-cu ildən indiyə kimi Rusiya Federasiyasında olduğu bildirilmişdir. Ona görə də keçən müddət üçün ona hesablanmış su pulu əsassız olduğu üçün silinməlidir. Məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə İddiaçı rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında Cavabdeh ASC «Gəncə Sukanal» Törəmə Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə təqdim edərək işə mahiyyəti üzrə baxılmasını tələb etmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh ASC «Gəncə Sukanal» Törəmə Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddia tələbinə qarşı etiraz edərək izahatında göstərdi ki, istehlakçı ünvan 1 ünvanında yaşamaması və sudan istifadə etməməsi ilə bağlı nə yazılı, nə də şifahi qaydada ərizə ilə onlara müraciət etməmişdir. Ailə tərkibi barədə məlumat verilməmişdir. Müqavilə üzrə 2005-ci ildən abonentdir, 2011-ci ildən etibarən borc hesablanır. Hər dəfə borc barədə qəbz verildikdə etiraz edilməmişdir. Həmin ünvanda yaşayış olmaması ilə bağlı MKTİB tərəfindən arayış verilə bilməz, arayış miqrasiya xidmətindən alınmalıdır. Cavabdeh su ilə yanaşı digər kommunal xidmətlərdən də istifadə etməməsi barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. İddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- Cavabdeh ASC Gəncə rayon sukanal idarəsi tərəfindən tərib olunmuş xx.xx.2023-cü il tarixli, ********* nömrəli hesab fakturadan görünür ki, abonent İddiaçı xx.xx.2023-cü il tarixə sudan istifadəyə görə 941,88 manat borcu olduğu qeyd edilmişdir. Azərbaycan Respublikası Gəncə şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi 10 nömrəli Xidmət Sahəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 45 nömrəli arayışdan görünür ki, ünvan 1-də 2010-cu il tarixdən hal-hazıra kimi yaşayış olmamış, İddiaçı Rusiya Federasiyasında yaşamışdır. 753329947 nömrəli pasportun surətindən görünür ki, İddiaçı Rusiya Federasiyası vətəndaşı olmaqla Rusiya Federasiyası Astraxan şəhəri, İvanova küçəsi, 4a ünvanda qeydiyyatdadır. İddia ərizəsinə əlavə olunmuş Rusiya Federasiyasının vətəndaşının pasportunun surətlərindən görünür ki, İddiaçı ailə üzvləri X2, X5 və X1 Federasiyası vətəndaşı olmaqla Rusiya Federasiyası Astraxan şəhəri, İvanova küçəsi, 4a ünvanda qeydiyyatdadırlar. İşin müəyyən olunmuş hallarından görünür ki, Cavabdeh ASC «Gəncə Sukanal» Törəmə Səhmdar Cəmiyyəti tərəfindən Gəncə şəhəri, X11 prospekti 84 nömrəli evin İddiaçı məxsus 17 nömrəli mənzilində sudan istifadəyə görə ailə üzvü 3 nəfər nəzərə alınmaqla 941,88 manat sudan istifadəyə görə borc hesablanmışdır. İddiaçı iddia etmişdir ki, o, 2010-cu ildən hal hazıradək Rusiya Federasiyasında yaşamış və keçən müddət ərzində sudan istifadəyə görə ona hesablanmış borc əsassızdır. Cavabdehin nümayəndəsi isə iddia tələbinə qarşı etirazını iddiaçının həmin ünvanda yaşamaması və sudan istifadə etməməsi ilə bağlı nə yazılı, nə də şifahi qaydada ərizə ilə onlara müraciət etməməsi və ailə tərkibi barədə məlumat verilməməsi ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli, 262 saylı, Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 7.4-cü bəndinə əsasən əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-yə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. Su təchizatı və tullantı suları haqqında Azərbaycan Respublikası Qanununun 62-ci maddəsinə əsasən qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Obyektin ayrılmasından sonra da borcların bütün məbləğinin ödənilməsi tələbi yerinə yetirilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsinin ödənilməyən məbləği məhkəmə qaydasında tələb etmək, o cümlədən qanunvericiliyə zidd olmayan hallarda borc məbləğinin borclunun əmlakı hesabına ödənilməsi barədə iddia qaldırmaq hüququ vardır. Göründüyü kimi qanunvericilik yalnız göstərilən xidmətlərin əvəzinin ödənilməsini istehlakçıların üzərinə vəzifə kimi qoymuşdur. Lakin hazırki iş üzrə istehlakçının sudan istifadə etməsi məhkəmə araşdırması zamanı sübuta yetirilməmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, istehlakçının sudan istifadə etmədiyi təqdirdə ailə üzvlərinin sayı barədə məlumat vermək vəzifəsi olmamışdır. Keçən müddət ərzində yəni 2011-ci ildən cavabdeh tərəf sudan istifadəyə görə borcun ödənilməsi barədə müvafiq tədbir görməmiş borcun ödənilməməsinin səbəbi araşdırılmamışdır. Borca dair bildirişin hər dəfə abonentə təqdim edidiyini, lakin buna dair etiraz edilmədiyini göstərmişlər. Halbu ki, yuxarıda qeyd olunan qanunvericiliyin tələbindən görünür ki, istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Obyektin ayrılmasından sonra da borcların bütün məbləğinin ödənilməsi tələbi yerinə yetirilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsinin ödənilməyən məbləği məhkəmə qaydasında tələb etmək, o cümlədən qanunvericiliyə zidd olmayan hallarda borc məbləğinin borclunun əmlakı hesabına ödənilməsi barədə iddia qaldırmaq hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə hesab edir ki, Gəncə şəhəri, Ş.İ.Xətai prospekti, 84 nömrəli evin İddiaçı məxsus 17 nömrəli mənzilində sudan istifadəyə görə 2011-2023-cü illər üzrə hesablanmış 941,88 manat məbləğində pul silinməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilməmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin olunsun. Gəncə şəhəri, Ş.İ.Xətai prospekti, 84 nömrəli evin İddiaçı məxsus 17 nömrəli mənzilində sudan istifadəyə görə 2011-2023-cü illər üzrə hesablanmış 941,88 manat pul silinsin. Cavabdeh ASC «Gəncə Sukanal» Törəmə Səhmdar Cəmiyyətindən dövlət rüsumu hesabına 30 manat alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə Gəncə Şəhər Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar