Məhkəmə qərarları › İş №2(125)-6334/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-6334/2025

05.11.2025 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-6334/2025 05.11.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X8 İsa oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi ilə, Ərizəçi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi ilə Maraqlı şəxs arasında Gəncə 2 saylı Mediasiya Təşkilatında xx.xx.2025-ci il tarixdə bağlanmış MŞG/MT007/2025 nömrəli “Barışıq sazişi”nin təsdiq edilməsi və xx.xx.2025-ci il təvəllüdlü X1 üçün hər ay 400 manat miqdarında alimentin məcburi qaydada tutularaq, Ərizəçi qızma verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Gəncə 2 saylı Mediasiya Təşkilatında xx.xx.2025ci il tarixdə bağlanmış MŞG/MT007/2025 nömrəli “Barışıq sazişi” nə əsasən tərəflər aşağıdakı şərtlərlə barışıq sazişi bağlamışdır: Tərəflər, xx.xx.1996-cı il tarixdə anadan olmuş Ərizəçi və xx.xx.1990-cı il tarixdə anadan olmuş Maraqlı şəxs “aliment təyin edilməsi” tələbi mübahisəsini mediasiyada aşağıdakı qaydada həll etməyə razılaşdılar; Ata, xx.xx.1990-cı il tarixdə anadan olmuş Maraqlı şəxs mediator X3 iştirakı ilə keçirilən X4 bağlanan barışıq sazişinə əsasən, aralarındakı xx.xx.2024-cü il tarixli AZ-İİ № 598018, 458№ ilə qeydə rəsmiləşdirilmiş birgə nikahdan anadan olmuş övladları xx.xx.2025-ci il tarixdə anadan olmuş Haqverdiyeva Zeynəb Kənan qızının yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2025ci il tarixdən etibarən, hər ayın 08 tarixindən 10-a kimi gələcəkdə artırılması nəzərə alınmaqla 400 manat aliment məbləğinin ödənilməsini öz öhdəsinə götürdü; Bundan başqa tərəflər X6 zamanı heç bir digər tələb və ya şərt irəli sürmədilər. Baxmayaraq ki, “Barışıq sazişi” ilə Maraqlı şəxs övladları X1 üçün hər ayın 08 tarixindən 10-a kimi, hər ay 400 manat miqdarında aliment ödənilməli idi. Lakin, maraqlı şəxs aliment ödəməkdən imtina etmişdir. Məhkəmədə Ərizəçi iştirak etmiş və izahatında qeyd etmişdir ki, Maraqlı şəxs “Barışıq sazişi” üzrə nəzərdə tutulan alimenti ödəmir. Ona görə də, Maraqlı şəxs ilə onun arasında Gəncə 2 saylı Mediasiya Təşkilatında xx.xx.2025-ci il tarixdə bağlanmış MŞG/MT007/2025 nömrəli “Barışıq sazişi”nin xx.xx.2025-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün 08 tarixindən 10-a kimi gələcəkdə artırılması nəzərə alınmaqla 400 manat alimentin ödənilməsi hissəsinin təsdiq edilməsini xahiş edir. Məhkəmədə Maraqlı şəxs iştirak etmiş və izahatında iddiaya etiraz etmədiini bildirmişdir. Barışıq sazişini maddi imkanının olmaması ilə əlaqələndirmişdir. Məhkəmə tərəfləri dinləyib, işdə olan sənədləri tam və hərtərəfli araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan, Maraqlı şəxs ilə Ərizəçi araslnda xx.xx.2025-ci il tarixdə Gəncə 2 saylı Mediasiya Təşkilatında bağlanmış barışıq sazişindən görünür ki, tərəflər, xx.xx.1996cı il tarixdə anadan olmuş Ərizəçi və xx.xx.1990-cı il tarixdə anadan olmuş Maraqlı şəxs “aliment təyin edilməsi” tələbi mübahisəsini mediasiyada aşağıdakı qaydada həll etməyə razılaşdılar; Ata, xx.xx.1990-cı il tarixdə anadan olmuş Maraqlı şəxs mediator X3 iştirakı ilə keçirilən X4 bağlanan barışıq sazişinə əsasən, aralarındakı xx.xx.2024-cü il tarixli AZ-İİ № 598018, 458№ ilə qeydə rəsmiləşdirilmiş birgə nikahdan xx.xx.2025-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2025-ci il tarixdən etibarən, hər ayın 08 tarixindən 10-a kimi gələcəkdə artırılması nəzərə alınmaqla 400 manat aliment məbləğinin ödənilməsini öz öhdəsinə götürdü; Bundan başqa tərəflər X6 zamanı heç bir digər tələb və ya şərt irəli sürmədilər. Beləliklə, iş materiallarının tam və hərtərəfli araşdırılması ilə müəyyən olundu ki, ərizəçi aliment tələbi ilə bağlı Mediasiya Şurasına müraciət etmiş və tərəflərin arasında xx.xx.2025-ci il tarixli barışıq sazişi bağlanmışdır. Hazırda Maraqlı şəxs “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərini pozaraq barışıq sazişinin könüllü icrası üçün müəyyən olunmuş müddət ərzində barışıq sazişini könüllü qaydada icra etmədiyindən ərizəçi məhkəməyə müraciət etməli olmuşdur. İşin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında bağlanmış barışıq sazişi Maraqlı şəxs tərəfindən könüllü qaydada icra edilmədiyinə görə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən məcburi icrası üçün təsdiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinin tələblərinə əsasən məhkəmə mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinin tələblərinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2.1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə iş materiallarını, həmçinin barışıq sazişini tam və hərtərəfli nəzərdən keçirərək belə nəticəyə gəlir ki, tərəflər arasında bağlanmış barışıq sazişi imzalandığı gündən, onun alimentlə bağlı hissəsi könüllü şəkildə icra edilməsi üçün qanunla müəyyən edilmiş müddət ərzində icra edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Maraqlı şəxs tərəfindən xx.xx.2025-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2025-ci il tarixdən etibarən, hər ayın 08 tarixindən 10-a kimi gələcəkdə artırılması nəzərə alınmaqla 400 manat aliment məbləğinin Ərizəçi ödənilməsinə dair hissədə barışıq sazişi məcburi icra edilməsi üçün təsdiq edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.2-ci maddəsinə görə, uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Maraqlı şəxs ilə Ərizəçi birgə nikahından xx.xx.2025-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2025- ci il tarixdən etibarən, hər ayın 08 tarixindən 10-a kimi gələcəkdə artırılması nəzərə alınmaqla 400 manat (minimum əmək haqqının 1,0 misli) aliment məbləğinin Maraqlı şəxs tərəfindən Ərizəçi ödənilməsinə dair Maraqlı şəxs ilə Ərizəçi arasında xx.xx.2025-ci il tarixdə Gəncə 2 saylı Mediasiya Təşkilatında bağlanmış barışıq sazişi təsdiq edilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi (çatdırıldığı) gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar