Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-6501/2023 13.12.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X2 Tahir oğlunun sədrliyi, Abuzərova Nərmin Allahverdi qızının katibliyi, İddiaçı, etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 və Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh1 qanuni nümayəndəsi Nümayəndə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh1 qanuni nümayəndəsi Nümayəndə və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 mənzilə dair cavabdehlər Cavabdeh2 ilə Cavabdeh1 arasında xx.xx.2023-cü il tarixdə 2 saylı Gəncə regional «ASAN xidmət» mərkəzində bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilərək, mənzilin əvvəlki vəziyyətinə qaytarılmasına və mənzilin ½ hissəsinə onun mülkiyyət hüququnun tanınmasına və “QAZ-3110” markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair Cavabdeh1 ilə Nümayəndə arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və avtomobilin ½ hissəsinə dair onun mülkiyyət hüququnun tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan başqa İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil vəsatəti əsasında Cavabdeh1 qanuni nümayəndəsi Nümayəndə cavabdeh qismində işə cəlb edilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə birgə nikah dövründə ünvan 1 ünvanda yerləşən mənzili əldə etmiş, mənzili yüksək səviyyədə təmir etdirmişdirlər. Cavabdeh1 mənzili satıb, onun adına həyət evi almaq adı ilə onu mənzilin satılmasına razı salmışdır. İlkin olaraq Cavabdeh1 bir neçə həyət evinin şəkillərini ona göstərərək, guya onun rəyini əsas götürərək mülk alacağı görüntüsü yaratmışdır. 06 yanvar 2023-cü il tarixdə 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində Cavabdeh2 ilə Cavabdeh1 arasında notariat qaydasında alqı-satqı müqaviləsi bağlanılmışdır. Mənzilin alqı-satqı müqaviləsinə razılıq verdikdən sonra, məbləğin satışından əldə edilmiş 69000 manat pulu götürdükdən sonra, cavabdeh həmin pulu istədiyi kimi idarə edəcəyini, kimə istəsə ona da ev alacağını bildirmişdir. O, dərhal evin alıcısı Cavabdeh2 mənzilin onun aldadılması yolu ilə satıldığını və bu səbəbdən mənzili geri qaytaracağını bildirmişdir. Bundan sonra, Cavabdeh2 əri Nizami_Həmidovdan bunun nə məsələ olduğunu soruşduqda, sonuncu bildirmişdir ki, “narahat olma, Yasəmən heç nə edə bilməyəcək.” Cavabdeh1 digər cavabdeh Nümayəndə ilə evi aldıqdan sonra onu evə buraxmamaları barədə qabaqcadan razılaşıb şərtləşdikləri kimi, evi onun razılığı və xəbəri olmadan Nümayəndə oğlu Cavabdeh1 adına almış, bundan sonra onu evə buraxmamışdırlar. Hələ bu azmış kimi, birgə nikah dövründə əldə edilmiş “QAZ-3110” markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobil də onun razılığı və xəbəri olmadan xx.xx.2023-cü il tarixdə formal alqı-satqı yolu ilə Nümayəndə adına rəsmiləşdirilmişdir. Lakin, bütün bu qeyd edilən daşınar və daşınmaz əmlaklara aid cavabdeh tərəfindən aparılmış özgəninkiləşdirilmə əməliyyatlarının aparılmasında məqsəd, evin və avtomobilin ər-arvad arasında əmlak bölgüsünün predmeti olmaması və onunla birlikdə yaşamaq istəməməsidir. Belə ki, elə həmin ərəfədə, yəni xx.xx.2023-cü il tarixdə Cavabdeh1 tərəfindən ona qarşı nikahın pozulması tələbinə dair iddia qaldırmış, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Mənzilin satışından əldə olunmuş məbləği qəbul etdikdən sonra Cavabdeh1 aldığı evi kimin adına almasından xəbəri olmamış, onu evə buraxmamış, onun şərəf və ləyaqətini alçaldan sözlər işlətmiş, nəticədə o, özünü öldürmə həddinə çatmışdır. Bununla əlaqədar o, Gəncə Şəhər Prokurorluğuna şikayət etmiş, araşdırılma aparılarkən cavabdeh birgə nikah dövründə əldə etdikləri mənzili satıb oğluna ev aldığını bildirəndə onun evi kimə almasından xəbəri olmuşdur. Onu nə Cavabdeh1 qanuni nümayəndəsi Nümayəndə, nə də Cavabdeh1 evə buraxmadıqları üçün evə köçürülmə tələbinə dair iddia qaldırmış, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiası təmin edilmişdir. Hazırda, Cavabdeh1 qanuni nümayəndəsi Nümayəndə tərəfindən həmin qətnamədən müddətin bərpasına dair ərizə ilə birlikdə apellyasiya şikayəti verilmişdir. Hər gün ona cavabdehlər bildirmişdirlər ki, apellyasiya şikayətləri təmin olunmasa da, ona 7000 manat pul kompensasiyası verib evdən çıxaracaqdırlar. Göründüyü kimi, bütün həyatı boyu işləyib əziyyətlə mənzil alıb, mənzili əsaslı təmir etdirdikdən sonra cavabdehlər pis niyyətlə razılığa gəlib, onu aldadıb, ondan razılıq alıb evi sataraq onu heçnəsiz qoymuşdurlar. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verib, əlavə olaraq göstərdi ki, 5 il yaşamışdırlar, gecə-gündüz işləmişdir. Həmin evin satılmasına oğlunun xahişi ilə razılıq vermiş, qol çəkmişdir. Birgə nikah dövründə əldə etdiklərindən onun payının verilməli olduğunu qeyd edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək, izahatında göstərdi ki, ev birgə nikah dövründə alınmışdır. Mülki Məcəllənin 225.6-cı maddəsinə əsasən vicdanlı alıcı deyildirlər. Evə köçürmə iddiası ilə məhkəməyə müraciət etmişdirlər, qarşı tərəf isə kompensasiya verməklə evdən çıxarılmasını istəyir. İddiaçının evə köçürülməsi barədə məhkəmə qətnaməsi vardır. Bunlar hamısı sübut edir ki, cavabdehlər iddiaçını istəmirlər. Səs yazıları vardır, oğlu demişdir ki, “sən bu evdə toyuq-cücə saxlayacaqsan, gəl alaq.” İddiaçı razılıq verdikdən sonra isə evdən çıxarmışdırlar. Cavabdehin fikri iddiaçıya mülk verməmək olmuşdur. Polisdə olan materiallardan da görünür ki, iddiaçı aldadılmış, onun payı nəvəsinə verilmişdir. Ev nəvəsi Cavabdeh1 adına alınmışdır. Maşın satılanda da həmçinin, Yasəmənin razılığı alınmamışdır, heç bir razılığı yoxdur. Maşın 6000 manata satılmışdır. Yarı dəyəri olan 3000 manat iddiaçının payına düşməlidir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək izahatında göstərdi ki, rəsmi qaydada alqı-satqı olmuş, qol çəkib evi almışdırlar. İddiaçı Yasəmən yoldaşı olmuşdur. Öz razılığı ilə ev satılmışdır. 45 il bir yerdə yaşamışdırlar, ona dözmüşdür. 1988-ci ildə boşanmaq istəmiş, hakim qoymamışdır ki, uşaqlar körpədir. Əlinə bıçaq alıb onun üstünə düşmüşdür ki, “səni öldürəcəm, səni tutduracam.” Ev 70 000 manata satılmışdır. Alınan evi isə üstünə pul qoyub 120-150 000 manata almışdır. İddiaçı aldadılmamışdır. Maşını isə Bakirin adından öz adına keçirmiş, oğluna bağışlama etmişdir.Pul söhbəti yoxdur, alqısatqı olmamışdır. Maşını bağışlama edəndə, Yasəmənin məlumatı olmamışdır. Ona deməli olduğunu bilməmişdir. Avtomobillə bağlı qanun nədirsə qəbul edir, heç bir etirazı yoxdur. Məhkəmə iclasında cavabdeh Nümayəndə iddianı qəbul etməyərək izahatında göstərdi ki, Cavabdeh1 onun oğludur, onun 14 yaşı vardır. Maşını atası ona bağışlamışdır. Atasına etibarnamə vermişdir, maşını hazırda atası sürür. Maşın 1998-ci ilin volqasıdır, 1500 manat dəyəri olar. İddiaçı əri ilə dalaşıb, işini əri ilə görsün. Kiməsə verəcək pulunun olmadığını qeyd edərək, iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-2083/2023 nömrəli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh1 arasında xx.xx.1978-ci il tarixdə Gəncə şəhər Qeydiyyat şöbəsində balanmış nikah pozulmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, “QAZ-3110” markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.1999-cu il tarixdə X1 adına rəsmiləşdirmiş, xx.xx.2005-ci il tarixdə alqısatqı yolu ilə Cavabdeh1 adına rəsmiləşdirilmiş, xx.xx.2023-cü il tarixdə isə alqı-satqı yolu ilə Nümayəndə adına rəsmiləşdirilmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-2253/2023 nömrəli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh1 mülkiyyətində olan Gəncə şəhəri, Qırmızı kənd ərazisi, yeni qaydalarla ünvan 2 ünvanda 0,045 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 108,7 kv.m olan fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. xx.xx.2023-cü il tarixli iddia ərizəsindən görünür ki, iddiaçı Nümayəndə iddia ərizəsilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, Qırmızı kənd ərazisi, Yeni Qaydalarla AZ 2009, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin yaşayış sahəsindən cavabdeh İddiaçı istifadə hüququna 8000 manat məbləğində kompensasiya verilməklə xitam verilməsi və cavabdeh İddiaçı əşyaları ilə birlikdə həmin evdən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisində aparılmış xx.xx.2023-cü il tarixli, 4Ə-6 reyestr nömrəli notariat işində olan xx.xx.2007-ci il tarixli, MH seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Gülüstan qəsəbəsində istifadədə olan 0,01188 ha torpaq sahəsində yerləşən 34 nömrəli, 5 mərtəbəli binanın 3-cü girişində, 2-ci mərtəbəsində yerləşən 84,9 kv.m ümumi, 59,7 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı, 24 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 11 nömrəli reyestr kitabının 143 nömrəli vərəqində qeydiyyata alınmışdır. Notariat işində olan xx.xx.2023-cü il tarixli, 4Ə-6 reyestr nömrəli alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı Cavabdeh1 **********03-05101-093002 reyestr nömrəli, ********* qeydiyyat nömrəli çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə ona məxsus olan ünvan 4 ünvanında yerləşən mənzili alıcı Cavabdeh2 69000 manata satmışdır. Notariat işində olan xx.xx.2023-cü il tarixli ərizənin surətindən görünür ki, İddiaçı qeydiyyatda olduğu, birgə nikah dövründə əldə edilmiş əri Cavabdeh1 məxsus olan ünvan 4 ünvanda yerləşən mənzilin satılmasına etiraz etməmiş, aralarında satılan əmlakın hüquqi rejimini müəyyən edən nikah müqaviləsi bağlanmamış, müqavilədə nəzərdə tutulmuş müddətdə mənzili tərk etməyi və pasport qeydiyyatından çıxmağı öhdəsinə götürmüşdür. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üçün əhəmiyyətli olan halları araşdırıb, məhkəmə iclasında tədqiq olunmuş sübutlara hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə ilk öncə iddia tələbinin ünvan 1 ünvanda yerləşən mənzilə dair cavabdehlər Cavabdeh2 ilə Cavabdeh1 arasında xx.xx.2023-cü il tarixdə 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində bağlanılmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilərək, mənzilin əvvəlki vəziyyətinə qaytarılmasına və mənzilin ½ hissəsinə onun mülkiyyət hüququnun tanınmasına dair hissəsinə qiymət verərək hesab edir ki, iddi həmin hissədə əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. MM-in 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. MM-in 324.5-cü maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. MM-in əqdlərin etibarsızlığı ilə bağlı müvafiq normalarına əsasən əqdin etibarsız hesab olunması üçün aşağıdakı ünsürlərdən heç olmasa biri qüsurlu olmalıdır: Subyekt tərkibi; Əqdin məzmunu; Əqdin forması; iradə və iradə ifadəsinin bir-birinə uyğunluğu. Göründüyü kimi əqdin etibarsız hesab edilməsi üçün yuxarıda sadalanan hallardan hər hansı biri məhkəmə araşdırması zamanı subuta yetirilməmişdir. Belə ki, iddiaçı öz sərbəst iradə ifadəsinə uyğun olaraq birgə nikah dövründə əldə etdikləri əmlak üzərində sərəncam verilməsinə razılıq vermişdir. Ona görə də məhkəmə qeyd edir ki, cavabdehin alqı satqıdan sonra iddiaçıya verdiyi vədi yerinə yetirməməsi və onu aldatması müqavilənin etibarsızlığı üçün əsas ola bilməz. İddia tələbinin “QAZ-3110” markalı, **-BO-*** qeydiyyat nömrə nişanlı avtomobilə dair Cavabdeh1 ilə Nümayəndə arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və avtomobilin ½ hissəsinə onun mülkiyyət hüququnun tanınmasına gəldikdə məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra-Ailə Məcəlləsi) 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ailə Məcəlləsinin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı əmlakdakı payları bərabər hesab edilir. Daşınmaz əşyaların alğı-satqısı haqqında müddəaların rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyaların alğı-satqısına tətbiqindən bəhs edən MM-in 650-ci maddəsinə əsasən rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Ailə Məcəlləsinin 33.3-cü maddəsinə əsasən ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər. Göründüyü kimi cavabdeh birgə nikah dövründə əldə etdikləri “QAZ-3110” markalı, **-BO-*** qeydiyyat nömrə nişanlı avtomobil üzərində sərənsam verərkən iddiaçının razılığ olmamışdır. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdeh Nümayəndə ilə Cavabdeh1 arasında bağlanılmış xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilməli, “QAZ-3110” markalı, **-BO-*** qeydiyyat nömrə nişanlı avtomobil üzərində İddiaçı ½ hissədə payı müəyyən edilməlidir. İddia qalan hissədə əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Nümayəndə ilə Cavabdeh1 arasında bağlanılmış xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilsin, “QAZ-3110” markalı, **-BO-*** qeydiyyat nömrə nişanlı avtomobil üzərində İddiaçı ½ hissədə payı müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(125)-6501/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-6501/2023
13.12.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver