Məhkəmə qərarları › İş №2(125)-6291/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-6291/2025

03.03.2026 · Notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(125)-6291/2025 03.03.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh * saylı Gəncə Regional «Asan Xidmət» mərkəzində Notariat ofisi (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər maraqlı şəxs7, maraqlı şəxs6, maraqlı şəxs5, maraqlı şəxs4, maraqlı şəxs3, maraqlı şəxs2 və İsmayılova Zibər Bəyiş qızı) qarşı “notariat hərəkətlərinin aparılmasından imtinaya dair qərarın ləğv edilməsi və miras əmlaka aid vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması” tələbinə dair Hakim İmanov Zaman Şakir oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı İddiaçı etibarnamə üzrə nümayəndəsi (Göygöl Rayon Vəkil Bürosunun vəkili) Vəkil iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh * saylı Gəncə Regional «Asan Xidmət» mərkəzində Notariat ofisi (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər maraqlı şəxs7, maraqlı şəxs6, maraqlı şəxs5, maraqlı şəxs4, maraqlı şəxs3, maraqlı şəxs2 və İsmayılova Zibər Bəyiş qızı) qarşı “notariat hərəkətlərinin aparılmasından imtinaya dair qərarın ləğv edilməsi və miras əmlaka aid vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması” tələbinə dair iddiası üzrə mülki işə, Gəncə Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: İ. İddia tələbi: İddiaçı İddiaçı cavabdeh * saylı Gəncə Regional «Asan Xidmət» mərkəzində Notariat ofisi (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər maraqlı şəxs7, maraqlı şəxs6, maraqlı şəxs5, maraqlı şəxs4, maraqlı şəxs3, maraqlı şəxs2 və İsmayılova Zibər Bəyiş qızı) qarşı “notariat hərəkətlərinin aparılmasından imtinaya dair qərarın ləğv edilməsi və miras əmlaka aid vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ***** reyestr nömrəli qeydiyyat vəsiqəsi əsasında mərhum babası X2 miras qalmış və hazırda ünvan 4 ünvanında yerləşən mənzilə aid mirasın açılmasına görə notariat hərəkətlərinin aparılmasından imtinaya dair * saylı X3 xidmət mərkəzində Notariat ofisinin ## ###### 2025-ci il tarixli, *** nömrəli qərarının ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. II. İddia ərizəsinin dəqiqləşdirilməsi: Bundan sonra iddiaçının nümayəndəsi (vəkili) Vəkil «iddia tələbinin dəqiqləşdirilməsi» barədə məhkəməyə ərizə verərək ***** reyetsr nömrəli qeydiyyat vəsiqəsi əsasında iddiaçının mərhum babası X2 miras qalmış və hazırda ünvan 4 ünvanında yerləşən mənzilə aid mirasın açılmasına görə notariat hərəkətlərinin aparılmasından imtinaya dair * saylı X3 xidmət mərkəzində Notariat ofisinin ## ###### 2025-ci il tarixli *** nömrəli qərarının qanunsuz və əsassız olduğuna görə ləğv edilməsi və miras əmlaka aid vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. III. İddia tələbinin əsaslandığı hallar: Mərhum babası X2 ünvan 3 ünvanında yerləşən yaşayış evi miras qalmışdır. Qeyd olunan yaşayış evini babası Bəyiş sağlığında ona vəsiyyət etmişdir. X4 ## ###### 2020ci il tarixdə vəfat etmişdir. O, vəfat etməmişdən əvvəl ##.##.2019-cu il tarixdə notariat qaydada ərizə yazmış və vəsiyyətnamədə qeyd etmişdir ki, mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzili ona vəsiyyət edir. X4 vəfat edəndən sonra vəsiyyətnamə əsasında ona vəsiyyət edilmiş mirası faktiki olaraq o, qəbul etmiş və bu gün də miras onun sahibliyində və istifadəsində olmaqla onun tərəfindən idarə olunur. Babasının İ növbə vərəsə olan övladlarından heç biri mirası nə faktiki olaraq qəbul etmiş nə də notariat ofisinə müraciət etmişlər. Hazırda da babasının İ növbə vərəsələrinin mirasla bağlı heç bir tələbləri və miras barədə də heç bir mübahisə yoxdur. O, notariat orqanına müraciət edərək ona vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmiş, lakin notariat orqanı tərəfindən imtina olunaraq məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. IV. Məhkəmə icraatı iştirakçıları: Məhkəmə iclasında iddiaçı İddiaçı etibarnamə üzrə nümayəndəsi (Göygöl Rayon Vəkil Bürosunun vəkili) Vəkil iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək əlavə olaraq bildirdi ki, miras qoyan Bəyiş Alışovun digər birinci növbəli vərəsələri olan uşaqları miras əmlak olan ünvan 5 ünvanından imtina etmələri barədə notarial qaydada təsdiq edilmiş ərizə vermişlər. Eyni zamanda ## ###### 2019-cu il tarixli vəsiyyətnamə ilə də mirasqoyan Bəyiş Alışov miras əmlak olan adıçəkilən mənzili iddiaçıya vəsiyyət etmişdir. Mirasqoyanın birinci növbəli vərəsələri miras əmlakın İddiaçı adına keçməsinə tam razıdırlar və onlar arasında heç bir mübahisə yoxdur. Mirasqoyanın ölümündən sonra miras əmlakda vəsiyyət üzrə vərəsə olan İddiaçı yaşamış və miras əmlakı faktiki olaraq idarə etmişdir. Buna baxmayaraq notariat ofisi tərəfindən iddiaçıya vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən əsassız olaraq imtina edilmişdir. Odur ki, qeyd edilənlərin nəzərə alınmaqla iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər maraqlı şəxs7, maraqlı şəxs6, maraqlı şəxs5, maraqlı şəxs4, maraqlı şəxs3, maraqlı şəxs2 və İsmayılova Zibər Bəyiş qızı məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasına gəlməmələrinin səbəblərinin üzrlü olması barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh * saylı Gəncə Regional «Asan Xidmət» mərkəzində Notariat ofisinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, lakin məhkəməyə məktub ünvanlayaraq mülki işə notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını, məhkəmə tərəfindən çıxarılacaq hər hansı bir qərara heç bir etirazının olmadığını bildirmişdir. Məhkəmə işə cavabdeh * saylı Gəncə regional «Asan Xidmət» mərkəzində Notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. V. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sübutlar: - AA seriyalı ****** nömrəli məcburi köçkün vəsiqəsindən görünür ki, İddiaçı Kəlbəcər rayonundan məcburi köçkündür. - AZ-II seriyalı ****** nömrəli ## ###### 2020-ci il tarixli Gəncə ASAN xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki X2 ##.##.2020-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında ## ###### 2020-ci il tarixdə 296 nömrə ilə qeyd edilmişdir. Ölümün səbəbi ürəyin aterosklerotik xəstəliyidir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Gəncə Ərazi İdarəsinin ## #### 2025-ci il tarixli, *-**-*-**/*-****/**** nömrəli məktubundan görünür ki, Gəncə şəhəri, Gülüstan qəsəbəsi, bina 5 ünvanında yerləşən ** saylı mənzil ## ###### 1998-ci il tarixli, ***** reyestr nömrəli qeydiyyat vəsiqəsinə əsasən X2 adına olunmuşdur. - ## ###### 2019-cu il tarixli Göygöl Rayon Notariat Ofisi tərəfindən təsdiq edilmiş vəsiyyətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X2 ölən günədək ona məxsus olan Gəncə şəhəri Gülüstan qəsəbəsi bina 5-də yerləşən ** nömrəli mənzilini – nəvəsi İddiaçı vəsiyyət edir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Göygöl Rayon Notariat Ofisinin ## ### 2025-ci il tarixli, *** nömrəli məktubundan görünür ki, ## ###### 2019-cu il tarixli vəsiyyətnamənin ## ### 2025-ci ilədək dəyişdirilməsi və ya ləğv edilməsi barədə notariat ofisinə məlumat daxil olmamışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kəlbəcər rayon Qeydiyyat şöbəsinin ## ### 2025-ci il tarixli, ******-** nömrəli arayışından görünür ki, Vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində X2 aid ##.##.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparıldığı və qeyd olunan ailə üzvlərinə dair məlumatlar aşkar edilmişdir:

1. əri (arvadı) - X8 (##.##.1927)(##.##.2014)

2. oğlu – maraqlı şəxs7 (##.##.1949)

3. oğlu – maraqlı şəxs6 (##.##.1952)

4. qızı – maraqlı şəxs3 (##.##.1955)

5. oğlu – maraqlı şəxs5 (##.##.1958)

6. qızı – maraqlı şəxs2 (##.##.1961)

7. oğlu – X5 (##.##.1964) (##.##.1994)

8. oğlu – maraqlı şəxs4 (##.##.1967)

9. qızı – İsmayılova Zibər Bəyiş qızı (##.##.1969) - ## ##### 2021-ci il tarixli ****** nömrəli Kəlbəcər rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki X5 ##.##.1994-cü ildə Kəlbəcər rayonunda ölmüşdür. Bu barədə ##.##.2002-ci il tarixdə 18 nömrə qeyd edilmişdir. - ## ###### 2026-cı il tarixli 8İ-**** reyestr nömrəli ************* nömrəli ərizədən görünür ki İddiaçı ##.##.2020-ci ildə babası X2 ölmüşdür. Mərhumun adına ünvan 2 ünvanında yerləşən mənzil miras qalmışdır. Həmin mənzilə dair mirasın qəbul müddətini ötürməsinə və X2 ilə qohumluq əlaqələrini sübut edən sənədləri təqdim etməməsinə baxmayaraq ona vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi * saylı X3 xidmət Mərkəzində Notariat Ofisinin ## ###### 2025-ci il tarixli *** nömrəli qərarında İddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə əsasən uyğun olaraq mirasın qəbulu faktının müəyyən edilməsi ilə bağlı və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsində göstərilən qanun üzrə vərəsələr dairəsinə əsasən miras qoyan – X2 ilə qohumluq əlaqələrini sübut edən sənədlər mövcud olmadığına görə aidiyyəti üzrə məhkəməyə müraciət etməsi və məhkəmə qaydasında vərəsə tanınması tövsiyə olunmuşdur. - maraqlı şəxs3 tərəfindən notariat ofisinə ünvanlanan ## ###### 2020-ci il tarixli, 8İ-***** reyestr nömrəli ərizədən görünür ki, maraqlı şəxs3 ## ###### 2020-ci ildə vəfat etmiş atası – X2 vəfatından sonra mirası nədə ifadə etməsindən və harada olmasından asılı olmayaraq qəbul etməmiş və buna görə də öz vərəsəlik hüququnu rəsmiləşdirmək niyyətində deyildir. Mirasın qəbul edilməsi müddətin uzadılması və miras əmlakın bölüşdürülməsi üçün məhkəməyə müraciət məqsədi yoxdur. Notarius tərəfindən ona izah edilmişdir ki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1268-ci maddəsinə əsasən mirasdan imtina haqqında ərizə geri götürülə və ya ləğv edilə bilməz mirasın bir hissəsindən imtina bütün miras əmlakdan imtinaya bərabər tutulur. - maraqlı şəxs7 tərəfindən notariat ofisinə ünvanlanan ## ###### 2026-cı il tarixli, 8İ-*** reyestr nömrəli ərizədən görünür ki, atası – X2 ##.##.2020-ci il tarixdə vəfat etmişdir. Atasının ölümündən sonra miras qalmış ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakdan ona çatası məcburi payını qanunla müəyyən edilmiş müddət ərzində bilərəkdən qəbul etməmiş indi də etmir və vərəsəlik hüququ haqqında şəhadətnaməni almaq istəmir. maraqlı şəxs7 öz hərəkətlərinin əhəmiyyətini dərk edərək hərəkətlərini idarə etmək imkanına malik olaraq onun üçün əhəmiyyətli olan vəziyyəti anlayaraq digər şəxslər tərəfindən psixi və ya fiziki təsir olmaddan həqiqi iradəsinə əsasən ərizəsini imza edir və bununla bağlı heç bir etirazı yoxdur. - maraqlı şəxs2 tərəfindən notariat ofisinə ünvanlanan ## ###### 2026-cı il tarixli, 8İ-*** reyestr nömrəli ərizədən görünür ki, atası – X2 ##.##.2020-ci il tarixdə vəfat etmişdir. Atasının ölümündən sonra miras qalmış ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakdan ona çatası məcburi payını qanunla müəyyən edilmiş müddət ərzində bilərəkdən qəbul etməmiş indi də etmir və vərəsəlik hüququ haqqında şəhadətnaməni almaq istəmir. maraqlı şəxs2 öz hərəkətlərinin əhəmiyyətini dərk edərək hərəkətlərini idarə etmək imkanına malik olaraq onun üçün əhəmiyyətli olan vəziyyəti anlayaraq digər şəxslər tərəfindən psixi və ya fiziki təsir olmaddan həqiqi iradəsinə əsasən ərizəsini imza edir və bununla bağlı heç bir etirazı yoxdur. - maraqlı şəxs6 tərəfindən notariat ofisinə ünvanlanan ## ###### 2026-cı il tarixli, 8İ-*** reyestr nömrəli ərizədən görünür ki, atası – X2 ##.##.2020-ci il tarixdə vəfat etmişdir. Atasının ölümündən sonra miras qalmış ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakdan ona çatası məcburi payını qanunla müəyyən edilmiş müddət ərzində bilərəkdən qəbul etməmiş indi də etmir və vərəsəlik hüququ haqqında şəhadətnaməni almaq istəmir. maraqlı şəxs6 öz hərəkətlərinin əhəmiyyətini dərk edərək hərəkətlərini idarə etmək imkanına malik olaraq onun üçün əhəmiyyətli olan vəziyyəti anlayaraq digər şəxslər tərəfindən psixi və ya fiziki təsir olmaddan həqiqi iradəsinə əsasən ərizəsini imza edir və bununla bağlı heç bir etirazı yoxdur. - maraqlı şəxs4 tərəfindən notariat ofisinə ünvanlanan ## ###### 2026-cı il tarixli, 8İ-*** reyestr nömrəli ərizədən görünür ki, atası – X2 ##.##.2020-ci il tarixdə vəfat etmişdir. Atasının ölümündən sonra miras qalmış ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakdan ona çatası məcburi payını qanunla müəyyən edilmiş müddət ərzində bilərəkdən qəbul etməmiş indi də etmir və vərəsəlik hüququ haqqında şəhadətnaməni almaq istəmir. maraqlı şəxs4 öz hərəkətlərinin əhəmiyyətini dərk edərək hərəkətlərini idarə etmək imkanına malik olaraq onun üçün əhəmiyyətli olan vəziyyəti anlayaraq digər şəxslər tərəfindən psixi və ya fiziki təsir olmaddan həqiqi iradəsinə əsasən ərizəsini imza edir və bununla bağlı heç bir etirazı yoxdur. - maraqlı şəxs5 tərəfindən notariat ofisinə ünvanlanan ## ###### 2026-cı il tarixli, 8İ-*** reyestr nömrəli ərizədən görünür ki, atası – X2 ##.##.2020-ci il tarixdə vəfat etmişdir. Atasının ölümündən sonra miras qalmış ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakdan ona çatası məcburi payını qanunla müəyyən edilmiş müddət ərzində bilərəkdən qəbul etməmiş indi də etmir və vərəsəlik hüququ haqqında şəhadətnaməni almaq istəmir. maraqlı şəxs5 öz hərəkətlərinin əhəmiyyətini dərk edərək hərəkətlərini idarə etmək imkanına malik olaraq onun üçün əhəmiyyətli olan vəziyyəti anlayaraq digər şəxslər tərəfindən psixi və ya fiziki təsir olmaddan həqiqi iradəsinə əsasən ərizəsini imza edir və bununla bağlı heç bir etirazı yoxdur. - İsmayılova Zibər Bəyiş qızı tərəfindən notariat ofisinə ünvanlanan ## ###### 2026-cı il tarixli, 8İ-*** reyestr nömrəli ərizədən görünür ki, atası – X2 ##.##.2020-ci il tarixdə vəfat etmişdir. Atasının ölümündən sonra miras qalmış ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakdan ona çatası məcburi payını qanunla müəyyən edilmiş müddət ərzində bilərəkdən qəbul etməmiş indi də etmir və vərəsəlik hüququ haqqında şəhadətnaməni almaq istəmir. İsmayılova Zibər Bəyiş qızı öz hərəkətlərinin əhəmiyyətini dərk edərək hərəkətlərini idarə etmək imkanına malik olaraq onun üçün əhəmiyyətli olan vəziyyəti anlayaraq digər şəxslər tərəfindən psixi və ya fiziki təsir olmaddan həqiqi iradəsinə əsasən ərizəsini imza edir və bununla bağlı heç bir etirazı yoxdur. VI. Məhkəmə iclasında müəyyən olunan hallar: Gəncə şəhəri, Gülüstan qəsəbəsi, bina 5 ünvanında yerləşən ** saylı mənzil ## ###### 1998-ci il tarixli, ***** reyestr nömrəli qeydiyyat vəsiqəsinə əsasən X2 adınadır. ## ###### 2019-cu il tarixli, Göygöl Rayon Notariat Ofisi tərəfindən təsdiq edilmiş vəsiyyətnamə ilə X2 ölən günədək ona məxsus olan Gəncə şəhəri, Gülüstan qəsəbəsi, bina 5-də yerləşən ** nömrəli mənzilini – nəvəsi İddiaçı vəsiyyət etmişdir. Bəyiş Alışov ## ###### 2020-ci il tarixdə vəfat etmişdir. İddiaçı həmin miras əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün * saylı Gəncə Regional “Asan xidmət” mərkəzində Notariat ofisinə müraciət etmişdir. Lakin * saylı Gəncə Regional “Asan xidmət” mərkəzində Notariat ofisinin ## ###### 2025-ci il tarixli, *** nömrəli məktubunda İddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə əsasən uyğun olaraq mirasın qəbulu faktının müəyyən edilməsi ilə bağlı və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsində göstərilən qanun üzrə vərəsələr dairəsinə əsasən miras qoyan – X2 ilə qohumluq əlaqələrini sübut edən sənədlər mövcud olmadığına görə aidiyyəti üzrə məhkəməyə müraciət etməsi və məhkəmə qaydasında vərəsə tanınması tövsiyə olunmuşdur. Bundan sonra iddiaçı həmin imtinanı qanunsuz hesab edərək ləğv olunması və miras əmlaka aid vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması tələbi ilə məhkəmədə iddia qaldırmışdır. Miras qoyan mərhum Bəyiş Alışovun İ növbəli vərəsələri olan övladları hazırki iş üzrə müstəqil tələb irəli sürməyən maraqlı şəxs7, maraqlı şəxs6, maraqlı şəxs5, maraqlı şəxs4, maraqlı şəxs3, maraqlı şəxs2 və Zibər İsmayılova notarial qaydada təsdiq edilmiş Gəncə şəhəri, Gülüstan qəsəbəsi, bina 5-də yerləşən ** nömrəli miras əmlakdan imtina etmələri barədə ərizələrini məhkəməyə göndərmişlər. Nümayəndə vasitəsi ilə təmsil olunan iddiaçı tərəf iddia tələbinin dəqiqləşdirilməsi nəzərə alınmaqla təmin edilməsini xahiş etmiş, cavabdeh * saylı Gəncə Regional «Asan Xidmət» mərkəzində Notariat ofisinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, lakin məhkəməyə məktub ünvanlayaraq mülki işə notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını, məhkəmə tərəfindən çıxarılacaq hər hansı bir qərara heç bir etirazın olmadığı bildirmişdir. VII. Məhkəmənin mövqeyi və tətbiq olunan hüquq: Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, həmçinin iş materiallarını tam və hərtərəfli araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə ilk öncə onu qeyd edir ki, * saylı Gəncə Regional “Asan xidmət” mərkəzində Notariat ofisinin ## ###### 2025-ci il tarixli *** nömrəli məktubunun mahiyyəti notariat hərəkətlərinin aparılmasından və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtinanı ehtiva etdiyi üçün həmin məktub notariusun qərarı kimi qəbul olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Notariat haqqında Azərbaycan Respublikası Qanunun 40-cı maddəsinə əsasən notarius və notariat hərəkətlərini aparan digər vəzifəli şəxslər aşağıdakı hallarda notariat hərəkətlərini aparmaqdan imtina etməlidirlər: 1) hərəkətin aparılması qanuna zidd olduqda; 2) hərəkəti başqa notarius və ya digər vəzifəli şəxs aparmalı olduqda; 3) hərəkətin aparılması barədə fəaliyyət qabiliyyəti olmayan şəxs və ya lazımi səlahiyyəti olmayan nümayəndə müraciət etdikdə; 4) hüquqi şəxsin adından bağlanan əqd onun nizamnamə və ya əsasnaməsində göstərilən məqsədlərə zidd olduqda; 5) qanunun tələblərinə uyğun olmayan əqd bağlandıqda; 6) notariat hərəkətinin aparılması üçün təqdim olunan sənədlər qanunvericiliyin tələblərinə zidd olduqda və ya həmin sənədlərdə ayrı-ayrı şəxslərin şərəf və ləyaqətini ləkələyən məlumatlar olduqda; 7) əqdin məzmunu tərəflərin həqiqi niyyətinə uyğun olmadıqda. Notariuslar və notariat hərəkətini aparan digər vəzifəli şəxslər hərəkətin aparılmasına rədd cavabı almış şəxsin xahişi ilə üç gün müddətində imtina barədə əsaslandırılmış qərar çıxarmalı və ondan şikayət verilməsi qaydasını izah etməlidirlər. Həmin Qanunun 41-ci maddəsinə əsasən aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən maraqlı şəxs bu barədə dövlət notariat ofisinin, xüsusi notariusun, müvafiq icra hakimiyyəti orqanının, bu Qanunun 39-cu maddəsinin birinci hissəsində sadalanan vəzifəli şəxslərin iş və ya qulluq yerinin, yaxud gəminin qeydiyyat limanının yerləşdiyi yerin məhkəməsinə şikayət verə bilər. Azərbaycan Respublikası konsulluqlarının apardığı notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən şikayətlərə Azərbaycan Respublikasının Konsul Nizamnaməsi ilə müəyyən olunmuş qaydada baxılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair ## #### 2021-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddələrinin mənasına görə, vərəsələrin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisələrin həlli səlahiyyəti notariat haqqında qanunvericiliyə əsasən notariat orqanlarının hüquqi təyinatı və funksiyasından kənar olduğu üçün məhkəmələrə aiddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1321.1 və 1325-ci maddələrinin tələblərinə uyğun olaraq, notariat orqanları vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı qanunvericilikdə təsbit edilmiş vəzifələrini icra etməli, bu zaman məsələyə formal yanaşmayaraq mübahisələrin yaranmasının qarşısının alınmasına və vərəsələr arasında qarşılıqlı razılığın əldə edilməsinə çalışmalıdır. Sözügedən qərarda həmçinin Konstitusiya məhkəməsi göstərmişdir ki, nəzərə alınmalıdır ki, vərəsə olmaq hüququna malik olan şəxslərin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi miras əmlakın bölüşdürülməsindən daha mürəkkəb və əhəmiyyətli hüquqi fəaliyyətdir. Belə ki, şəxsin ləyaqətsiz vərəsə hesab olunubolunmaması, vəsiyyətnamənin və ya vəsiyyət sərəncamının etibarsızlığı, mirasın qəbulu faktının olub-olmaması kimi bir sıra mübahisələr birbaşa vərəsə olmaq hüququna malik olan şəxslərin dairəsinin müəyyənləşdirməsinə aid mübahisələrdir. Həmçinin Mülki Məcəllənin 1297-1299-cu maddələrinə uyğun olaraq, miras payının bərabərləşdirilməsi üçün xüsusi töhfənin nəzərə alınması, miras qoyanın sağlığında bağışlamalar yolu ilə məcburi pay sahibi olan vərəsələrin məcburi paylarının pozulmasına səbəb olması hallarında, kimlərin kimlərə qarşı hansı nisbətdə mülki məsuliyyət daşıması və s. bu kimi hallarla bağlı hüquqi mübahisələr vərəsəlik paylarının müəyyən edilməsinə təsir göstərən mübahisələrdir. Odur ki, Mülki Məcəllənin 1291-ci maddəsi ilə yalnız miras əmlakın bölüşdürülməsi ilə bağlı mübahisələrə baxılmasının məhkəmələrə aid edilməsinin nəzərdə tutulmasına əsaslanmaqla, vərəsələrin dairəsi və payların həcmi ilə bağlı mübahisələrə məhkəmələrdə baxılmasının istisna edilməsi hüquqi məntiqə zidd olar. Qeyd olunan mübahisələrin həll edilməsi səlahiyyəti notariat orqanlarının qanunvericiliklə müəyyən edilmiş təyinat və funksiyasından kənar olmaqla hüquqi mübahisələrin həlli yeri kimi məhkəmələrə aiddir. Əks yanaşma qanunvericiliyin mövcud sistemi ilə uzlaşmamaqla vərəsələrin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisələrin həllində qeyri-müəyyənliyin yaranmasına gətirib çıxara bilər. Bu baxımdan Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqların müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir müddəasını nəzərdə tutan Mülki Prosessual Məcəllənin 24.1-ci maddəsinə əsaslanmaqla vərəsələrin dairəsinin və vərəsəlik paylarının müəyyən edilməsi kimi mübahisələrin həllinin notariat orqanlarına həvalə edilməsi qanunvericiliyin təməl prinsiplərinə uyğun gəlmir. Göstərilənlərlə yanaşı Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, vərəsələrin dairəsinin və vərəsəlik paylarının müəyyən edilməsi zamanı notariat orqanları məsələyə formal yanaşmamalı, mübahisələrin yaranmasının qarşısının alınmasına və vərəsələr arasında qarşılıqlı razılığın əldə edilməsinə çalışmalıdır. Notariat orqanlarının bu istiqamətdə fəaliyyəti uzunmüddətli məhkəmə çəkişmələrinin qarşısının alınmasına və məhkəmələrin artıq işlərlə yüklənməməsinə xidmət etmiş olar. O da qeyd olunmalıdır ki, müraciət edən şəxsin vərəsə olması mübahisə predmeti deyilsə, mübahisə sadəcə vərəsəlik paylarının həcmi ilə bağlıdırsa, notariuslar vərəsəlik payının nisbətini göstərmədən vərəsəlik şəhadətnaməsini verməlidirlər. Beləliklə, vərəsələr arasında razılıq əldə edilmədiyi təqdirdə vərəsələrin dairəsinin və ya vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisənin həll olunması üçün məhkəməyə müraciət edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1146-cı maddəsinə görə miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1243.1-ci maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, habelə bu Məcəllənin 1256-cı maddəsində müəyyən olunmuş müddət ərzində mirasın qəbulundan imtina etmədikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə görə vərəsə mirasın bir hissəsinə sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. 1257.1-ci maddəsinə əsasən hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir. 1257.2-ci maddəsinə əsasən əgər vərəsə mirasın bir hissəsindən imtina edərsə və ya hər hansı şərt qoyarsa, hesab edilir ki, o, mirasdan imtina etmişdir. 1166-cı maddəsinə görə fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. 1167-ci maddəsinə əsasən vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər. 1179.1-ci maddəsinə əsasən vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. 1179.2-ci maddəsinə görə notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın, notarius, notariusun olmadığı yerlərdə isə müvafiq icra hakimiyyəti orqanları təsdiqləsin. Konstitusiya Məhkəməsinin Plenumu 2022-ci il ## ####### tarixli Qərarında Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı qeyd etmişdir ki, qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. X12 Məhkəməsinin Plenumu onu da vurğulamışdır ki, Mülki Məcəllə ilə vərəsə statusunun yaranmasının xüsusi qəbul müddətinə bağlı tutulması, eyni zamanda mirasdan imtinanın ehtimal oluna bilmə imkanı (Mülki Məcəllənin 1273-1-ci maddəsi) hüquqi baxımdan qeyri-müəyyənliyin yaranmasına, məhkəmə mübahisələrinin çoxalmasına səbəb olmaqla yanaşı, vərəsəlik hüququna dair konstitusiya təminatına da xələl yetirmiş olur. Həmçinin Konstitusiya Məhkəməsinin Plenumu 2022-ci il ## ####### tarixli Qərarında qeyd etmişdir ki, vərəsəlik hüquq münasibətləri miras qoyanın ölümü və ya ölmüş elan edilməsi anından başlamış olur. Qanunvericilik vərəsəlik hüququnun yaranmasını miras qoyanın ölümü və ya ölmüş elan edilməsi ilə şərtləndirmiş və bu hüquqa vəsiyyətnamə olduğu təqdirdə vəsiyyətnamədə göstərilən şəxslərin, əks halda (vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi halda) isə qanunla müəyyən edilmiş vərəsələrin malik olduğunu təsbit etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsinə uyğunluğunun yoxlanılmasına dair ## ###### 2023-cü il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, Notariat Kontorundə rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur. Konstitusiya Məhkəməsinin Plenumu 2022-ci il ## ####### tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinin davamı olaraq qeyd etmişdir ki, mirasdan imtinanın ehtimal oluna bilmə imkanı mülkiyyət hüququnu və onun davamlılığını təmin edən vərəsəlik hüququnun konstitusion təminatını pozur. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, mirasqoyan X2 miras əmlak olan Gəncə şəhəri, Gülüstan qəsəbəsi, bina 5 ünvanında yerləşən ** saylı mənzili hələ sağlığında ## ###### 2019-cu il tarixli Göygöl Rayon Notariat Ofisində təsdiq edilmiş vəsiyyətnamə ilə İddiaçı vəsiyyət etmişdir. Bundan başqa mirasqoyanın birinci növbəli vərəsələri olan hazırki mülki iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər maraqlı şəxs7, maraqlı şəxs6, maraqlı şəxs5, maraqlı şəxs4, maraqlı şəxs3, maraqlı şəxs2 və Zibər İsmayılova notarial qaydada təsdiq edilmiş Gəncə şəhəri, Gülüstan qəsəbəsi, bina 5-də yerləşən ** nömrəli mənzildən imtina etmələri barədə ərizələrini məhkəməyə göndərmişlər. Bu baxımdan vərəsələr arasında miras əmlaka dair hər hansı mübahisə olmadığından və iddiaçıya miras qoyan tərəfindən miras əmlaka dair vəsiyyətnamə verilməklə, həmçinin, sonuncunun ölümündən sonra miras əmlakda yaşamaqla onu idarə etdiyindən notariat ofisinin notariat hərəkətlərinin aparılmasından imtina etməsi qanunsuz və əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır; 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı İddiaçı mərhum babası X2 miras qalmış Gəncə şəhəri, Gülüstan qəsəbəsi, bina 5 ünvanında yerləşən ** saylı mənzilə dair vərəsəlik hüququnun həyata keçirilməsi ilə bağlı «notariat hərəkətlərinin aparılmasından imtinaya dair» * saylı Gəncə regional «Asan Xidmət» mərkəzində Notariat ofisinin ## ###### 2025-ci il tarixli *** nömrəli qərarı əsassız olduğundan ləğv edilməli və mərhum X2 miras qalmış Gəncə şəhəri, Gülüstan qəsəbəsi, bina 5 ünvanında yerləşən ** saylı mənzilə dair iddiaçıya vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi öhdəliyi * saylı Gəncə regional «Asan Xidmət» mərkəzində Notariat ofisinin üzərinə qoyulmalıdır. VIII. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 227, 357-360-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: İddia təmin edilsin. İddiaçı İddiaçı mərhum babası X2 miras qalmış Gəncə şəhəri, Gülüstan qəsəbəsi, bina 5 ünvanında yerləşən ** saylı mənzilə dair vərəsəlik hüququnun həyata keçirilməsi ilə bağlı «notariat hərəkətlərinin aparılmasından imtinaya dair» * saylı Gəncə regional «Asan Xidmət» mərkəzində Notariat ofisinin ## ###### 2025-ci il tarixli, *** nömrəli qərarı ləğv edilsin. Mərhum X2 miras qalmış Gəncə şəhəri, Gülüstan qəsəbəsi, bina 5 ünvanında yerləşən ** saylı mənzilə dair iddiaçı İddiaçı vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi öhdəliyi * saylı Gəncə regional «Asan Xidmət» mərkəzində Notariat ofisinin üzərinə qoyulsun. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar