Məhkəmə qərarları › İş №2(125)-6437/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-6437/2023

29.12.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-6437/2023 29.12.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Gəncə Şəhər İcra Hakimiyyəti) «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi (maraqlı şəxs Gəncə Şəhər İcra Hakimiyyəti) «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» barədə ərizə ilə məhkəməyə müraciət edərək, 21.*7.2***-ci il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında xahişini müdafiə edərək izahatında bildirdi ki, 21.*7.2***ci il tarixdə anadan olmuş X4 anadangəlmə orta dərəcədə əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu xəstəsidir. X4 onun oğludur. Övladının əqli inkişaf fiziki yaşı ilə uyğun deyil və inkişafdan tamamilə geri qalmışdır. Oğlunun əqli qüsuru o dərəcədir ki, özünü idarə edə bilmir və daimi qulluğa və nəzarətə ehtiyacı vardır. O və oğlu Faiq bacısı X1 məxsus evdə qeydiyyatdadırlar. O.S.Məmmədova evi özəlləşdirmək istəyir və bunun üçün də evdə qeydiyyatda olanların razılığı tələb olunur. F.Y.Məmmədov isə səhhətindəki problemlərlə əlaqədar mülki dövriyyənin iştirakçısı kimi çıxış edə və qeydiyyat məsələsinin həlli ilə bağlı ərizə verə bilmir. Buna görə də X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və X2 üzərində qəyyum təyin olunması zərurəti yaranmışdır. Sonda Ərizəçi ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. İş üzrə maraqlı şəxs Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi təmin edilməlidir. Belə ki, iş materiallarında olan İ-AZ seriyalı 16469* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 21.*7.2***-ci il tarixdə Gəncə şəhərində anadan olmuşdur. Həmin uşağın atası X3, anası Ərizəçidır. İşdə olan Gəncə Şəhər İcra Hakimiyyəti başçısının 13.*9.2*23-cü il tarixli. 5-1/1-M- 395-*99/2*23 nömrəli məktubdan görünür ki, Ərizəçi X2 fəaliyyət qabiliyyətsiz hesab edilməsi ilə bağlı məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumatların verilməsinə dair *4.*9.2*23-cü il tarixli çıxarışdan görünür ki, X4 qulluq və müalicə tələb edən ciddi davranış pozuntusundan,orta dərəcəli əqli gerilikdən əziyyət çəkir və ikinci dərəcəli əlilldir. İşdə olan ambulator məhkəmə psixiatrik ekspertizasının 25.11.2*23-cü il tarixli 776 nömrəli rəyindən görünür ki, 21.*7.2***-ci ildə anadan olmuş X4 yüngül dərəcəli kəmağıllıq (ifadə olunmuş debillik səviyyəsində), davranış pozuntuları ilə XBT-1* (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı -1*-cu baxış) F7*.1 xəstəlikdən əziyyət çəkməsi səbəbindən öz əməlinin faktiki xarakterini tam dərk etmək və öz əməlini tam idarə etmək qabiliyyətində deyildir. X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Beləliklə, işdə olan sübutlarla təsdiq olunur ki, X4 yüngül dərəcəli kəmağıllıq (ifadə olunmuş debillik səviyyəsində), davranış pozuntuları ilə XBT-1* (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı -1*-cu baxış) F7*.1 xəstəlikdən əziyyət çəkməsi səbəbindən öz əməlinin faktiki xarakterini tam dərk etmək və öz əməlini tam idarə etmək qabiliyyətində deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyyəti olmayan hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Bununla əlaqədar məhkəmə hesab edir ki, 21.*7.2***-ci il tarixdə Gəncə şəhərində anadan olmuş X4 fəaliyyət qabiliyyətli olmayan hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-22*, 227, 358-36* və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. 21 iyul 2***-ci il tarixdə Gəncə şəhərində anadan olmuş X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamə fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs 21 iyul 2***-ci il tarixdə Gəncə şəhərində anadan olmuş X2 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar