Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-647/2024 06.09.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X22 Şakir oğlunun sədrliyi, X11 iclas katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (üçüncü şəxslər Cavabdeh1 Sabir oğlu və Gəncə şəhəri 1 saylı Notariat Ofisi) qarşı “vərəsə tanınmaqla cehiz əşyaların alınması” tələbinə dair iddiası üzrə mülki işə, Gəncə Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (üçüncü şəxslər Cavabdeh1 Sabir oğlu və Gəncə şəhəri 1 saylı Notariat Ofisi) qarşı “vərəsə tanınmaqla cehiz əşyaların alınması” tələbinə dair məhkəmədə iddia qaldıraraq, İddiaçı cehiz əşyalarına vərəsə kimi tanımaqla, qızından miras qalmış əşyaların naturada özlərini, bu mümkün olmadıqda dəyərinin cavabdehlərdən alınaraq ona verilməsi, həmçinin, cehizlərin qiymətləndirilməsi üçün "xxxx" MMC-yə ödənilmiş 100 (bir yüz) manat rüsumun və dövlət rüsumu kimi hesablanan 50 (əlli) manat mediasiya xərci və 85 (səksən beş) manat dövlət rüsumunun da cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, X5 anasıdır. Gülüzar Həsənova 04 iyun 2022-ci il tarixdə Gəncə şəhərində yaşadığı evdə həyat yoldaşı X19 tərəfindən bıçaqlanaraq öldürülmüşdür. X5 azyaşlı övladı onun himayəsində olmaqla onunla birgə yaşayır. Onun mərhum qızından miras qalmış cehiz əşyaları, hələ də hazırki cavabdehlərə məxsus ünvan 1 ünvanında qalmaqdadır və cavabdehlər həmin əşyaları verməkdən boyun qaçırırlar. Cavabdehlər mərhum X4 qayınanası və qayınatası olmaqla həmin evə və cehiz əşyalarına faktiki sahibliyi həyata keçirirlər. İstər mediasiya, mərhələsində, istərsə də, mediasiyadan əvvəl mərhumdan qalan əşyalar cavabdehlərdən dəfələrlə istənilsə də, həmin əşyaların verilməsindən qərəzli şəkildə boyun qaçırılmışdır. Həmin əşyalar rəhmətlik Gülüzar Həsənova tərəfindən istifadə edildiyi üçün ondan ötrü böyük mənəvi dəyər kəsb edir. X3 miras qalmış “İphone” markalı 1 ədəd mobil telefon (Gəncə Ağır Cinayətlər Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli hökmü ilə) ona qaytarılaraq mirasın bir hissəsi onun tərəfindən qəbul edilmiş, yerdə qalan hissəsi isə hazırda cavabdehlərin yaşadıqları evdə qalmaqdadır. X13 keçmiş əri X19, mərhum Gülüzar Həsənovadan qalan əşyaları istəmədiyini və onların hamısının ona qaytarılmalı olduğunu bildirmişdir. Hazırda qızından qalmış əşyaların ona qaytarılmasına maneə cavabdehlər tərəfindən törədilməkdədir. Qeyd edilən cehiz əşyaları onun tərəfindən 06 iyun 2014-cü il tarixdə rəsmi nikahları qeydə alındıqdan sonra qızı Gülüzar Həsənovaya cehiz kimi verilmişdir. Cavabdehlərə həmin cehiz əşyalarının qaytarılması dəfələrlə təklif edilsə də, cavabında azyaşlı nəvələri ilə görüşün veriləcəyi təqdirdə cehiz əşyalarını qaytaracaqlarını bildirmişlər. Bundan başqa Gəncə şəhəri 1 saylı notariat ofisinə onun tərəfindən vərəsəlik şəhadətnaməsinin verilməsi barədə müraciət edilsə də notarius orqanı onu anlaşılmayan səbəbdən vərəsə kimi tanımamış və bu barədə imtina məktubu vermişdir. Notariat orqanına müraciət edilərkən hər hansı bir əmlaka vərəsə tanınmaması, sadəcə olaraq vərəsə kimi tanınması istənilsə də, notariat orqanı bunu etməkdən imtina etmişdir. Sözügedən cehiz əşyalarının fotoşəkilləri və özlərinə bənzərləri qiymətləndiriciyə göstərilməklə, 50 faiz fiziki aşınması çıxılmaqla real bazar dəyəri 14082 manat təşkil etməklə, 56 addadır və bunlardır: 1 ədəd Türkiyə istehsalı olan mebel dəsti (qonaq otağı üçün, krem rəngli) - 2500 manat, 1 ədəd Türkiyə istehsalı olan mebel dəsti (yataq otağı üçün krem rəngli) - 1500 manat, 1 ədəd çil-çıraq (qonaq otağı üçün) - 600 manat, 1 ədəd çil-çıraq (yataq otağı üçün) - 100 manat, 1 ədəd pərdə (qonaq otağı üçün) “Capsella” - 600 manat, 1 ədəd pərdə (yataq otağı üçün) “Capsella”- 150 manat, 1 ədəd çarpayı uşaq üçün - 400 manat, 1 ədəd Nərdtaxta (əl işi) - 100 manat, 1 ədəd suvenir (domik əl işi) - 50 manat, 1 ədəd suvenir gəmi əl işi - 125 manat, 1 ədəd Örtük qoşa çarpayı üçün “Gəlincik” - 60 manat, 1 ədəd örtük qoşa çarpayı üçün - 90 manat, 1 ədəd örtük qoşa çarpayı üçün - 125 manat, 1 ədəd örtük qoşa çarpayı üçün - 150 manat, 6 ədəd pastel dəsti qoşa çarpayı üçün - 600 manat, 5 ədəd məhrəba hamam üçün 75 – manat, 6 ədəd məhrəba əl-üz üçün - 75 manat, 1 ədəd gül qabı (Tom) - 125 manat, 1 ədəd gül qabı (Bagema) - 60 manat, 3 ədəd gül qabı (Meduza) - 60 manat, 1 ədəd Kompot qabı (Tom bakalları ilə) - 125 manat, 1 ədəd Kompot qabı (Bagema bakalları ilə) - 70 manat, 1 ədəd qab dəsti “meduza”- 50 manat, 7 ədəd rumka - 70 manat, 1 ədəd rumka dəsti - 70 manat, 1 ədəd meyvə qabı “Tom” - 100 manat, 2 ədəd şüşə qab dəsti “piramida” - 180 manat, 1 ədəd konfet qabı (səbət) - 100 manat, 10 ədəd süfrə dəsti - 150 manat, 60 ədəd xörək qaşığı - 30 manat, 30 ədəd çay qaşığı - 15 manat, 1 ədəd gəvə (3x4 m) ölçüdə - 100 manat, 2 ədəd gəvə (2.5x3.5) - 300 manat, 1 ədəd Koreya istehsalı 82 ekran “Samsung” televizor - 300 manat, 1 ədəd saat divar üçün - 17,50 manat, 1 ədəd gecə lampası - 17,50 manat, 1 ədəd Rusiya istehsalı servis dəsti - 175 manat, 1 ədəd meyvə qabı (dəst) - 125 manat, 1 ədəd qazan dəsti (Galaxy) - 100 manat, 1 ədəd qazan dəsti (Galaxy) - 125 manat, 1 ədəd qazan dəsti (Galaxy) - 140 manat, 1 ədəd qazan dəsti (Galaxy) - 160 manat, 1 ədəd qazan dəsti (Galaxy) - 175 manat, 1 ədəd qazan dəsti (Galaxy) - 200 manat, 1 ədəd qazan dəsti (Galaxy) - 200 manat, 1 ədəd qazan dəsti (Galaxy) - 225 manat, 2 ədəd yorğan yun materialdan hazırlanmış, qoşa çarpayı üçün - 180 manat, 2 ədəd döşək yun materialdan hazırlanmış, qoşa çarpayı üçün - 150 manat, 1 ədəd Rusiya istehsalı dəmir seyf - 125 manat, 5 ədəd qazan (alüminium materialdan hazırlanmış) - 62,50 manat, 5 ədəd ləyən şirəli - 50 manat, 5 ədəd qazan (tək, 10 litrlik, alüminium materialdan hazırlanmış) - 125 manat, 1 ədəd çaydan - 7,50 manat, 3 ədəd çaynik - 12 manat, 1 ədəd divan və kreslo dəsti (jurnal masası ilə birlikdə) - 1250 manat, 1 ədəd mətbəx mebeli dəsti - 1000 manat, 1 ədəd stol və stul dəsti (6 nəfərlik ağ rəngli qıraqları qızılı rənglərlə bəzədilmiş) - 500 manat. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verdi əlavə olaraq bildirdi ki, X13 əri Sabir Şabanov artıq ləyaqətsiz vərəsə hesab edildiyi üçün vərəsə siyahısından çıxarılmışdır. Gülüzar Həsənovanın bu gün üçün yalnız 2 vərəsəsi – anası İddiaçı və azyaşlı oğlu xx.xx.2015-ci il təvəllüdlü Cavabdeh1 Sabir oğlu qalmışdır. X24 Həsənovanın qəyyumluğuna verildiyindən onun hüquqları İddiaçı tərəfindən həyata keçirilir. Odur ki, iddiaçının və azyaşlı Cavabdeh1 miraz əmlaka vərəsə tanınmaqla miras əmlaklara onların hər birinin ½ hissədə payının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qismən qəbul edərək izahatında bildirdi ki, mərhum gəlini X10 Şabanovla ailə qurmuş və iddia ərizəsində qeyd edilən əşyaların əksəriyyəti gəlin köçən zaman onların evlərinə gətirilmişdir. Həmin əşyaların bəzilərinin sayı ilə razı deyildir. Gülüzar Həsənova tərəfindən gətirilən cehiz əşyalarından 10 ədəd deyil 2 ədəd süfrə, 5 ədəd deyil 3 ədəd alüminium materialdan qazan və 5 ədəd deyil 1 ədəd şirəli ləyən olmuşdur. İddiada qeyd edilən qalan əşyaların əksər hissəsi 44 günlük Vətən müharibəsi dövründə Erməni qəsbkarları tərəfindən Gəncə şəhəri raket atəşinə tutulan zaman qırılmış və yararsız hala düşmüşdür. Lakin bu barədə sübutu yoxdur. Bundan başqa, Gülüzar Həsənova ona məxsus olan cehiz əşyaların çoxunu özü ilə birlikdə ata evinə aparmış, bəzilərini isə satmışdır. Buna dair də hər hansı sübutları yoxdur. Cehiz əşyalarından 1 ədəd Türkiyə istehsalı olan mebel dəsti (qonaq otağı üçün, krem rəngli), 1 ədəd Türkiyə istehsalı olan mebel dəsti (yataq otağı üçün krem rəngli), 1 ədəd çil-çıraq (qonaq otağı üçün, 1 ədəd çil-çıraq (yataq otağı üçün), 1 ədəd pərdə (qonaq otağı üçün) “Capsella”, 1 ədəd pərdə (yataq otağı üçün) “Capsella”, 1 ədəd çarpayı uşaq üçün, 1 ədəd Nərdtaxta (əl işi), 1 ədəd suvenir (domik əl işi), 1 ədəd suvenir gəmi əl işi, 1 ədəd Örtük qoşa çarpayı üçün “Gəlincik”, 1 ədəd örtük qoşa çarpayı üçün, 1 ədəd örtük qoşa çarpayı üçün, 1 ədəd örtük qoşa çarpayı üçün, 6 ədəd pastel dəsti qoşa çarpayı üçün, 5 ədəd məhrəba hamam üçün, 6 ədəd məhrəba əl-üz üçün, 1 ədəd gül qabı (Tom), 1 ədəd gül qabı (Bagema), 3 ədəd gül qabı (Meduza), 1 ədəd Kompot qabı (Tom bakalları ilə), 1 ədəd Kompot qabı (Bakema bakalları ilə), 1 ədəd qab dəsti “Meduza”, 7 ədəd rumka, 1 ədəd rumka dəsti, 1 ədəd meyvə qabı “Tom”, 2 ədəd şüşə qab dəsti “Piramida”, 1 ədəd konfet qabı (səbət), 2 ədəd süfrə dəsti, 60 ədəd xörək qaşığı, 30 ədəd çay qaşığı, 1 ədəd gəvə (3x4 m), 2 ədəd gəvə (2.5x3.5), 1 ədəd Koreya istehsalı 82 ekran “Samsung” televizor, 1 ədəd saat divar üçün, 1 ədəd gecə lampası, 1 ədəd Rusiya istehsalı servis dəsti, 1 ədəd meyvə qabı (dəst), 1 ədəd qazan dəsti (Galaxy), 1 ədəd qazan dəsti (Galaxy), 1 ədəd qazan dəsti (Galaxy), 1 ədəd qazan dəsti (Galaxy), 1 ədəd qazan dəsti (Galaxy), 1 ədəd qazan dəsti (Galaxy), 1 ədəd qazan dəsti (Galaxy), 1 ədəd qazan dəsti (Galaxy), 2 ədəd yorğan yun materialdan hazırlanmış, qoşa çarpayı üçün , 2 ədəd döşək yun materialdan hazırlanmış, qoşa çarpayı üçün, 1 ədəd Rusiya istehsalı dəmir seyf, 3 ədəd qazan (aliminium materialdan hazırlanmış), 1 ədəd ləyən şirəli, 5 ədəd qazan (tək, 10 litrlik, alüminium materialdan hazırlanmış), 1 ədəd çaydan, 3 ədəd çaynik, 1 ədəd divan və kreslo dəsti (jurnal masası ilə birlikdə), 1 ədəd mətbəx mebeli dəsti, 1 ədəd stol və stul dəsti (6 nəfərlik ağ rəngli qıraqları qızılı rənglərlə bəzədilmiş) mövcud olmuşdur. Ona görə də iddia tələbinin hazırda mövcud olan əşyalara dair hissədə, yəni qismən təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qismən qəbul edərək izahatında bildirdi ki, mərhum gəlini X10 Şabanovla ailə qurmuş və iddia ərizəsində qeyd edilən əşyaların əksəriyyəti gəlin köçən zaman onların evlərinə gətirilmişdir. Həmin əşyaların bəzilərinin sayı ilə razı deyildir. Gülüzar Həsənova tərəfindən gətirilən cehiz əşyalarından 10 ədəd deyil 2 ədəd süfrə, 5 ədəd deyil 3 ədəd alüminium materialdan qazan və 5 ədəd deyil 1 ədəd şirəli ləyən olmuşdur. İddiada qeyd edilən qalan əşyaların əksər hissəsi 44 günlük Vətən müharibəsi dövründə Erməni qəsbkarları tərəfindən Gəncə şəhəri raket atəşinə tutulan zaman qırılmış və yararsız hala düşmüşdür. Lakin bu barədə sübutu yoxdur. Bundan başqa, Gülüzar Həsənova ona məxsus olan cehiz əşyaların çoxunu özü ilə birlikdə ata evinə aparmış, bəzilərini isə satmışdır. Buna dair də hər hansı sübutları yoxdur. Cehiz əşyalarından 1 ədəd Türkiyə istehsalı olan mebel dəsti (qonaq otağı üçün, krem rəngli), 1 ədəd Türkiyə istehsalı olan mebel dəsti (yataq otağı üçün krem rəngli), 1 ədəd çil-çıraq (qonaq otağı üçün), 1 ədəd çil-çıraq (yataq otağı üçün), 1 ədəd pərdə (qonaq otağı üçün) “Capsella”, 1 ədəd pərdə (yataq otağı üçün) “Capsella”, 1 ədəd çarpayı uşaq üçün, 1 ədəd Nərdtaxta (əl işi), 1 ədəd suvenir (domik əl işi), 1 ədəd suvenir gəmi əl işi, 1 ədəd Örtük qoşa çarpayı üçün “Gəlincik”, 1 ədəd örtük qoşa çarpayı üçün, 1 ədəd örtük qoşa çarpayı üçün, 1 ədəd örtük qoşa çarpayı üçün, 6 ədəd pastel dəsti qoşa çarpayı üçün, 5 ədəd məhrəba hamam üçün, 6 ədəd məhrəba əl-üz üçün, 1 ədəd gül qabı (Tom), 1 ədəd gül qabı (Bagema), 3 ədəd gül qabı (Meduza), 1 ədəd Kompot qabı (Tom bakalları ilə), 1 ədəd Kompot qabı (Bakema bakalları ilə), 1 ədəd qab dəsti “Meduza”, 7 ədəd rumka, 1 ədəd rumka dəsti, 1 ədəd meyvə qabı “Tom”, 2 ədəd şüşə qab dəsti “Piramida”, 1 ədəd konfet qabı (səbət), 2 ədəd süfrə dəsti, 60 ədəd xörək qaşığı, 30 ədəd çay qaşığı, 1 ədəd gəvə (3x4 m), 2 ədəd gəvə (2.5x3.5), 1 ədəd Koreya istehsalı 82 ekran “Samsung” televizor, 1 ədəd saat divar üçün, 1 ədəd gecə lampası, 1 ədəd Rusiya istehsalı servis dəsti, 1 ədəd meyvə qabı (dəst), 1 ədəd qazan dəsti (Galaxy), 1 ədəd qazan dəsti (Galaxy), 1 ədəd qazan dəsti (Galaxy), 1 ədəd qazan dəsti (Galaxy), 1 ədəd qazan dəsti (Galaxy), 1 ədəd qazan dəsti (Galaxy), 1 ədəd qazan dəsti (Galaxy), 1 ədəd qazan dəsti (Galaxy), 2 ədəd yorğan yun materialdan hazırlanmış, qoşa çarpayı üçün, 2 ədəd döşək yun materialdan hazırlanmış, qoşa çarpayı üçün, 1 ədəd Rusiya istehsalı dəmir seyf, 3 ədəd qazan (aliminium materialdan hazırlanmış) , 1 ədəd ləyən şirəli, 5 ədəd qazan (tək, 10 litrlik, alüminium materialdan hazırlanmış), 1 ədəd çaydan, 3 ədəd çaynik, 1 ədəd divan və kreslo dəsti (jurnal masası ilə birlikdə), 1 ədəd mətbəx mebeli dəsti, 1 ədəd stol və stul dəsti (6 nəfərlik ağ rəngli qıraqları qızılı rənglərlə bəzədilmiş) mövcud olmuşdur. Ona görə də iddia tələbinin hazırda mövcud olan əşyalara dair hissədə, yəni qismən təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq üçüncü şəxs Gəncə şəhəri 1 saylı Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, lakin məhkəməyə ərizə göndərərək mülki işə notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə üçüncü şəxs Gəncə şəhəri 1 saylı Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında üçüncü şəxs xx.xx.2015-ci il təvəllüdlü Cavabdeh1 Sabir oğlu azyaşlı olduğu üçün iştirak edə bilməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfləri dinləyib, həmçinin iş materiallarını tam və hərtərəfli araşdırıb hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; XVİİİ-JQ seriyalı, 461654 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 12 mart 1990-cı il tarixdə doğulmuşdur. Atası: X15, anası: İddiaçıdır. AZ-İİ seriyalı, 226651 nömrəli, 20 iyun 2022-ci il tarixli, Gəncə şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 04 iyun 2022-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 20 iyun 2022-ci il tarixdə 118 nömrə ilə qeyd edilmişdir. Ölümün səbəbi travmatik hemotoraks ağciyərin digər travmalarıdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Gəncə şəhəri 1 saylı Notariat Ofisinin 16 may 2023-cü il tarixli, 42 nömrəli məktubunda ünvan 2 ünvanında qeydiyyatda olan İddiaçı bildirilmişdir ki, sənədlərdə mərhum X8 məxsus olduğu təsdiq olunan heç bir daşınar və daşınmaz əmlak aşkar edilməmişdir. Odur ki, bununla əlaqədar qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermək mümkün deyildir. Aidiyyatı üzrə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-442/2022 nömrəli, 28 noyabr 2022-ci il tarixli hökmündən görünür ki, X19 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 10 (on) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi hökm edilmişdir. AZ-İİİ seriyalı, 527660 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 Sabir oğlu 26 mart 2015-ci il tarixdə doğulmuşdur. Atası: X19, anası: X9r. 29 yanvar 2024-cü il tarixli, 05/59 nömrəli, 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X15 11 aprel 2011ci ildə ölmüşdür. Ölüm haqqında xx.xx.2011-ci il 245 nömrəli akt qeydi tərtib olunmuşdur. Ölümün səbəbi tənəffüs çatmamazlığıdır. Ölümün qeydə alındığı yer Gəncə şəhər Qeydiyyat şöbəsidir. 15 noyabr 2022-ci il tarixli, 500 nömrəli, Gəncə “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X19 və X12 nikahı haqqında 06 iyun 2014-cü il tarixdə 327 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikahın qeydə alındığı yer: Gəncə şəhər Qeydiyyat şöbəsidir. Nikah bağlandıqdan sonra ərə “Şabanov,” arvada “Həsənova” soyadı verilmişdir. Azərbaycan Respublikası Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti Başçısının 113 nömrəli, 14 oktyabr 2022-ci il tarixli Sərəncamından görünür ki, İddiaçı xx.xx.2015-ci il təvəllüdlü Cavabdeh1 Sabir oğluna qəyyum təyin edilməsi qərara alınmışdır. 29 yanvar 2024-cü il tarixli, 05/09İS/206962-24 nömrəli Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 2 saylı Gəncə Regional “ASAN xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, “Vətəndaşlıq vəziyyətləri aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində X8 aid xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və qeyd olunan ailə tərkibinə dair məlumatlar aşkar edilmişdir: atası – X15 (xx.xx.1962) (xx.xx.2011-ci ildə vəfat edib); anası – İddiaçı (xx.xx.1963); əri (arvadı) – X19 (xx.xx.1985); oğlu – Cavabdeh1 Sabir oğlu (xx.xx.2015) Göygöl Rayon Məhkəməsinin e-2(066)-374/2024 nömrəli, 12 iyun 2024-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdeh X16 qarşı “şəxsin ləyaqətsiz vərəsə hesab edilməsi” iddiası təmin edilmiş, cavabdeh X19 mərhum X8 nisbətdə ləyaqətsiz vərəsə hesab edilməsi və X5 vərəsələri siyahısından çıxarılması qət edilmişdir. “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” barədə xx.xx.2023-cü il tarixli, MŞG/MT007/202303104 nömrəli arayışdan görünür ki, arayış vətəndaş İddiaçı Cavabdeh1 və Cavabdeh2 “cehiz və vərəsə” tələbinə dair müraciəti əsasında xx.xx.2023-cü il tarixində, 10:00 saatlarında keçirilən ilkin mediasiya sessiyasında iştirak etdiyini təsdiq etmək üçün verilir. Lakin, tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etmədilər. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün ilkin mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 55 (50 manat ims xərci, 5 manat poçt xərci) manat məbləğində xərci tam ödəmişdir. "xxxx" MMC tərəfindən verilmiş 04 oktyabr 2023-cü il tarixli, ƏQ-276/2023 nömrəli əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyindən görünür ki, İddiaçı ilə bağlanmış 04 oktyabr 2023-cü il tarixli “Qiymətləndirmə xidmətinin göstərilməsi haqqında” müqaviləyə uyğun olaraq İddiaçı təqdim etdiyi video görüntülərə və foto şəkillərə əsasən 56 (əlli altı) sayda cehiz əşyalarının müqayisə yanaşması ilə real bazar qiymətinin müəyyən edilməsi məqsədi ilə "xxxx" MMC-nin qiymətləndirici-mütəxəssisləri tərəfindən araşdırmalar aparılmışdır. Qiymətləndirmə işi X1 (BQS) və “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq aparılmışdır. Aparılan araşdırmalar və təhlillərə əsasən İddiaçı təqdim etdiyi video görüntülərə və foto şəkillərə əsasən 56 (əlli altı) sayda cehiz əşyalarının müqayisə yanaşması ilə xx.xx.2023-cü il tarixə real bazar dəyəri 14082 (on dörd min səksən iki) manat təşkil edir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hazırki iddiaya etirazından görünür ki, cehiz əşyaları siyahısında olunan tələblər və eləcədə qiymətlərin hamısı şişirdilmişdir. Hazırda onlara məxsus evdə olan əşyalar: 1. yataq mebeli: çarpayı və dolab 1 dəst; 2. qonaq mebeli; 3. çilçıraq 2 ədəd; 4. pərdə 2 ədəd; 5. uşaq çarpayısı 1 ədəd; 6. suvenir “Domik” 1 ədəd; 7. pokrıval (örtük) 3 ədəd; 8. gülqabı (Bohema) 1 ədəd; 9. konfet qabı 1 ədəd; 10. kompot qabı 1 ədəd; 11. qədəh (rumka) 1 dəst; 12. meyvə qabı 1 ədəd; 13. gülqabı 1 ədəd; 14. meyvə qabı 2 ədəd; 15. gülqabı 2 ədəd; 16. suvenir 1 ədəd; 17. yorğan dəsti 2 ədəd; 18. nərdtaxta 1 ədəd. Yuxarıda qeyd edilən xüsusatları nəzərə alıb, etiraza hüquqi qiymət verilməsini xahiş etmişlər. Beləliklə, məhkəmə araşdırılmış sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, İddiaçı qızı Gülüzar Həsənova cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğlu X19 ilə 06 iyun 2014-cü il tarixdə nikahlarını rəsmiləşdirərək ailə həyatı qurmuşdur. Sabir Şabanov və Gülüzar Həsənovanın birgə ailə münasibətlərindən 26 mart 2015-ci il təvəllüdlü Cavabdeh1 Sabir oğlu adında 1 uşaqları doğulmuşdur. Sabir Şabanov tərəfindən Gülüzar Həsənova qəsdən öldürülmüş və məhkəmənin hökmü ilə X19 10 (on) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmçinin məhkəmənin qətnaməsinə əsasən Sabir Şabanov mərhum Gülüzar Həsənovaya nisbətdə ləyaqətsiz vərəsə hesab edilmişdir. Hazırki vaxtda X13 yalnız birinci növbəli 2 vərəsəsi vardır. Onlardan biri Gülüzar Həsənovanın anası İddiaçı, digəri isə azyaşlı oğlu olan 26 mart 2015-ci il təvəllüdlü Cavabdeh1 Sabir oğludur. İddiaçı miras əmlaka vərəsə tanınması üçün notariat kontoruna müraciət etsə də ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina olunmuşdur. Bundan sonra iddiaçı məhkəmədə hazırki iddia ilə müraciət etmişdir. Hal-hazırda isə idddiaçı İddiaçı nümayəndəsi vasitəsilə mərhum qızı Gülüzar Həsənovadan miras qalmış cehiz əşyalarına onun və nəvəsi Cavabdeh1 vərəsə kimi tanımaqla, ondan miras qalmış əşyaların naturada özlərini, bu mümkün olmadıqda dəyərinin cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdehlər isə iddia tələbini qismən qəbul etmiş, cehiz gətirilən əşyalardan yalnız süfrə dəstinin, alüminium materialdan olan qazan dəstinin və şirəli ləyənin sayı ilə razı olmadıqlarını, qalan əşyaların isə cehiz gətirildiyini etiraf etmişlər. Cavabdehlər eyni zamanda X13 cehiz gətirildiyi əşyaların bəzilərinin sağlığında özü tərəfindən satıldığını, bəzilərinin isə mühabirə dövründə Gəncə şəhərinə raket atılması nəticəsində sıradan çıxdığını bildirərək iddia tələbinin qismən təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq üçüncü şəxs Gəncə şəhəri 1 saylı Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, lakin məhkəməyə ərizə göndərərək mülki işə notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1137-ci maddəsinə əsasən miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və ya bununla mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1269-cu maddəsinə əsasən mirasa sahiblik etməyə və ya onu idarə etməyə faktiki başlamış vərəsə mirasın qəbulu üçün müəyyənləşdirilmiş vaxt ərzində mirasın qəbulundan imtina edə bilər. Bu barədə ərizə ilə o, notariat orqanına müraciət eməlidir. Konstitusiya Məhkəməsinin Plenumu 2022-ci il 14 oktyabr tarixli Qərarında Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı qeyd etmişdir ki, qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. X14 Məhkəməsinin Plenumu onu da vurğulamışdır ki, Mülki Məcəllə ilə vərəsə statusunun yaranmasının xüsusi qəbul müddətinə bağlı tutulması, eyni zamanda mirasdan imtinanın ehtimal oluna bilmə imkanı (Mülki Məcəllənin 1273-1-ci maddəsi) hüquqi baxımdan qeyri-müəyyənliyin yaranmasına, məhkəmə mübahisələrinin çoxalmasına səbəb olmaqla yanaşı, vərəsəlik hüququna dair konstitusiya təminatına da xələl yetirmiş olur. Həmçinin Konstitusiya Məhkəməsinin Plenumu 2022-ci il 14 oktyabr tarixli Qərarında qeyd etmişdir ki, vərəsəlik hüquq münasibətləri miras qoyanın ölümü və ya ölmüş elan edilməsi anından başlamış olur. Qanunvericilik vərəsəlik hüququnun yaranmasını miras qoyanın ölümü və ya ölmüş elan edilməsi ilə şərtləndirmiş və bu hüquqa vəsiyyətnamə olduğu təqdirdə vəsiyyətnamədə göstərilən şəxslərin, əks halda (vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi halda) isə qanunla müəyyən edilmiş vərəsələrin malik olduğunu təsbit etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, Notariat Kontorundə rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur. Konstitusiya Məhkəməsinin Plenumu 2022-ci il 14 oktyabr tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinin davamı olaraq qeyd etmişdir ki, mirasdan imtinanın ehtimal oluna bilmə imkanı mülkiyyət hüququnu və onun davamlılığını təmin edən vərəsəlik hüququnun konstitusion təminatını pozur. Avropa Məhkəməsinin presedent hüququna əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair 1 saylı Protokolun (bundan sonra – Konvensiyaya dair 1 saylı Protokol) 1-ci maddəsinin mühüm tələblərindən biri ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır. Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Böyük Palatanın Broniovski Polşaya qarşı iş üzrə 2004-cü il 22 iyun tarixli Qərarı, §147- 148, 150; Böyük Palatanın Skordino İtaliyaya qarşı iş üzrə 2006-cı il 29 mart tarixli Qərarı, § 93). Məhkəmə ilk növbədə qeyd edir ki, mərhum miras qoyan X7 ölümündən sonra onun birinci növbə vərəsələri azyaşlı övladı Cavabdeh1 Sabir oğlu və iddiaçı olan anası İddiaçı müəyyən edilir. Eyni zamanda Azərbaycan Respublikası Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti Başçısının 113 nömrəli, 14 oktyabr 2022-ci il tarixli Sərəncamına əsasən İddiaçı xx.xx.2015-ci il təvəllüdlü Cavabdeh1 Sabir oğluna qəyyum təyin edilməsi qərara alınmışdır. Belə olan halda hazırda mirasqoyanın sağ olan vərəsələri kimi İddiaçı və Cavabdeh1 Sabir oğlu qalmışlar. Mərhum miras qoyan X7 birinci növbəli vərəsələri iddiaçı olan anası İddiaçı və övladı azyaşlı Cavabdeh1 Sabir oğlu miras əmlakdan bərabər hissədə pay almalıdırlar. Məhkəmə onu da qeyd edir ki X13 əri X19 isə Göygöl Rayon Məhkəməsinin e- 2(066)-374/2024 nömrəli, 12 iyun 2024-cü il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh X16 qarşı “şəxsin ləyaqətsiz vərəsə hesab edilməsi” iddiası təmin edilmiş, cavabdeh X19 mərhum X8 nisbətdə ləyaqətsiz vərəsə hesab edilməsi və X5 vərəsələri siyahısından çıxarılması qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə daha sonra miras əmlaklara münasibətdə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə miras qoyan X6 miras qalmış iddia ərizəsində göstərilən cehiz əşyalarının mövcud olması və həmin əşyaların cavabdehlərdə qalmasını sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhkəmə qeyd edir ki, iddiaçı iddiada qeyd edilən əşyaların əksər hissəsinin mövcudluğunu və mərhum Gülüzar Həsənova tərəfindən ərə gedən zaman cehiz olaraq gətirdiyini sübut etmiş, yalnız həmin əşyalardan 3 əşyanın sayı ilə bağlı tərəflər arasında mübahisə olmuşdur. Bunlardan birincisi süfrə dəsti, ikincisi alüminium materialdan olan qazan, üçüncüsü isə şirəli ləyən olmuşdur. İddiaçı tərəf iddiada qeyd edilən həmin sayda əşyaların mərhum Gülüzar Həsənova tərəfindən gəlin köçən zaman cehiz gətirildiyini sübut edə bilməmişdir. Cavabdehlər Gülüzar Həsənova tərəfindən gətirilən cehiz əşyalarından 10 ədəd deyil 2 ədəd süfrə, 5 ədəd deyil 3 ədəd alüminium materialdan qazan və 5 ədəd deyil 1 ədəd şirəli ləyən olduğunu qeyd edərək həmin əşyaların mövcudluğunu mübahisələndirmişlər. İddiaçı tərəf isə həmin üç əşyanın iddiada qeyd edilən sayda olmasını məhkəmə iclasında dəqiq sübut edə bilməmişdir. Məhkəmə həmçinin hesab edir ki, cavabdehlər məhkəmə iclasında verdikləri izahatlarında mirasqoyan mərhum Gülüzar Həsənovaya məxsus əşyalardan 1 ədəd Türkiyə istehsalı olan mebel dəsti (qonaq otağı üçün, krem rəngli), 1 ədəd Türkiyə istehsalı olan mebel dəsti (yataq otağı üçün krem rəngli), 1 ədəd çil-çıraq (qonaq otağı üçün, 1 ədəd çil-çıraq (yataq otağı üçün), 1 ədəd pərdə (qonaq otağı üçün) “Capsella”, 1 ədəd pərdə (yataq otağı üçün) “Capsella”, 1 ədəd çarpayı uşaq üçün, 1 ədəd Nərdtaxta (əl işi), 1 ədəd suvenir (domik əl işi), 1 ədəd suvenir gəmi əl işi, 1 ədəd Örtük qoşa çarpayı üçün “Gəlincik”, 1 ədəd örtük qoşa çarpayı üçün, 1 ədəd örtük qoşa çarpayı üçün, 1 ədəd örtük qoşa çarpayı üçün, 6 ədəd pastel dəsti qoşa çarpayı üçün, 5 ədəd məhrəba hamam üçün, 6 ədəd məhrəba əl-üz üçün, 1 ədəd gül qabı (Tom), 1 ədəd gül qabı (Bagema), 3 ədəd gül qabı (Meduza), 1 ədəd Kompot qabı (Tom bakalları ilə), 1 ədəd Kompot qabı (Bakema bakalları ilə), 1 ədəd qab dəsti “Meduza”, 7 ədəd rumka, 1 ədəd rumka dəsti, 1 ədəd meyvə qabı “Tom”, 2 ədəd şüşə qab dəsti “Piramida”, 1 ədəd konfet qabı (səbət), 2 ədəd süfrə dəsti, 60 ədəd xörək qaşığı, 30 ədəd çay qaşığı, 1 ədəd gəvə (3x4 m), 2 ədəd gəvə (2.5x3.5), 1 ədəd Koreya istehsalı 82 ekran “Samsung” televizor, 1 ədəd saat divar üçün, 1 ədəd gecə lampası, 1 ədəd Rusiya istehsalı servis dəsti, 1 ədəd meyvə qabı (dəst), 1 ədəd qazan dəsti (Galaxy), 1 ədəd qazan dəsti (Galaxy), 1 ədəd qazan dəsti (Galaxy), 1 ədəd qazan dəsti (Galaxy), 1 ədəd qazan dəsti (Galaxy), 1 ədəd qazan dəsti (Galaxy), 1 ədəd qazan dəsti (Galaxy), 1 ədəd qazan dəsti (Galaxy), 2 ədəd yorğan yun materialdan hazırlanmış, qoşa çarpayı üçün, 2 ədəd döşək yun materialdan hazırlanmış, qoşa çarpayı üçün, 1 ədəd Rusiya istehsalı dəmir seyf, 3 ədəd qazan (aliminium materialdan hazırlanmış), 1 ədəd ləyən şirəli, 5 ədəd qazan (tək, 10 litrlik, alüminium materialdan hazırlanmış), 1 ədəd çaydan, 3 ədəd çaynik, 1 ədəd divan və kreslo dəsti (jurnal masası ilə birlikdə), 1 ədəd mətbəx mebeli dəsti, 1 ədəd stol və stul dəsti (6 nəfərlik ağ rəngli qıraqları qızılı rənglərlə bəzədilmiş) olmasını etiraf etmişlər. Bu səbəbdən məhkəmə hesab edir ki, mövcud iddia cavabdehlərin iddianı etiraf etməsi hissəsində təmin edilməli, qalan hissədə isə təmin edilməməlidir. Məhkəmə eləcə də hesab edir ki, cavabdehlər iddiada qeyd edilən əşyaların bəzilərinin mərhum Gülüzar Həsənova tərəfindən sağlığında satılması, bəzilərinin isə sonradan raket atəşi nəticəsində sıradan çıxması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etmədiklərindən həmin hallar onların xeyrinə nəzərə alına bilməz. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Əmlakın X2 Cəmiyyətinin 04 oktyabr 2023-cü il tarixli, ƏQ-276/2023 nömrəli əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyində İddiaçı təqdim etdiyi video görüntülərə və foto şəkillərə əsasən 56 (əlli altı) sayda cehiz əşyalarının müqayisə yanaşması ilə xx.xx.2023-cü il tarixə real bazar dəyəri 14082 (on dörd min səksən iki) manat təşkil etdiyi qeyd edilmişdir. Məhkəmə mütəxəssis rəyini də sübut kimi qəbul edərək orada qeyd edilən cehiz əşyalarının realbazar dəyəri ilə razılaşır. Buna görə də məhkəmə hesab edir ki, X3 miras qalmış, 1 ədəd Türkiyə istehsalı olan mebel dəsti (qonaq otağı üçün, krem rəngli) – 2500 (iki min beş yüz) manat dəyərində, 1 ədəd Türkiyə istehsalı olan mebel dəsti (yataq otağı üçün krem rəngli) – 1500 (bir min beş yüz) manat dəyərində, 1 ədəd çil-çıraq (qonaq otağı üçün) - 600 (altı yüz) manat dəyərində, 1 ədəd çil-çıraq (yataq otağı üçün) -100 (bir yüz) manat dəyərində, 1 ədəd pərdə (qonaq otağı üçün) “Capsella” – 600 (altı yüz) manat dəyərində, 1 ədəd pərdə (yataq otağı üçün) “Capsella”- 150 (bir yüz əlli) manat dəyərində, 1 ədəd çarpayı uşaq üçün – 400 (dörd yüz) manat dəyərində, 1 ədəd Nərdtaxta (əl işi) – 100 (bir yüz) manat dəyərində, 1 ədəd suvenir (domik əl işi) – 50 (əlli) manat dəyərində, 1 ədəd suvenir gəmi əl işi -125 (bir yüz iyirmi beş) manat dəyərində, 1 ədəd Örtük qoşa çarpayı üçün “Gəlincik” – 60 (altmış) manat dəyərində, 1 ədəd örtük qoşa çarpayı üçün – 90 (doxsan) manat dəyərində, 1 ədəd örtük qoşa çarpayı üçün – 125 (bir yüz iyirmi beş) manat dəyərində, 1 ədəd örtük qoşa çarpayı üçün – 150 (bir yüz əlli) manat dəyərində, 6 ədəd pastel dəsti qoşa çarpayı üçün – 600 (altı yüz) manat dəyərində, 5 ədəd məhrəba hamam üçün 75 (yetmiş beş) manat dəyərində, 6 ədəd məhrəba əl-üz üçün – 75 (yetmiş beş) manat dəyərində, 1 ədəd gül qabı (Tom) – 125 (bir yüz iyirmi beş) manat dəyərində, 1 ədəd gül qabı (Bagema) – 60 (altmış) manat dəyərində, 3 ədəd gül qabı (Meduza) – 60 (altmış) manat dəyərində, 1 ədəd Kompot qabı (Tom bakalları ilə) - 125 (bir yüz iyirmi beş) manat dəyərində, 1 ədəd Kompot qabı (Bakema bakalları ilə) - 70 (yetmiş) manat dəyərində, 1 ədəd qab dəsti “Meduza”- 50 (əlli) manat dəyərində, 7 ədəd rumka – 70 (yetmiş) manat dəyərində, 1 ədəd rumka dəsti – 70 (yetmiş) manat dəyərində, 1 ədəd meyvə qabı “Tom”- 100 (bir yüz) manat dəyərində, 2 ədəd şüşə qab dəsti “Piramida” – 180 (bir yüz səksən) manat dəyərində, 1 ədəd konfet qabı (səbət) - 100 (bir yüz) manat dəyərində, 2 ədəd süfrə dəsti – 30 (otuz) manat dəyərində, 60 ədəd xörək qaşığı – 30 (otuz) manat dəyərində, 30 ədəd çay qaşığı – 15 (on beş) manat dəyərində, 1 ədəd gəvə (3x4 m) ölçüdə - 100 (bir yüz) manat dəyərində, 2 ədəd gəvə (2.5x3.5) - 300 (üç yüz) manat dəyərində, 1 ədəd Koreya istehsalı 82 ekran “Samsung” televizor - 300 (üç yüz) manat dəyərində, 1 ədəd saat divar üçün - 17,50 (on yeddi manat əlli qəpik) manat dəyərində, 1 ədəd gecə lampası - 17,50 (on yeddi manat əlli qəpik) manat dəyərində, 1 ədəd Rusiya istehsalı servis dəsti – 175 (bir yüz yetmiş beş) manat dəyərində, 1 ədəd meyvə qabı (dəst) – 125 (bir yüz iyirmi beş) manat dəyərində, 1 ədəd qazan dəsti (Galaxy) – 100 (bir yüz) manat dəyərində, 1 ədəd qazan dəsti (Galaxy) – 125 (bir yüz iyirmi beş) manat dəyərində, 1 ədəd qazan dəsti (Galaxy) – 140 (bir yüz qırx) manat dəyərində, 1 ədəd qazan dəsti (Galaxy) – 160 (bir yüz altmış) manat dəyərində, 1 ədəd qazan dəsti (Galaxy) – 175 (bir yüz yetmiş beş) manat dəyərində, 1 ədəd qazan dəsti (Galaxy) – 200 (iki yüz) manat dəyərində, 1 ədəd qazan dəsti (Galaxy) – 200 (iki yüz) manat dəyərində, 1 ədəd qazan dəsti (Galaxy) – 225 (iki yüz iyirmi beş) manat dəyərində, 2 ədəd yorğan yun materialdan hazırlanmış, qoşa çarpayı üçün – 180 (bir yüz səksən) manat dəyərində, 2 ədəd döşək yun materialdan hazırlanmış, qoşa çarpayı üçün – 150 (bir yüz əlli) manat dəyərində, 1 ədəd Rusiya istehsalı dəmir seyf – 125 (bir yüz iyirmi beş) manat dəyərində, 3 ədəd qazan (aliminium materialdan hazırlanmış) - 37,50 (otuz yeddi manat əlli qəpik) manat dəyərində, 1 ədəd ləyən şirəli – 10 (on) manat dəyərində, 5 ədəd qazan (tək, 10 litrlik, alüminium materialdan hazırlanmış) – 125 (bir yüz iyirmi beş) manat dəyərində, 1 ədəd çaydan - 7,50 (yeddi manat əlli qəpik) manat dəyərində, 3 ədəd çaynik – 12 (on iki) manat dəyərində, 1 ədəd divan və kreslo dəsti (jurnal masası ilə birlikdə) – 1250 (bir min iki yüz əlli) manat dəyərində, 1 ədəd mətbəx mebeli dəsti – 1000 (bir min) manat dəyərində, 1 ədəd stol və stul dəsti (6 nəfərlik ağ rəngli qıraqları qızılı rənglərlə bəzədilmiş) – 500 (beş yüz) manat dəyərində olan cehiz əmlaklarından ibarət əşyalara İddiaçı və azyaşlı xx.xx.2015-ci il təvəllüdlü Cavabdeh1 Sabir oğlunun ½ hissədə miras payları müəyyən edilməli və cehiz əşyaları naturada, qətnamə icra olunan vaxt həmin əşyalardan hansı mövcud olmadıqda isə, həmin əşyaların dəyəri cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 83 (səksən üç) manat dövlət rüsumunun 80 (səksən) manatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı verilməlidir. Məhkəmə, həmçinin, qeyd edir ki, iş materiallarına əlavə edilmiş "xxxx" MMC-yə məxsus 04 oktyabr 2023-cü il tarixli GST208479 nömrəli kassa mədaxil orderindən görünür ki, İddiaçı tərəfindən əmlakın qiymətləndirilməsi üçün 100 (bir yüz) manat məbləğində pul ödənilmişdir. Məhkəmə, hesab edir ki, iddiaçı tərəfindən əmlakın qiymətləndirilməsi üçün ödənilmiş 100 (bir yüz) manat məbləğində pul cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya verilməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, mediasiya sessiyasının keçirilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat məbləğində pul cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır; 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 227, 357-360-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. X3 miras qalmış, 1 ədəd Türkiyə istehsalı olan mebel dəsti (qonaq otağı üçün, krem rəngli) – 2500 (iki min beş yüz) manat dəyərində, 1 ədəd Türkiyə istehsalı olan mebel dəsti (yataq otağı üçün krem rəngli) – 1500 (bir min beş yüz) manat dəyərində, 1 ədəd çil-çıraq (qonaq otağı üçün) - 600 (altı yüz) manat dəyərində, 1 ədəd çil-çıraq (yataq otağı üçün) - 100 (bir yüz) manat dəyərində, 1 ədəd pərdə (qonaq otağı üçün) “Capsella” – 600 (altı yüz) manat dəyərində, 1 ədəd pərdə (yataq otağı üçün) “Capsella”- 150 (bir yüz əlli) manat dəyərində, 1 ədəd çarpayı uşaq üçün – 400 (dörd yüz) manat dəyərində, 1 ədəd Nərdtaxta (əl işi) – 100 (bir yüz) manat dəyərində, 1 ədəd suvenir (domik əl işi) – 50 (əlli) manat dəyərində, 1 ədəd suvenir gəmi əl işi -125 (bir yüz iyirmi beş) manat dəyərində, 1 ədəd Örtük qoşa çarpayı üçün “Gəlincik” – 60 (altmış) manat dəyərində, 1 ədəd örtük qoşa çarpayı üçün – 90 (doxsan) manat dəyərində, 1 ədəd örtük qoşa çarpayı üçün – 125 (bir yüz iyirmi beş) manat dəyərində, 1 ədəd örtük qoşa çarpayı üçün – 150 (bir yüz əlli) manat dəyərində, 6 ədəd pastel dəsti qoşa çarpayı üçün – 600 (altı yüz) manat dəyərində, 5 ədəd məhrəba hamam üçün 75 (yetmiş beş) manat dəyərində, 6 ədəd məhrəba əl-üz üçün – 75 (yetmiş beş) manat dəyərində, 1 ədəd gül qabı (Tom) – 125 (bir yüz iyirmi beş) manat dəyərində, 1 ədəd gül qabı (Bagema) – 60 (altmış) manat dəyərində, 3 ədəd gül qabı (Meduza) – 60 (altmış) manat dəyərində, 1 ədəd Kompot qabı (Tom bakalları ilə) - 125 (bir yüz iyirmi beş) manat dəyərində, 1 ədəd Kompot qabı (Bakema bakalları ilə) - 70 (yetmiş) manat dəyərində, 1 ədəd qab dəsti “Meduza”- 50 (əlli) manat dəyərində, 7 ədəd rumka – 70 (yetmiş) manat dəyərində, 1 ədəd rumka dəsti – 70 (yetmiş) manat dəyərində, 1 ədəd meyvə qabı “Tom”- 100 (bir yüz) manat dəyərində, 2 ədəd şüşə qab dəsti “Piramida” – 180 (bir yüz səksən) manat dəyərində, 1 ədəd konfet qabı (səbət) - 100 (bir yüz) manat dəyərində, 2 ədəd süfrə dəsti – 30 (otuz) manat dəyərində, 60 ədəd xörək qaşığı – 30 (otuz) manat dəyərində, 30 ədəd çay qaşığı – 15 (on beş) manat dəyərində, 1 ədəd gəvə (3x4 m) ölçüdə - 100 (bir yüz) manat dəyərində, 2 ədəd gəvə (2.5x3.5) - 300 (üç yüz) manat dəyərində, 1 ədəd Koreya istehsalı 82 ekran “Samsung” televizor - 300 (üç yüz) manat dəyərində, 1 ədəd saat divar üçün - 17,50 (on yeddi manat əlli qəpik) manat dəyərində, 1 ədəd gecə lampası - 17,50 (on yeddi manat əlli qəpik) manat dəyərində, 1 ədəd Rusiya istehsalı servis dəsti – 175 (bir yüz yetmiş beş) manat dəyərində, 1 ədəd meyvə qabı (dəst) – 125 (bir yüz iyirmi beş) manat dəyərində, 1 ədəd qazan dəsti (Galaxy) – 100 (bir yüz) manat dəyərində, 1 ədəd qazan dəsti (Galaxy) – 125 (bir yüz iyirmi beş) manat dəyərində, 1 ədəd qazan dəsti (Galaxy) – 140 (bir yüz qırx) manat dəyərində, 1 ədəd qazan dəsti (Galaxy) – 160 (bir yüz altmış) manat dəyərində, 1 ədəd qazan dəsti (Galaxy) – 175 (bir yüz yetmiş beş) manat dəyərində, 1 ədəd qazan dəsti (Galaxy) – 200 (iki yüz) manat dəyərində, 1 ədəd qazan dəsti (Galaxy) – 200 (iki yüz) manat dəyərində, 1 ədəd qazan dəsti (Galaxy) – 225 (iki yüz iyirmi beş) manat dəyərində, 2 ədəd yorğan yun materialdan hazırlanmış, qoşa çarpayı üçün – 180 (bir yüz səksən) manat dəyərində, 2 ədəd döşək yun materialdan hazırlanmış, qoşa çarpayı üçün – 150 (bir yüz əlli) manat dəyərində, 1 ədəd Rusiya istehsalı dəmir seyf – 125 (bir yüz iyirmi beş) manat dəyərində, 3 ədəd qazan (aliminium materialdan hazırlanmış) - 37,50 (otuz yeddi manat əlli qəpik) manat dəyərində, 1 ədəd ləyən şirəli – 10 (on) manat dəyərində, 5 ədəd qazan (tək, 10 litrlik, alüminium materialdan hazırlanmış) – 125 (bir yüz iyirmi beş) manat dəyərində, 1 ədəd çaydan - 7,50 (yeddi manat əlli qəpik) manat dəyərində, 3 ədəd çaynik – 12 (on iki) manat dəyərində, 1 ədəd divan və kreslo dəsti (jurnal masası ilə birlikdə) – 1250 (bir min iki yüz əlli) manat dəyərində, 1 ədəd mətbəx mebeli dəsti – 1000 (bir min) manat dəyərində, 1 ədəd stol və stul dəsti (6 nəfərlik ağ rəngli qıraqları qızılı rənglərlə bəzədilmiş) – 500 (beş yüz) manat dəyərində olan cehiz əmlaklarından ibarət əşyalara İddiaçı və azyaşlı xx.xx.2015-ci il təvəllüdlü Cavabdeh1 Sabir oğlunun ½ hissədə miras payları müəyyən edilsin və cehiz əşyaları naturada, qətnamə icra olunan vaxt həmin əşyalardan hansı mövcud olmadıqda isə, həmin əşyaların dəyəri cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınıb İddiaçı verilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumunun 80 (səksən) manatı, əmlakın qiymətləndirilməsi üçün ödənilmiş 100 (bir yüz) manat və mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 50 (əlli) manat olmaqla ümumilikdə 230 (iki yüz otuz) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-647/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-647/2024
06.09.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver