Məhkəmə qərarları › İş №2(125)-6505/2023

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-6505/2023

14.11.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-6505/2023 14.11.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X2 Əli oğlunun sədrliyi, Əsgərov Sərxan Eldar oğlunun katibliyi, İddiaçılar İddiaçı2 və İddiaçı1, Cavabdeh Azəriqaz” İstehsalat Birliyin nümayəndəsi X1 iştirakları ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdehnə qarşı borcun silinməsi tələbi məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən evə dair əsqassız olaraq tətbiq edilmiş 23760 m3 qaz sərfiyyatı borcunun 3100 manat süni borcun haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin iddiaçı Cavabdeh İddiaçı1 qarşı borcun tutulması və dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsinin məhkəmə müraciət edərək, cavabdeh İddiaçı1 3134.60 manat borcun alınaraq Cavabdeh hesabəna köçürülməsini xahiş etmişdir. Məhkəmə hər iki iş materiallarını, tələblərin xarakterini, tərəflərin eyni olduğunu nəzərə alaraq hesab edir ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdehnə qarşı borcun silinməsi tələbi barədə iddiasına dair 2(125)–6505/2023 saylı mülki iş və iddiaçı Cavabdeh İddiaçı1 qarşı borcun tutulması və dəymiş ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə e- 2(125)–6110/2023 saylı mülki iş bir icraatda birləşdirilməli və hər iki işə bir icraatda baxılıb müvafiq qərar qəbul edilməlidir. Məhkəmə hazırlıq iclası zamanı cavabdeh Azəriqaz” İstehsalat Birliyin nümayəndəsi X3 hər iki mülki işin bir icraatda birləşdirilməsi və bir icraatda baxılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə hazırlıq iclası zamanı iddiaçılar İddiaçı2 və İddiaçı1 hər iki mülki işin bir icraatda birləşdirilməsini və bir icraatda baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM–in 169.3–cü maddəsinin tələblərinə görə hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Mülki işlərdən görünür ki, hər iki işdə eyni borc məbləğini mübahisələndirmişlər. Ona görə də məhkəmə hesab edir ki, hər iki işə birlikdə baxılması daha məqsədəuyğundur. Ona görə də, məhkəmə həmin mülki işlərin birləşdirilməsini qanuni, əsaslı və tərəflərin mənafelərinə uyğun sayır və belə nəticəyə gəlir ki, qeyd olunan işlər birləşdirilməli, işə e-2(125)–6110/2023 nömrə ilə vahid nömrə verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 263 və 264–cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdehnə qarşı borcun silinməsi tələbi barədə iddiasına dair 2(125)–6505/2023 saylı mülki işlə iddiaçı Cavabdeh İddiaçı1 qarşı borcun tutulması və dəymiş ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə e-2(125)–6110/2023 saylı mülki iş bir icraatda birləşdirilsin. Mülki işə e-2(125)–6110/2023 nömrəsi verilsin. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar