Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-6276/2023 31.10.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçı, Cavabdeh və onun nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “atalığın müəyyən olunması və aliment” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə ümumi övladı olan X4 münasibətdə Cavabdeh atalığının müəyyən olunması və cavabdehlə ümumi övladları olan xx.xx.2010-cü il təvəllüdlü X5, xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2019-cu il təvəllüdlü X1 üçün hər ay sabit pul məbləği ilə hər uşaq üçün 220 manat olmaqla, ümumilikdə 660 manat alimentin cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2008-ci ildə qeyri-rəsmi nikaha daxil olaraq evlənmiş, birgə nikahlarından xx.xx.2010-cü il təvəllüdlü X9, xx.xx.2013-cü il təvəllüdlü X10 və xx.xx.2019-cu il təvəllüdlü X7 adlı üç övladı doğulmuşdur. Lakin 3 ilə yaxındır ki, cavabdehlə münasibətləri tamamilə pozulub. Qızı Esminanın atalığı isə müəyyən olunmayıb. Həmçinin cavabdeh uşaqlara normal qayğı göstərmir, bir neçə aydan bir yadına düşəndə cüzi , maddi yardım edir. Ona görə də, atalığın müəyyən edilməsi və aliment tələbi ilə məhkəməyə müraciət etmək qəraına gəlmişdir. Məhkəmə iclasında iddiaçı ərizəsinin məzmununa uyğun izahat verərək həmçinin bildirdi ki, doğum haqqında şəhadətnamədə Esminanın atası qrafasında Cavabdeh qeyd edilsə də, uşağın şəxsiyyət vəsiqəsində X8 yazılmışdır, buna görə hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh yazılı ərizə təqdim edərək bildirdi ki, xx.xx.2019-cu il təvəllüdlü X7 onun övladıdır, amma onun hər ay üç uşaq üçün cəmi 300 manat ödəməyə imkanı çatır, buna görə iddianı qismən etiraf edir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianın qismən – cavabdehin yazılı ərizə təqdim edərək etiraf etdiyi hissədə təmin olunmasını xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxsləri dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunan İV № 262936 seriya nömrəli xx.xx.2019-cu il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2019-cu il tarixdə Gədəbəy rayonunda doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 310 nömrə ilə qeyd edilmişdir. Şəhadətnamədə uşağın atası kimi “Cavabdeh”, anası kimi “İddiaçı” yazılmışdır. İş materiallarına əlavə olunan İİİ № 804936 seriya nömrəli xx.xx.2016-cı il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2010-cu il tarixdə Gədəbəy rayonunda doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 303 nömrə ilə qeyd edilmişdir. Şəhadətnamədə uşağın atası kimi “Cavabdeh”, anası kimi “İddiaçı” yazılmışdır. İş materiallarına əlavə olunan İİİ № 178791 seriya nömrəli xx.xx.2013-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2013-cü il tarixdə Gədəbəy rayonunda doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 543 nömrə ilə qeyd edilmişdir. Şəhadətnamədə uşağın atası kimi “Cavabdeh”, anası kimi “İddiaçı” yazılmışdır. İş materiallarına əlavə olunan AA0310758 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.2019-cu ildə doğulmuşdur. Məhkəmə qeyd edir ki, iddia tələbi atalığın müəyyən edilməsi hissəsində cavabdehin özü tərəfindən etiraf edilmişdir və cavabdeh bu barədə ərizəni məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının atalığın müəyyən olunması hissəsində iddia tələbinin əsası kimi istinad etdiyi hallar cavabdeh tərəfindən etiraf edilərək qəbul edildiyindən və bu barədə məhkəməyə ərizə verildiyindən, iddiaçı həmin faktları sübut etmək vəzifəsindən azaddır. Bununla yanaşı, cavabdehin iddianı etiraf etməsi qanuna zidd deyildir və üçüncü şəxslərin hüquqlarını pozmur. Buna görə məhkəmə hesab edir ki, iddianın cavabdeh tərəfindən atalığın müəyyən olunması hissəsində iddia tələbinin etirafı qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.1-ci maddəsinə əsasən, uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh ilə faktiki nikaha daxil olmasının və onların faktiki nikahlarından xx.xx.2019-cu il təvəllüdlü X7 adlı uşaqlarının doğulmasının məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq olunması nəzərə alınaraq, iddia həmin hissədə təmin edilməli və uşağın atasının “Cavabdeh” olması müəyyən edilməlidir. Məhkəmə, eyni zamanda iddianın alimentin tutulmasına dair hissəsini araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd edilən Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” 30 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, tərəflərin yetkinlik yaşına çatmamış uşağın təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, həmçinin tərəflərin maddi və ailə vəziyyətini, iddiaçının da uşağın valideyni olaraq onu saxlamaq vəzifəsinin olmasını, bununla belə uşağın saxlanılması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulacaq alimentin məbləği hər ay hər uşaq üçün 120 manat olmaqla, cəmi 360 manat sabit pul məbləğində müəyyən edilməli, alimentin tutulma müddətinin əvvəli Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamənin alimentə dair hissəsi dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Bundan başqa, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mediasiya haqqında Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu və mediasiya prosesində çəkilən xərc tərəflərə bərabər şəkildə aid edilməli, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun və mediasiya xərcinin yarısı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı tərəfindən xx.xx.2019-cu il tarixdə doğulmuş X2 atası olması müəyyən edilsin. xx.xx.2010-cü il təvəllüdlü X5, xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh xx.xx.2023-cü il tarixdən başlayaraq, hər ay hər uşaq üçün 120 manat olmaqla, cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh dövlət rüsumunun əvəzi kimi 25 (iyirmi beş) manat və mediasiya xərcinin əvəzi kimi 25 (iyirmi beş) manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamənin alimentin tutulmasına dair hissəsi dərhal icra edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №2(125)-6276/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-6276/2023
31.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Atalığın müəyyən edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver