Məhkəmə qərarları › İş №2(125)-6367/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-6367/2023

13.12.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-6367/2023 13.12.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X22 Şakir oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Gəncə Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Yanında Qəyyumluq və Himayəçilik Komissiyası) – “şəxsin fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi” tələbinə dair ərizəsinə dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi (maraqlı şəxs Gəncə Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Yanında Qəyyumluq və Himayəçilik Komissiyası) “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi ilə məhkəməyə müraciət edərək, X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi və onun X7 qəyyum təyin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra Ərizəçi məhkəmənin 13 oktyabr 2*23-cü il tarixində keçirilən hazırlıq iclasında “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə verərək, 15 sentyabr 1991-ci il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X1* onun qardaşıdır. O, 15 sentyabr 1991-ci ildə anadan olmuş, uşaqlıqdan serebral iflic doğulmuşdur. Anadangəlmə xəstə olmaqla, xəstəliyinin diaqnozu: uşaq serebral iflici, psixi nitqi, fiziki inkişafdan geriləmə, aşağı ətrafların paraparezidir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu dəfə 16 yaşında 15 sentyabr 2**7-ci ildə müayinə olunarkən onun sağlamlıq imkanlarının məhdudluğu təkrar müəyyən olunaraq ağır dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu ilə xəstə olmaqla o, müddətsiz olaraq birinci dərəcəli əlil hesab edilmişdir. Qardaşının hazırki vəziyyəti, yəni ciddi davranış pozuntusu, aqressivliyi onun tək, yəni nəzarətsiz qalmasına imkan vermir. Onun qüsurlarına görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi haqqında məsələyə baxılmasına, onun qardaşına qəyyum təyin edilməsinə ehtiyac yaranmışdır. Belə ki, paltarlarını geyinə bilmir, özünü təmiz saxlamır, təbii ehtiyaclarını tualetə getmədən özünü batırır və bu hərəkətlərinin mənasını, üfünəti başa düşmür, kənar şəxsin köməkliyi olmasa sərbəst yemək qəbul edə bilmir, nitq qüsuruna görə istəyini ifadə edə bilmir. Qardaşı 1-ci qrup əlilliyinə görə əmək pensiyası və Prezident təqaüdü alır. Vaxtaşırı ödəniş kartlarının yenilənməsi və dəyişdirilməsi zərurəti yaranır. Bu zaman problemlərlə üzləşirlər. İndiyədək anası onu idarə edərək öhdəsindən gəlmişdir, anası artıq yaşlanmış, pensiyaçıdır, sağlamlığında problemləri artmışdır. Qardaşının da xəstəliyi ağırlaşmışdır. Anası onun işlərinin arxasınca gedə bilmir. Anası qardaşı X1* və onun ailəsi (həyat yoldaşı və bir övladı) bir ünvanda qeydiyyatda olmaqla birgə yaşayırlar, ailə təsərrüfatları birdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxs Gəncə Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərinin üzrlü olması barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; İİİ- ЖГ seriyalı, 429831 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X14 ilə X5 arasında nikah 16 dekabr 1984-cü il tarixdə bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 16 dekabr 1984-cü il tarixdə 1497 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Namazov”, arvada “Əlyarova” soyadı verilmişdir. XİV-ЖГ seriyalı, 441571 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx xxxxxx 199*-cı il tarixdə doğulmuşdur. Valideynləri atası – X14, anası – X2r. XİV-ЖГ seriyalı, 295621 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X1* 15 sentyabr 1991-ci il tarixdə doğulmuşdur. Valideynləri atası – X14, anası – X2r. AZ-İ seriyalı, 8435*2 nömrəli, Gəncə “ASAN xidmət” Qeydiyyat şöbəsi tərəfindən verilmiş *4 dekabr 2*16-cı il tarixli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X14 *4 dekabr 2*16-cı il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında *4 dekabr 2*16-cı il tarixdə 1965 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə X16 Ərazi Bölmələrini İdarəetmə X18 Şəxs Z.Məmmədov adına X9 tərəfindən verilmiş 15 sentyabr 2*23-cü il tarixli, 461 nömrəli arayışdan görünür ki, ünvan 1 ünvanında yaşayan Ərizəçi Vərəm şöbəsində qeydiyyatda durmur. Praktiki sağlam diaqnozu qoyulmuşdur. “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X24 “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” X24 X25 X1 tərəfindən verilmiş 15 sentyabr 2*23-cü il tarixli, 345 nömrəli arayışdan görünür ki, Ərizəçi A.Səhhət adına X1ndə, Dəri-Zöhrəvi kabinetində “D” qeydiyyatda durmur. Azərbaycan Respublikası Gəncə şəhər Psixonevroloji Dispanseri tərəfindən verilmiş 21*7 nömrəli, 27 mart 2*23-cü il tarixli arayışdan görünür ki, Ərizəçi Gəncə şəhər Psixonevroloji Dispanserində qeydiyyatda durmur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş 27 mart 2*23-cü il tarixli, 2*11 nömrəli arayışdan görünür ki, Ərizəçi Gəncə şəhər Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. Azərbaycan Respublikası Gəncə şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi 6 nömrəli Xidmət Sahəsi tərəfindən verilmiş 12* nömrəli, 2* aprel 2*23-cü il tarixli arayışdan görünür ki, Ərizəçi ünvan 1-də yaşayır. Ailə üzvləri: həyat yoldaşı – X15, qızı – X8, anası – X5, qardaşı – X3 ibarətdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, X1* birinci dərəcəli əlildir. Uşaq serebral iflici, psixi nitqi, fiziki inkişafdan geriləmə, aşağı ətrafların parapezi diaqonozu qoyulmuşdur. Azərbaycan Respublikası Gəncə Şəhər İcra Hakimiyyəti Başçısının Aparatının *4 aprel 2*23-cü il tarixli, 5-1/1-N-4*-99/2*23 nömrəli məktubunda ünvan 1 ünvanında yaşayan Ərizəçi bildirilmişdir ki, Q.Namazovun yetkinlik yaşına çatması, habelə psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilməməsi səbəbi ilə onun qəyyumluğa verilməsi qanunla nəzərdə tutulmamışdır. Odur ki, Qabil Namazovun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi məsələsinə baxılması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317-ci maddəsinə əsasən məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X21 X17 tərəfindən verilmiş *2 noyabr 2*23-cü il tarixli, 7*2 nömrəli məhkəməpsixiatrik ekspertizasının rəyindən görünür ki, yoxlanılan şəxs X6 hal-hazırda ağır dərəcəli əqli gerilik, davranış pozuntuları ilə XBT-1* (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 1*-cu baxış) F72.1 müəyyən edilir. Bunu mülki iş materialları, həmin mülki işindəki tibbi sənədlər (TSEK-dən verilmiş 15.*9.2**7-ci il tarixli şəhadətləndirilmə aktı), anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri (ekspertiza zamanı onda davranış pozğunluğu müşahidə olunması, bələdliyinin pozulması, verilən suallara heç bir reaksiya verməməsi, neçə yaşı olduğunu, hal-hazırda haraya gətirildiyini, hansı ünvanda yaşadığını, ətrafda baş verənləri söyləyə bilməməsi, əhvalının davamsız olması, onda narahatlıq və gərginlik müşahidə edilməsi, yaddaşının kobud pozulması, təfəkkürünün parçalanması, oxumaq, yazmaq vərdişlərinin kobud qrammatik səhvlərlə olması, maraq dairəsinin daralması və fizioloji tələblərlə motivləşməsi, abstrakt və məntiqi təfəkkürünün olmaması, tənqidi funksiyalarının kobud pozulması, intellektinin inkişafdan kəskin geri qalması, şəxsiyyətində qüsur aşkar edilməsi, İQ=23 faiz və s. sübut edir. 15.*9.1991-ci il təvəllüdlü X6 hazırda ağır dərəcəli əqli gerilik, davranış pozuntuları ilə XBT-1* (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 1*-cu baxış) F72.1 xəstəliyindən əziyyət çəkir. X1* ağır dərəcəli əqli gerilik, davranış pozuntuları ilə XBT-1* (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 1*-cu baxış) F72.1 xəstəliyi keçirməsi səbəbindən o, öz hərəkətlərinin mənasını başa düşmək və ya öz hərəkətlərini idarə etmək qabiliyyətində deyildir. X1* fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. X4 fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizənin məzmunundan aşkar surətdə göründüyü kimi, ərizəçi öz doğma qardaşının fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizəsini onun psixi xəstə olması ilə əsaslandırmışdır. Məhkəməpsixiatrik ekspertizasının *2 noyabr 2*23-cü il tarixli, 7*2 nömrəli rəyi ilə də müəyyən olunmuşdur ki, X6 ağır dərəcəli əqli gerilik, davranış pozuntuları ilə XBT-1* (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 1*-cu baxış) F72.1 xəstəliyi keçirməsi səbəbində öz hərəkətlərinin mənasını başa düşmək və ya öz hərəkətlərini idarə etmək qabiliyyətində deyildir. X1* fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Beləliklə, X4 əqli və psixi cəhətdən xəstə olması nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi ərizəçinin izahatı ilə, tibbi sənədlərlə, iş üzrə təyin edilmiş məhkəmə-psixiatrik ekspertizasının rəyi ilə və işin digər mötəbər sübutları ilə tam sübuta yetirilir. Buna görə də məhkəmə hesab edir ki, X1* əqli və psixi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyindən və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyindən, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə əsaslıdır. Odur ki, ərizə təmin edilərək X1* fəaliyyət qabiliyyətli olmayan hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Ərizəçi X4 doğma qardaşı olduğundan, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş 1** (bir yüz) manat dövlət rüsumu Ərizəçi aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci və 217.4cü maddələrinin tələblərinə uyğun olaraq iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş xahiş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-22*, 227, 3*5-3*6, 317-322 və 36*-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. 15.*9.1991-ci il təvəllüdlü X1* fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Ödənilmiş 1** (bir yüz) manat dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar