Məhkəmə qərarları › İş №2(125)-6328/2025

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-6328/2025

24.10.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-6328/2025 24.10.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi X4, Ərizəçi maraqlı şəxs Gəncə şəhər İcra hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyası qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə” dair ərizəsinin məhkəmə icrааtının mümkünlüyü məsələsinə məhkəmə binаsındа, məhkəmə iclаsındаn kənаr аyrıcа prоsessuаl qаydаdа bаxаrаq, müəyyən etdim: Ərizəçi maraqlı şəxs Gəncə şəhər İcra hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyası qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, bacısı X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və onun X2 qəyyum (himayəçi) təyin olunmasını məhkəmədən xahiş etmişdir. Ərizəni nəzərdən keçirərək hesab edirəm ki, ərizə məhkəmənin icraatına qəbul edilmədən ərizəçiyə geri qaytarılmalıdır. Belə ki, hazırki ərizə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi ilə bağlı olub xüsusi icraat qaydasında baxılmalı olan iş olmaqla “Dövlət Rüsumu” Haqqında Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən ərizənin məhkəməyə verilməsi üçün ərizəçi tərəfindən hökumət ödəniş portalına 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ödənməli idi. Lakin, ərizə və ona əlavə edilən sənədlər nəzərdən keçirilən zaman müəyyən olunmuşdur ki, ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət edərkən dövlət rüsumu ödəməmiş, yaxud bu barədə qəbzi ərizəsinə əlavə etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 89.1-ci maddəsinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Mülki Prosessual Məcəllənin yazılı sübutlara qoyduğu bu tələbə riayət olunmadıqda həmin sənədlər məhkəmə tərəfindən sübut kimi qiymətləndirilə bilməz. Sənədin iddianın təmin edilməsində maraqlı olan iddiaçının özü tərəfindən təsdiq edilməsi MPM-in 89.3-cü maddəsi ilə nəzərdə tutulmuş qaydada təsdiq edilmə hesab edilə bilməz. 150.0.2-ci maddəsinə əsasən, dövlət rüsumunun ödənilməsi haqqında sənəd iddia ərizəsinə əlavə edilir. 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə və ya bu Məcəllənin 150.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Belə olduğu halda məhkəmə hesab edir ki, Ərizəçi maraqlı şəxs Gəncə şəhər İcra hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyası qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə” dair ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı və Ərizəçi izah edilməlidir ki, iddia ərizəsinin qaytarılmasına əsas olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməsinə mane olmur. Məhkəmə həmçinin sonda ərizəçinin nəzərinə çatdırır ki, qəyyum və himayəçi təyin edilməsi məsələsinə baxılması müvafiq icra hakimiyyəti orqanına aid olmaqla, ərizəçi bununla bağlı məhkəməyə deyil, icra hakimiyyəti orqanına müraciət etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 108, 149-152, 263-264, 267-268-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldım: Ərizəçi maraqlı şəxs Gəncə şəhər İcra hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyası qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə” dair ərizə və ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Ərizəçi izah edilsin ki, ərizənin qaytarılmasına əsas olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməsinə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən işə baxan Azərbaycan Respublikası Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar