Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-6385/2023 06.12.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı1 İddiaçı2 nümayəndəsi X1 iştirakı ilə, İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı «təbii qazdan qanunsuz istifadəyə görə hesablanmış borcun silinməsi» tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı1 və İddiaçı2 Gəncə X8 İdarəsinə qarşı Gəncə X8 İdarəsi tərəfindən ona qeyri-qanuni hesablanmış 1.555 manat 20 qəpik borcun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki işin məhkəmədə baxılmağa hazırlanması zamanı İddiaçı1 və İddiaçı2 nümayəndəsi X2 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, cavabdeh Gəncə X8 İdarəsinin Cavabdeh ilə əvəz edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Qurbanov Azər Cəbrayıl oğlu məhkəmə iclasında iddianı müdafiə edərək bildirdi ki, Gəncə şəhəri, Göygöl-Şəmkir yolunun cənub-qərb tərəfi, 28 ünvanında yerləşən bağ evi xx.xx.2023-cü il tarixə qədər onun mülkiyyətində olmuş və həmin mənzildə çox nadir hallarda yaşamışdır. xx.xx.2023-cü il tarixdə o, həmin əmlakı digər İddiaçı2 satmışdır. Gəncə şəhəri, Göygöl-Şəmkir yolunun cənub-qərb tərəfi, sahə 28 ünvanında yerləşən bağ evi onun mülkiyyətində olarkən, Cavabdeh İB tərəfindən təbii qazla təmin olunmuş və o, **********00125 abinent kodu üzrə ödənişlər aparmışdır. Həmin fərdi yaşayış evinə gedən qaz borusunun üzərindəki sayğac küçədə quraşdırılmış, ona Cavabdeh İB-nin əməkdaşlarının mütəmadi nəzarət etmək imkanları olmuşdur. O, xx.xx.2023-cü il tarixdə qeyd olunan ünvana gedərkən qaz sayğacının hesablama mexanizminin qoruycu şüşəsinin sındırıldığını və sayğacın istismar üçün yararsız hala salındığını görmüşdür. Buna görə də o, dərhal Göygöl Rayon Polis Şöbəsinin polis sahə rəisinə mobil telefon vasitəsi ilə məlumat vermiş, həmçinin Göygöl Rayon Polis Şöbəsinə və Cavabdeh İB-nə yazılı ərizələrlə müraciət etmişdir. Bundan sonra Cavabdeh İB-nin nümayəndəsi gəlib sayğaca yerində baxış keçirmiş, daha sonra isə sahə nəzarətçisi ona zəng vuraraq sayğacın dəyərinin ödənilməli olduğunu bildirmişdir. O isə mənzili satmağa hazırlaşdığı üçün təbii qaz təchizatı ilə əlaqədar çətinliyin aradan qaldırılması üçün xx.xx.2023-cü il tarixdə sayğacın dəyəri kimi 91 manat 21 qəpik məbləğində pul vəsaitini Cavabdeh İB-nin hesabına ödəmişdir. Lakin bununla bağlı cavabdeh tərəflə onun arasında alqı-satqı müqaviləsi bağlanmamışdır. Bir müddət sonra sahə nəzarətçisi ona yenidən zəng edərək əvvəlki qaz sayğacının dövlət yoxlamasına göndərildiyini və qaz sərfi olaraq dəymiş 1.555 manat 20 qəpik məbləğində ziyan hesablandığını demişdir. Halbuki, mülkiyyətində olmuş Gəncə şəhəri, Göygöl-Şəmkir yolunun cənub-qərb tərəfi, 28 ünvanında yerləşən bağ evində yaşayış olmamış, həmin evə gedən qaz borusunun üzərindəki sayğac onun daimi nəzarət edə bilməyəcəyi və Cavabdeh İB-nin əməkdaşlarının mütəmadi yoxladıqları ərazidə quraşdırılmış, xx.xx.2023-cü il tarixdə qaz sayğacının sındırılması ilə əlaqədar hüquq mühafizə orqanlarına və Cavabdeh İB-nə məlumat verməsindən 2 ay 09 gün sonra qaz sayğacının açılması və yenisi ilə əvəz edilmişdir. Sonda İddiaçı1 iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. İddiaçı2 nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə edərək bildirdi ki, onun anası İddiaçı2 Göygöl-Şəmkir yolunun cənub-qərb tərəfi, sahə 28 ünvanında yerləşən bağ evini xx.xx.2023-cü il tarixdə alqı-satqı müqaviləsi əsasında İddiaçı1 almışdır. Lakin hazırda qış fəslinin olmasına və havaların soyuq keçməsinə baxmayaraq, hesablanmış borcla əlaqədar onlar təbii qazdan istifadə edə bilmirlər. Sonda E.C.Abbasov iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə məhkəməyə məlumat vermədən məhkəmə iclaslarına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, İddiaçı1 və digər iddiaçının nümayəndəsi E.C.Abbasovu dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, işdə olan «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» xx.xx.2023-cü il tarixli ******* nömrəli aktın surətindən görünür ki, növbədən kənar yoxlama ilə əlaqədar «Elster» tipli «G4» markalı 10030267 nömrəli sayğac «Elster» tipli «G4» markalı **********8 nömrəli sayğacla əvəz edilmişdir. İş materiallarında olan «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh MSK-14-2-2/3-5-6455/2023 nömrəli məktubuna əsasən sayğacın hesablama mexanizminin şüşəsinin kənar təsir nəticəsində sındığı və nəticədə rəqəmli dişli çarxların öz oxundan çıxdığı, sayğacın hesablama mexanizminin iş prinsipinə mane törədildiyi göstərilmiş, dəymiş ziyanın hesablanması və abonent tərəfindən ödənilməsi tələb edilmişdir. İşdə olan 30 iyun 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasının Qaz sayğacının yoxlanılması barədə MSK-14-2-2/3-5-6455-1 nömrəli aktı ilə G-4 markalı 10030267 nömrəli sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin kənar təsir nəticəsində sındığı və nəticədə rəqəmli dişli çarxların öz oxundan çıxdığı müəyyən edildiyinə görə **********00125 abonent kodlu istehlakçı İddiaçı1 12960 m3 həcmində ziyanın dəyməsi ilə əlaqədar borc hesablanmışdır. İş materiallarında olan «Qaz sayğacının dövlət yoxlamasından keçirilməsi barədə» 25 iyun 2023-cü il tarixli MSK-14-2-2/3-5-6455-1 nömrəli aktın surətindən görünür ki, «Elster» tipli «G4» markalı 10030267 nömrəli sayğaca baxış keçirilmiş, sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin kənar təsir nəticəsində sındığı nəticədə rəqəmli dişli çarxların öz oxundan çıxdığını, sayğacın hesablayıcı mexanizminin iş prinsipinə maneə törədildiyini, sayğacdan qaz keçdiyi, hesablama mexanizminin keçən qazın həcmini qeyd etmədiyi və sayğacın istismara yararsız olduğu müəyyən edilmişdir. İşdə olan Cavabdeh İB tərəfindən İddiaçı1 ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, «Elster» tipli «G4» markalı 10030267 nömrəli sayğacda yaranmış qüsurla əlaqədar İddiaçı1 12960 m3 həcmində dəyəri 1.555 manat 20 qəpik məbləğində qaz sərfi olaraq dəymiş ziyan hesablanmışdır. İş materiallarında olan İddiaçı1 tərəfindən Cavabdeh İB-nə ünvanlanmış 03 aprel 2023-cü il tarixli ərizədən görünür ki, Gəncə şəhəri, Göygöl-Şəmkir yolunun cənub-qərb tərəfi, 28 ünvanında yerləşən bağ evinə gedən qaz borusunun üzərində quraşdırılmış qaz sayğacına kənar şəxslər tərəfindən qırılmasına dair İddiaçı1 tərəfindən Cavabdeh İB-nə məlumat verilmişdir. İşdə olan İddiaçı1 tərəfindən Göygöl Rayon Polis Şöbəsinə ünvanlanmış 03 aprel 2023-cü il tarixli ərizədən görünür ki, həmin ərizədə İddiaçı1 03 aprel 2023-cü il tarixdə ona məxsus olan Gəncə şəhəri, Göygöl-Şəmkir yolunun cənub-qərb tərəfi, 28 ünvanında yerləşən bağ evinə gedən qaz borusunun üzərində quraşdırılmış qaz sayğacının ona məlum olmayan səbəblərə görə sındığını bildirmiş və qanuni tədbirlər görülməsini xahiş etmişdir. İddiaçı1 həmin ərizəsi Göygöl Rayon Polis Şöbəsinə 03 aprel 2023-cü il tarixdə daxil olmuş və 06 aprel 2023-cü il tarixdə daxilolmalar kitabında müvafiq qeydiyyat aparılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 4Ə-718 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı1 Gəncə şəhəri, Göygöl- Şəmkir yolunun cənub-qərb tərəfi sahə 28 ünvanında yerləşən əmlakı İddiaçı2 satmışdır. İşdə olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən əmlaka dair xx.xx.2023-cü il tarixli, **********2-11301 reyestr nömrəli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Göygöl-Şəmkir yolunun cənub-qərb tərəfi sahə 28 ünvanında yerləşən bağ evi İddiaçı2 məxsusdur. Beləliklə, işdə olan sübutlarla təsdiq olunur ki, İddiaçı1 Gəncə şəhəri, Göygöl- Şəmkir yolunun cənub-qərb tərəfi, 28 ünvanında yerləşən bağ evinin qaz təchizatı üzrə **********00125 abonent kodlu istehlakçı olmuşdur. Həmin bağ evinə gedən qaz xəttinin üzərində quraşdırılmış «Elster» tipli «G4» markalı 10030267 nömrəli qaz sayğacı İddiaçı1 adına qeydiyyata alınmışdır. Hazırda həmin əmlak İddiaçı2ın mülkiyyətindədir. 03 aprel 2023-cü il tarixdə İddiaçı1 həmin ünvanda qaz sayğacının hesablama mexanizminin qoruyucu şüşəsinin sındığını aşkar edərək, həmin gün bununla bağlı Göygöl Rayon Polis Şöbəsinə və Cavabdehnə məlumat vermişdir. Bundan yalnız 2 ay 09 gün sonra 12 iyun 2023-cü il tarixdə Cavabdeh İB-nin əməkdaşları tərəfindən Gəncə şəhəri, Göygöl-Şəmkir yolunun cənub-qərb tərəfi, 28 ünvanında yerləşən bağ evinə gedən qaz xəttinin üzərində quraşdırılmış «Elster» tipli «G4» markalı 10030267 nömrəli qaz sayğacın baxış keçirilmiş və müvafiq akt tərtib edilmişdir. Daha sonra isə həmin sayğac dövlət yoxlanılmasından keçirilmiş, yoxlama zamanı Cavabdeh əməkdaşları tərəfindən iddiaçının iştirakı təmin olunmamış, sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin kənar təsir nəticəsində sındığı, nəticədə rəqəmli dişli çarxların öz oxundan çıxdığı, sayğacın hesablayıcı mexanizminin iş prinsipinə maneə törədildiyi, sayğacdan qaz keçdiyi, hesablama mexanizminin keçən qazın həcmini qeyd etmədiyi və sayğacın istismara yararsız olduğu müəyyən edilmişdir. Lakin həmin akt qanunla nəzərdə tutulan qaydada tərtib olunmamış, bununla aktın qanuniliyi və onda qeyd edilən xüsusatların həqiqiliyi şübhə yaratmışdır. Belə ki, Cavabdeh Gəncə X8 İdarəsinin Gəncə Qaz İstismar Sahəsinin əməkdaşları tərəfindən Gəncə şəhəri, Göygöl-Şəmkir yolunun cənub-qərb tərəfi sahə 28 ünvanında yerləşən bağ evinə aid qaz sayğacının texniki baxışın keçirilməsi zamanı mülkiyyətçinin eyni zamanda istifadəçinin iştirakı təmin olunmamışdır. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 13-cü maddəsinin 9-cu hissəsinin tələbinə görə məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 5.4-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qərarın 4.9-cu bəndinin tələbinə görə İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Bundan başqa Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinin tələblərinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mükli dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə (zərərçəkənə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Bəhs edilən Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Göstərilən Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinin tələbinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 21 may 2002-ci il tarixli Qərarında göstərilir ki, zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli ola bilər. Qanunvericiliyin qeyd edilən normalarının tələbindən göründüyü kimi, mülki hüquq münasibətlərinin iştirakçıları arasında öhdəliyin əmələ gəlməsi üçün onlar arasında müqavilənin mövcudluğu, eləcə də əsassız varlanma zəruri şərt olsa da, belə öhdəliklərin yaranma əsaslarına deliktlər, yəni hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl də daxildir. Deliktlərin yaranması üçün isə Mülki Məcəllənin 1096-cı maddəsinin tələbinə görə üç zəruri amilin mövcudluğu labüddür. Belə ki, deliktlərdən əmələ gələn öhdəliyin yaranması üçün həmin hərəkət təqsirli olmalı, hüquq və ya qanunula qadağan edilməli və başqa şəxsə zərər vurmalıdır. Həmçinin Azərbaycan Respublikası Konstitusiyasının, eləcə də Konstitusiyanın 148-ci maddəsi üzrə Azərbaycan Respublikası qanunvericilik sistemini təşkil edən və yuxarıda qeyd edilmiş normativ hüquq aktların tələbinə görə şəxsin təqsiri müəyyən edilməyən əməllə (hərəkət və ya hərəkətsizliyə) əlaqədar hər hansı (maddi və ya qeyri-maddi) məsuliyyətə cəlb ediməsi qanuna uyğun deyildir və həmin şəxsin təqsirli olmadığı hərəkətlərə görə delikt öhdəlikləri yaranmır. Lakin mülki işin məhkəmə tədqiqi zamanı iddiaçıların təqsirli hərəkətləri nəticəsində cavabdehə maddi zərər vurulması, eləcə də təbii qazdan qanunsuz istifadə etmə halları aşkar edilməmişdir. Digər tərəfdən qaz sayğacı İddiaçı1 daim nəzarət altında saxlaya bilmədiyi Gəncə şəhəri, Göygöl-Şəmkir yolunun cənub-qərb tərəfi, 28 ünvanında yerləşən bağ evinə gedən qaz borusunun küçə hissəsində quraşdırılmış və bununla əlaqədar həmin sayğaca İddiaçı1 tərəfindən daimi nəzarət edilməsi mümkün olmamışdır. Həmçinin, həmin sayğacın dövri yoxlaması mütəmadi olaraq, Gəncə X8ı İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 5.4-ci bəndinin tələbi baxımından onun işlək vəziyyətdə saxlanılmasına cavabdehliyi Cavabdeh İB daşımışdır. Bundan başqa, İddiaçı1 03 aprel 2023-cü il tarixdə Gəncə şəhəri, Göygöl-Şəmkir yolunun cənub-qərb tərəfi, 28 ünvanında yerləşən bağ evinə gedən qaz xəttinin üzərində quraşdırılmış «Elster» tipli «G4» markalı 10030267 nömrəli qaz sayğacı digər şəxslər qırılmasına dair Göygöl Rayon Polis Şöbəsinə və Cavabdehnə məlumat vermiş, bununla belə Cavabdeh əməkdaşları tərəfindən həmin sayğaca baxış keçirilməsi təmin edilməmiş, yalnız bundan 2 ay 09 gün sonra 12 iyun 2023-cü il tarixdə Cavabdeh İB-nin əməkdaşları tərəfindən həmin sayğaca baxış keçirilmişdir. Halbuki, qeyd olunan sayğac Cavabdeh İBnin əməkdaşları istənilən vaxt müayinə apara biləcəyi ərazidə quraşdırılmış və ona Cavabdeh İB-nin əməkdaşları tərəfindən daimi nəzarət edilməsi mümkün olmuşdur. Buna görə də «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» xx.xx.2023-cü il tarixli ******* nömrəli aktda və «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktda göstərilən xüsusatların həqiqətə uyğun olması inandırıcı deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.2-ci maddəsinə görə dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» xx.xx.2023-cü il tarixli ******* nömrəli aktı əsasında qaz sayğacında yaranmış qüsurla əlaqədar dəymiş ziyanın əvəzi qismində hesablanmış 1.555 manat 20 qəpik məbləğində borc silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı1 və İddiaçı2 iddiası təmin edilsin. Cavabdeh «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 30 iyun 2023cü il tarixli ******* nömrəli aktı əsasında, qaz sayğacında yaranmış qüsurla əlaqədar dəymiş ziyanın əvəzi qismində **********00125 abonent kodu üzrə İddiaçı1 hesablanmış 1.555 (bir min beş yüz əlli beş) manat 20 (iyirmi) qəpik məbləğində borc silinsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-6385/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-6385/2023
06.12.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver