Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-6541/2024 26.12.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 Tahir oğlunun sədrliyi, Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə və Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinə qarşı vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi, əldən çıxmış faydanın müəyyən edilərək ödənilməsi və pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsinin Tovuz Regional QİTBŞ-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə birgə nikah dövründə əldə etdikləri **-BX-*** dövlət nömrə nişanlı, “İzusu Urban” markalı avtobusdan, **-EF-*** dövlət nömrə nişanlı, “İzusu Ecobus” markalı avtobusdan, **-BJ-*** dövlət nömrə nişanlı, “İzusu Urban” markalı avtobusdan və **-BX-*** dövlət nömrə nişanlı, “İzusu Urban” markalı avtobusları cavabdehlər Cavabdeh1 və Cavabdeh2 44 aydan çoxdur ki, özlərində saxladıqlarına və əsassız qazanc, fayda, mənfəət əldə etdiklərinə görə 44 aylıq əldən çıxmış faydanın mühasibatlıq ekspertizası aparılaraq dəyərinin müəyyən edilməsi və həmin pulun cavabdehlərdən alınaraq ona ödənilməsi barədə, hər üç cavabdehdən süründürməçilik və məhkəmə xərclərinə görə vurduqları 2000 manat maddi ziyanın, 2000 manat mənəvi ziyanın müştərək qaydada tutularaq ona ödənilməsi barədə, həmçinin məhkəməyə ödənilmiş dövlət rüsumunun və mediasiya xərcinin cavabdehlərdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan başqa İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək cavabdehlərdən Cavabdeh1 ilə birgə nikah dövründə əldə etdikləri **-BX-*** dövlət nömrə nişanlı, “İzusu Urban” markalı, **-EF-*** dövlət nömrə nişanlı, “İzusu Ecobus” markalı, **-BJ-*** dövlət nömrə nişanlı, “İzusu Urban” markalı və **-BX-*** dövlət nömrə nişanlı, “İzusu Urban” markalı avtobuslardan hər iki cavabdeh olan Cavabdeh1 və Cavabdeh2 həmin avtobusları 44 aydan çoxdur ki, özlərində saxladıqlarına və əsassız qazanc, fayda, mənfəət əldə etdiklərinə görə 44 aylıq əldən çıxmış fayda olan hər ay hər gün üçün 440 manat faydanın, gəlirin və mənfəətin ½ hissəsi olan 220 manat pulun, yəni 1 ay üçün 6600 manat pulun və cəmi 44 ay üçün 290400 manat pulun cavabdehlərdən alınaraq ona ödənilməsi barədə, hər üç cavabdehdən süründürməçilik və məhkəmə xərclərinə görə vurduqları 2000 manat maddi ziyanın, 2000 manat mənəvi ziyanın, həmçinin məhkəmə üçün ödənilmiş məhkəmə xərcinin və mediasiya xərcinin cavabdehlərdən müştərək qaydada alınaraq ona ödənilməsi barədə, həmçinin Cavabdeh1 onun sərəncamında və sahibliyində qalmış 25 adda cehiz əşyalarının naturada özünün və birgə nikahda əldə etdikləri 5 adda əşyanın özünün və ya dəyəri olan 2520 manat pulun ½ hissəsi olan 1260 manat pulun da alınaraq ona qaytarılması, ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 167-ci maddəsinə əsasən işin məhkəmə baxışına təyin edilməsi məsələsi müzakirə edilərkən Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil məhkəməyə yazılı etiraz təqdim etdiyini göstərərək eyni tərəflər arasında, eyni predmet barədə və eyni əsasla məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcud olduğundan iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-2117/2023 nömrəli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh1, Cavabdeh2 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsinin Tovuz Regional QİTBŞ-nə qarşı müqavilələrin etibarsız hesab edilməsi, avtomobillərin texniki şəhadətnamələrinin ləğv edilməsi və əvvəlki hüquqi vəziyyətə qaytarılması, əmlaka payın müəyyən edilməsi və əldən çıxmış fayda qismində 18000 manat pul tələbinə dair İddiaçı iddiası qismən təmin edilərək, Cavabdeh1 və Cavabdeh2 arasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsinin Tovuz Regional QİTBŞ-də bağlanmış xx.xx.2021-ci il tarixli, **- BX-*** dövlət nömrə nişanlı “İzusu Urban” markalı avtobusa, xx.xx.2021-ci il tarixli **-EF- *** dövlət nömrə nişanlı “İzusu Ecobus” markalı avtobusa, xx.xx.2021-ci il tarixli **-BJ-*** dövlət nömrə nişanlı “İzusu Urban” markalı avtobusa və xx.xx.2021-ci il tarixli **-BX-*** dövlət nömrə nişanlı “İzusu Urban” markalı avtobusa dair bağlanmış alqı-satqı müqavilələri etibarsız hesab edilmiş və həmin avtomobillər əvvəlki hüquqi vəziyyətinə qaytarılaraq, İddiaçı və Cavabdeh1 hər birinin **-BX-*** dövlət nömrə nişanlı “İzusu Urban” markalı, **- EF-*** dövlət nömrə nişanlı “İzusu Ecobus” markalı, **-BJ-*** dövlət nömrə nişanlı “İzusu Urban” markalı və **-BX-*** dövlət nömrə nişanlı “İzusu Urban” markalı avtomobillərin ½ hissəsinə payı müəyyən edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Göründüyü kimi, eyni tərəflər arasında eyni predmet barəsində və eyni əsasla qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur. Məhkəmə xərclərinə görə 2000 manat maddi zərərin və 2000 manat mənəvi zərərin ödənilməsinə dair məhkəmə qeyd edir ki, məhkəmə xərcləri əvvəlki işə baxılaraq qətnamə qəbul olunarkən həll edilməli olduğundan və mənəvi zərər hazırki iddia üzrə birinci tələblə bağlı olduğundan həmin hissədə də məhkəmədə baxılmalı deyildir. Cehiz əşyalarının və ya onun dəyərinin ödənilməsi tələbinə dair məhkəmə qeyd edir ki, həmin tələb biri-biri ilə əlaqədar olmayan tələb olduğundan hazırki işlə birlikdə baxıla bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1- 261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinə qarşı vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi, əldən çıxmış faydanın müəyyən edilərək ödənilməsi və pul tələbinə dair mülki iş üzrə icraata xitam verilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 170.1, 261-264, 266, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinə qarşı vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi, əldən çıxmış faydanın müəyyən edilərək ödənilməsi və pul tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardadın surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(125)-6541/2024
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-6541/2024
26.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver