Məhkəmə qərarları › İş №2(125)-6436/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-6436/2023

07.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-6436/2023 07.12.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxsin nümayəndəsi X5 iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi) “sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi iddia ərizəsi və ona əlavə ərizə ilə məhkəməyə müraciət edərək, X18 adı ilə paylı mülkiyyətçi kimi qeyd edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli xx.xx.2016-cı il il tarixli çıxarışın ona, yəni Ərizəçi məxsus olmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, şəkərli diabet xəstəliyindən və ağır dərəcəli disbakterioz xəstəliyindən əziyyət çəkir, hərəkət etmək onun üçün olduqca ağrılı və çətindir. Gəncə rayon Xalq Məhkəməsinin qəbul etdiyi 2-267/1994 saylı qətnamədəki yanlışlığı düzəldərək adının X18 deyil, Ərizəçi kimi qeyd edilməsi xahişi ilə Gəncə şəhər Məhkəməsinə müraciət etmişdir. Gəncə şəhər Məhkəməsinin hakimi Cavid Tağıyev məktub ünvanlayaraq 2-267/1994 saylı mülki işin müddət keçdiyi üçün məhv edildiyini qeyd etmiş, ərizəyə mahiyyəti üzrə baxılmasının mümkün olmamasını bildirmişdir. Odur ki, hüquqmüəyyənedici sənədlərin ona məxsus olması faktının müəyyən edilməsi haqda ərizə ilə müraciət etmişdir. Çünki qətnamədəki yanlışlığın düzəldilməsi mümkün olmamış və çıxarışa düzəliş edilməsi, həmin sənədin mənə məxsus olması barədə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə müraciətlərinə də müsbət cavab verilməmişdir. Halbuki valideynlərinin Sadiq adında oğlu olmayıb, Sadiq kimi qeyd edilən əslində odur. X2 qardaşım X6 qarşı vərəsəlik şəhadətnaməsinin ləğvi, mülkiyyət hüququ və vərəsəliyə dair iddia irəli sürmüşdür. Gəncə rayon Xalq Məhkəməsinin qəbul etdiyi 2-267/1994 saylı qətnamə ilə iddia qismən təmin edilmiş, vərəsəlik şəhadətnaməsi ləğv edilmiş, iddiaçı və üçüncü şəxslər, o cümlədən mən mərhum atam X15 vərəsələri hesab olunmuşlar və payları müəyyən edilmişdir. Lakin qətnamədə yanlışlığa yol verilmiş onun adı Sadıx kimi deyil, Sadiq kimi göstərilmişdir. Bu səbəblə də o, Daşınmaz Əmlakm Dövlət Kadastrı və Reyetri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarsindən çıxarışı ala bilmir, çünki paylı mülkiyyət kimi tərtib edilmiş çıxarışda onun payının hüquq subyektinin adı X4 qeyd edilmişdir. Məhkəmə iclasında ərizəçi, ərizənin məzmununa uyğun izahat verərək, təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi ərizənin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə, işdə iştirak edən şəxsləri dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.1957-ci il tarixli 188598 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1957-ci il tarixdə Kirovabad rayonunda anadan olmuşdur, atası X21, anası X9r. İş materiallarında olan AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1957-ci il təvəllüdlü, Gəncə şəhərində doğulmuş Ərizəçi ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan xx.xx.1988-ci il tarixli 450797 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X16 arasında xx.xx.1988-ci ildə nikah bağlanmışdır. İş materiallarında olan Gəncə şəhər İcra Hakimiyyəti başçısının 4 nömrəli SİƏD üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 1459 nömrəli arayışından görünür ki, Ərizəçi ünvan 3 ünvanında qeydiyyatsız yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, RX ******* seriyalı çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanı paylı mülkiyyət hüququ əsasında 8/120 hissədə X17 məxsusdur. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli bildirişindən görünür ki, Ərazi İdarəsinin arxiv məlumatlarına əsasən Gəncə rayon Xalq Məhkəməsinin 2-267/1994 saylı qətnamədə “X18” kimi qeyd olunduğu və Ərizəçi ilə sənədlərdə qeyd olunmuş “X12” eyni olmasını təsdiq edən sənədin (məhkəmə qətnaməsi) təqdim edilmədiyi müəyyən edilmişdir. Bu səbəbdən ərizənizin icrası mümkün olmamışdır. İş materiallarında olan xx.xx.2016-cı il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin surətindən görünür ki, X3 ünvan 3 ünvanında qeydiyyatda olan vərəsələri: arvadı- X13, qızı-X1, oğlu-X10 və ünvan 6 ünvanında qeydiyyatda olan qızı- X7r. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 bildirdi ki, Sadıx onun xalası oğludur, münasibətləri yaxşıdır, heç bir ədavətləri yoxdur. Həmin xalası oğlunun adı Sadıxdır, o, adını sonradan dəyişməmişdir. Sadıx ondan bir yaş kiçikdir, məktəbdə ondan bir sinif aşağı oxuyub. Böyük qardaşının adı Məhəmməddir və məktəbdə onunla paralel siniflərdə oxumuşdur. Qohumlarda Sadiq adlı şəxs olmamışdır, X18 adlı şəxs tanımır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əssən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.4-cü maddəsinə əsasən fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. Fiziki şəxsin adını dəyişdirməsi, onun əvvəlki adı ilə əldə etdiyi hüquq və vəzifələrə xitam vermir və ya bunları dəyişdirmir. Adını dəyişdirmiş fiziki şəxsin ixtiyarı vardır ki, əvvəlki adına rəsmiləşdirilmiş sənədlərdə öz hesabına müvafiq dəyişikliklər aparılmasını tələb etsin. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, ərizəçinin adı ona məxsus bütün sənədlərdə “Sadıx” kimi göstərilsə də, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli xx.xx.2016-cı il il tarixli çıxarışda isə paylı mülkiyyətçi qismində ərizəçinin adı “Sadiq” kimi göstərilmişdir. Ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir və həmin sənəd ərizəçiyə sosial təminat hüququnun realizəsi üçün tələb olunur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli xx.xx.2016-cı il il tarixli çıxarışda göstərilən “X18” ilə şəxsiyyət vəsiqəsində və digər sənədlərdə göstərilən “Ərizəçi”nun eyni şəxs olması şübhə doğurmur. Belə ki, bu sənədlərin hamısı – şəxsiyyət vəsiqəsinin surəti, doğum haqqında şəhadətnamənin surəti, nikahın bağlanması haqqında şəhadətnamənin surəti şəxsiyyət vəsiqəsinin surəti ərizəçi tərəfdən məhkəməyə təqdim olunmuşdur. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, ərizəçinin adı ona məxsus bütün sənədlərdə “Sadıx” kimi göstərilsə də, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda ata adı “Sadiq” kimi göstərilmişdir. Ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir və həmin sənəd ərizəçiyə sosial təminat hüququnun realizəsi üçün lazımdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, ərizə təmin edilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli xx.xx.2016-cı il il tarixli çıxarışın Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 305-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli xx.xx.2016-cı il il tarixli çıxarışın Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar