Məhkəmə qərarları › İş №2(125)-6329/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-6329/2025

03.11.2025 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-6329/2025 03.11.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X7 Tahir oğlunun sədrliyi, Əlizadə Ümid Maqsud oğlunun katibliyi və Ərizəçi etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə müraciət edərək, onun birgə nikahdan olan xx.xx.2008-ci il təvəllüdlü qızı X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin azaldılaraq 200 manat məbləğində Maraqlı şəxs ödənilməsinə dair 1 saylı X2 xx.xx.2025-ci il tarixdə aralarında bağlanmış barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, sabiq həyat yoldaşı Maraqlı şəxs ilə 1 saylı X2 birgə nikahdan olan xx.xx.2008-ci il təvəllüdlü qızı X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Gəncə Şəhər Məhkəməsi tərəfindən müəyyən edilmiş minimum əmək haqqının 0,76 misli (304 manat) həddində sabit pul məbəğində alimentin xx.xx.2025-ci il tarixdən azaldılaraq, minimum əmək haqqının 0,5 misli həddində, yəni 200 manat ödənilməsinə dair aralarında xx.xx.2025-ci il tarixdə barışıq sazişi bağlanmışdır. Sazişə görə hər ikisi alimentin azaldılaraq, 200 manat olması ilə razılaşmışlar. İcra idarəsi barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilmədən icra etməkdə çətinlik çəkmişdir. Buna görə də alimentin azaldılmasına dair qeyd edilən barışıq sazişinin məcburi icrası üçün məhkəmədə təsdiq edilməsinə ehtiyac vardır. Məhkəmə iclasında Ərizəçi etibarnamə üzrə nümayəndəsi X4 ərizənin məzmununa uyğun izahat verib əlavə olaraq göstərdi ki, uşağın saxlanılması üçün 304 manat məbləğində aliment kəsilmişdir. Daha sonra oğlu ilə gəlini mediasiya prosesinda razılığa gələrək barışıq sazişi bağlamışdırlar. Gəlini 200 manat məbləğində aliment tələb etmiş, onlar da razılaşmışdırlar ki, heç olmasa Rövşənin əmək haqqının yarısı məbləğində, yəni 200 manat aliment təyin olunsun. Bu il uşağın 17 yaşı tamam olacaqdır, geriyə 1 il qaldığı üçün ödəməyə razılaşmışdırlar. Ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-25.2-ci maddəsinə əsasən maraqlı şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- Ərizəçi ilə Maraqlı şəxs arasında Gəncə 1 saylı Mediasiya Təşkilatında mediasiya prosesi zamanı bağlanmış xx.xx.2025-ci il tarixli, MŞG/1/MT007/2024-01325 nömrəli barışıq sazişindən görünür ki, tərəflər alimentin azaldılması ilə bağlı razılığa gəlmiş, tərəflərin qarşılıqlı razılığı əsasında birinci tərəf Ərizəçi övladı xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün Gəncə Şəhər Məhkəməsi tərəfindən 8(125)-224/2025 nömrəli qətnamə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,76 misli (304 manat) həddində sabit pul məbləğində alimenti xx.xx.2025-ci il tarixdən azaldaraq, minimum əmək haqqının 0,5 misli həddində, yəni 200 (iki yüz) manat sabit pul məbləğində alimenti ikinci tərəf Maraqlı şəxs ödəyəcəyini öz öhdəsinə götürmüşdür. Məhkəmə ərizənin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, ərizəçinin nümayəndəsinin izahatını dinləyib, hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə əsassız olduğundan təmin olunmamalıdır. İşin müəyyən olunmuş hallarından görünür ki, tərəflər mediasiya prosesində birgə nikahlarından olan uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin azaldılması ilə bağlı qarşılıqlı razılığa gələrək, xx.xx.2025-ci il tarixli, MŞG/1/MT007/2024- 01325 nömrəli barışıq sazişi bağlamışlar. Ərizəçi qeyd olunan barışıq sazişinin təsdiq olunması barədə məhkəməyə ərizə ilə müraciət edərək, ərizəsini onunla əsaslandırmışdır ki, barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilmədiyindən icra idarəsi ibarışıq sazişini cra etməkdə çətinlik çəkmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq onların müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, pozulmuş və mübahisə edilən hüquq və azadlıqları müdafiə və təmin edir. Həmin Məcəllənin 355-23.1-ci maddəsində göstərilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Göründüyü kimi, qanunvericilik barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət edilməsinin mümkünlüyünü təsbit etmişdir. Hazırki işdə isə qeyd edilən halların heç biri mövcud olmamaqla yanaşı, tərəflər arasında mübahisə yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, Ərizəçi Maraqlı şəxs qarşı barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizəsi əsassız olduğundan təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 308, 311, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizəçi Maraqlı şəxs qarşı barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsi təmin olunmasın. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar