Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-6540/2024 07.11.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlu, İddiaçı Cavabdeh qarşı “pul və s.” tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 25 iyul 2018-ci ildən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhəri Suraxanı Rayon İcra və Probasiya şöbəsi tərəfindən tərtib olunmuş akta əsasən ona təhvil verilmiş cavabdehə məxsus əşyaların (altı ildən artıq müddətdə onun mənzilində saxlanıldığı nəzərə alınaraq) onun cavabdehliyindən çıxarılmasına, sahibsiz əmlakın daşınmasına, əşyalar ucbatından mənzildən istifadə edə bilmədiyi üçün əldən çıxmış fayda olaraq 25 iyul 2018-ci il tarixdən əşyalar daşınan günə qədər hər ay üçün 300 manat məbləğin cavabdehin ona ödəməsinə, onu sosial mediada təhqir edib böhtan atdığı üçün cavabdehin cəzalanaraq ona mənəvi zərərin əvəzi olaraq 30000 manat pul ödəməsinə, cavabdeh və oğlu H.Qənbərovun onun mənzilinə heç bir hüquqi sənəd olmadan daxil olaraq 12 gün mənzildə yaşayıb enerji, qaz və sudan istifadə edib mənzilin döşəmələrini tualet kimi istifadə edib mənzili bərbad etdikləri üçün vurduqları zərərin qarşılığı olaraq ona 10000 manat ödəmələrinə, cavabdeh və oğlu H.Qənbərovun maddi ziyan tələbi ilə məhkəməyə müraciət edərək 60000 manatın ekspertiza və araşdırma nəticəsində sübut olunmadığı üçün böhtan olaraq qəbul edilib cavabdeh və oğlu H.Qənbərovun şər atdıqları üçün mənəvi zərər olaraq həmin 60000 manat məbləği ona ödəmələrinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdırıb məhkəmə hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə Şəhər Məhkəməsində baxılmalı olmadığından iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən, eləcə də “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, cavabdeh Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Аzərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən fiziki şəxsin yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. İddia ərizəsinin mümkünlüyündən bəhs edən MPM-in 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə qeyd edir ki, cavabdehin qeydiyyat ünvanı Bakı şəhəri, Nərimanov rayonunun inzibati ərazisi olduğundan hazırki iddia ərizəsinə ərazi aidiyyəti qaydalarına əsasən Gəncə Şəhər Məhkəməsində baxılmalı deyil. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdırıb məhkəmə hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə Şəhər Məhkəməsində baxılmalı olmadığından iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 152.1.3, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: İddiaçı Cavabdeh qarşı “pul və s.” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №2(125)-6540/2024
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-6540/2024
07.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi - Şərəf və ləyaqətin müdafiəsi üzrə - Şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi üzrə sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver