Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-6362/2025 24.02.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Rəhimli Gülxarə İmaməddin qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı «İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti» X6rşı «su sayğacının quraşdırılması» tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi «İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti» X6rşı Gəncə şəhəri, Gülüstan qəsəbəsi, Qəmərli küçəsində yerləşən 1 nömrəli fərdi yaşayış evinin su sayğacı ilə təmin olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, o, 1992-ci ildə Gəncə şəhəri, Gülüstan qəsəbəsi, Qəmərli küçəsində yerləşən 1 nömrəli fərdi yaşayış evini inşa etdirmiş və hazırki tarixədək ötən 33 il müddətində həmin ünvanda yaşamışdır. Lakin əvvəllər mövcud olmuş «Gəncə Sukanal» Törəmə Səhmdar Cəmiyyəti həmin fərdi yaşayış evini su ilə təmin etmədiyindən o, ödəniş əsasında küçələrinin sonundakı arteziandan istifadə etmişdir. 2022-ci ildə onun oğlu X2 arvadı Nuranənin səhətində ağırlaşma olduğuna görə E.İddiaçı müalicə olunmaq üçün arvadı Nuranəni Rusiya Federasiyasına aparmış və bu müddət ərzində qeyd olunan ünvanda heç kim yaşamamışdır. xx.xx.2025-ci il tarixdən isə o, Gəncə şəhəri, Gülüstan qəsəbəsi, Qəmərli küçəsində yerləşən 1 nömrəli fərdi yaşayış evinə köçmüşdür. Gəncə şəhəri, Gülüstan qəsəbəsi, Qəmərli küçəsində yerləşən digər fərdi yaşayış evləri təbii su ilə təmin olunsa da, həmin ünvan su ilə təmin olunmadığına orada çətin şərtlər altında yaşayır. Buna gördə də o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonda İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X12 iddianı qəbul etməyərək izahatında bildirdi ki, «Su təchizatı və tullantı suları haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə xx.xx.2023-cü il tarixli 894-VİQD nömrəli Qanununa əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, tikinti işlərinin başlamasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyeklərinin su təchizatı şəbəkəsinə qoşulması qadağandır. Hazırki halda isə İddiaçı iddia tələbində qeyd olunan Gəncə şəhəri, Gülüstan qəsəbəsi, Qəmərli küçəsində yerləşən 1 nömrəli fərdi yaşayış evi özbaşına tikilidir və həmin tikiliyə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Gəncə şəhəri, Gülüstan qəsəbəsi, Qəmərli küçəsində yerləşən digər fərdi yaşayış evləri isə «Su təchizatı və tullantı suları haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə xx.xx.2023-cü il tarixli 894-VİQD nömrəli Qanununun qəbul olunmasından əvvəl su sayğacı ilə təmin edilmiş və abonent kodu verilmişdir. İddiaçı isə qeyd olunan Qanunun qəbul edilməsindən sonra «İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti» X8 müraciət etmişdir. Buna görə də İddiaçı iddiası əsassızdır. Sonda cavabdehin nümayəndəsi A.C.Rəhimov iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını və cavabdehin nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən rədd edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycanın əlli illiyi adına Gəncə şəhəri Çini qablar zavodunun bağçılıq yoldaşlıq cəmiyyətinin müdriyyətilə birgə iclası protokolundan çıxarışın surətindən görünür ki, növbədə durmuş İddiaçı xx.xx.1992-ci il tarixli 09 nömrəli protokolla 400 m2 bağ evi tikmək üçün torpaq verilməsi qərara alınmışdır. İşdə olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş arayışdan görünür ki, "xxxx" ASC və İddiaçı arasında xx.xx.2008-ci il tarixdə 49908 nömrəli müqavilə imzalanmışdır. İş materiallarında olan Gəncə şəhər Kəpəz RİH baçısının 2 nömrəli SİƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışın surətindən görünür ki, X1 şəhəri, Cavadxan ərazisi Qəmərli küçəsində yerləşən fərdi yaşayış evində qeydiyyatsız yaşayır. İşdə olan Gəncə şəhəri, Qəmərli küçəsinə aid abonentlərin abonent kartlarından görünür ki, Gəncə şəhəri, Qəmərli küçəsində yerləşən 2 nömrəli fərdi yaşayış evində yaşayan abonent Züleyxa Əsədova ilə «su təchizatı və çirkab sularının axıdılması» xidmətinə dair müqavilə xx.xx.2005-ci ildə bağlanmış; həmin küçədə yerləşən 3 nömrəli fərdi yaşayış evində yaşayan abonent Dürdanə Cəfərovaya abonent kodu 1998-ci ildə; həmin küçədə yerləşən 7 nömrəli fərdi yaşayış evində yaşayan Maya Həsənovaya abonent kodu 1996-cı ildə; həmin küçədə yerləşən 8 nömrəli fərdi yaşayış evində yaşayan abonent Məhəmməd Məmmədova abonent kodu 1998-ci ildə; həmin küçədə yerləşən 9 nömrəli fərdi yaşayış evində yaşayan abonent Mətanət Allahverdiyevaya abonent kodu 1998-ci ildə verilmişdir. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, İddiaçı Gəncə şəhəri, Gülüstan qəsəbəsi, Qəmərli küçəsində yerləşən 1 nömrəli fərdi yaşayış evini inşa etmişdir və hazırda həmin ünvanda yaşayır. Lakin həmin əmlaka mülkiyyət hüquqları, eləcə də İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. «Su təchizatı və tullantı suları haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə xx.xx.2023-cü il tarixli 894-VİQD nömrəli Qanununun qəbul olunmasınadək Gəncə şəhəri, Gülüstan qəsəbəsi, Qəmərli küçəsində yerləşən 1 nömrəli fərdi yaşayış evinin su ilə təmin edilməsinə dair aidiyyəti üzrə müraciət edilməsi barədə sübutlar məhkəməyə təqdim edilməmiş, İddiaçı öz iddia tələbinin əsası kimi yalnız qeyd edilən küçədə mülkiyyət hüququ qeydə alınmamış fərdi yaşayış evlərinin su ilə təchiz edildiyini bildirməklə kifayətlənmişdir. Bununla əlaqədar etimad prinsipinin təmin olunması məqsədi ilə Gəncə şəhəri, Gülüstan qəsəbəsi, Qəmərli küçəsində yerləşən bütün abonentlərə dair sübutların məhkəməyə təqdim edilməsi «İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti» X8 təklif edilmiş, «İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti» X11 tərəfindən məhkəməyə təqdim edilmiş abonent kartlarının öyrənilməsi zamanı həmin abonentlərin 1996, 1998 və 2005-ci il tarixdən abonent koduna malik olduqları müəyyən edilmişdir. İddiaçı «Su təchizatı və tullantı suları haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə xx.xx.2023-cü il tarixli 894-VİQD nömrəli Qanununun qəbul olunmasından sonra Gəncə şəhəri, Gülüstan qəsəbəsi, Qəmərli küçəsində fərdi yaşayış evlərinə su təchizatı və çirkab sularının axıdılmasına dair müqavilə bağlanmış şəxslər barədə məlumatları məhkəmənin təklif etməsinə baxmayaraq, təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. «Su təchizatı və tullantı suları haqqında» Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 3-cü hissəsinə görə yeni su kəmərlərinin tikintisi və onların istismara verilməsinə aid bütün məsələlər üzrə müddətlər və şərtlər tərəflərin bağladığı müqavilə ilə, belə müqavilə olmadığı hallarda isə qanunvericiliklə nəzərdə tutulmuş qaydada müəyyənləşdirilir. Həmin Qanunun 24-cü maddəsinin 6-cı hissəsinə görə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin su təchizatı şəbəkəsinə qoşulması qadağandır (xx.xx.2023-cü il tarixli 894-VİQD nömrəli Qanunla əlavə edilmişdir). Həmin Qanunun 37-ci maddəsinin 4-cü hissəsinə görə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin kanalizasiya şəbəkəsinə qoşulması qadağandır (xx.xx.2023-cü il tarixli 894-VİQD nömrəli Qanunla əlavə edilmişdir). Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.4-cü maddəsinə görə Sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir və bu Məcəllənin 80.1-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədi məlumata əlavə edir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə 10 gün müddətində, layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, Gəncə şəhəri, Gülüstan qəsəbəsi, Qəmərli küçəsində yerləşən 1 nömrəli fərdi yaşayış evinə su təchizatı və çirkab sularının axıdılması xidməti ilə əlaqədar İddiaçı ilə «İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti» X11 arasında «Su təchizatı və tullantı suları haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə xx.xx.2023-cü il tarixli 894-VİQD nömrəli Qanununun qəbul olunmasınadək hər hansı hüquq münasibəti mövcud olmamış, habelə qeyd olunan hüquq münasibətinin qurulması ilə əlaqədar İddiaçı tərəfindən «İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti» X11 müraciət edilməmişdir. «Su təchizatı və tullantı suları haqqında» Azərbaycan Respublikasının Qanununun 24-cü maddəsinin 6-cı hissəsində və 37-ci maddəsinin 4-cü hissəsində Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin su təchizatı şəbəkəsinə qoşulması və çirkab sularının axıdılması xidmətinin göstərilməsi qadağan edilmişdir. Hazırki halda isə İddiaçı tərəfindən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.4-cü maddəsində nəzərdə tutulmuş hərəkətlərin icrasına dair sübutlar məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək, habelə «Su təchizatı və tullantı suları haqqında» Azərbaycan Respublikasının Qanununun 24-cü maddəsinin 6-cı hissəsinin və 37-ci maddəsinin 4-cü hissəsinin imperativ (qadağanedici) xarakterini nəzərə alaraq, hesab edir ki, İddiaçı «İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti» X6rşı «su sayğacının quraşdırılması» tələbi barədə iddiası rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı «İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti» X6rşı «su sayğacının quraşdırılması» tələbi barədə iddiası rədd edilsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-6362/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-6362/2025
24.02.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver