Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-6560/2024 05.12.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X3 Şakir oğlunun sədrliyi, X1 iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxslər Maraqlı şəxs2 və Maraqlı şəxs1) «barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: Ərizəçi (maraqlı şəxslər Maraqlı şəxs2 və Maraqlı şəxs1) «barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs2 ilə 05 aprel 2024-cü il tarixli, 3M-514 nömrəli barışıq sazişinin təsdiq edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi məhkəməyə ərizə təqdim edərək, ərizəsini geri götürdüyünü bildirərək, ərizənin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxslər məhkəmə iclasına gəlmədiklərindən onların razılığını almaq mümkün olmadığı kimi, ərizəçinin iradəsi ərizəsinin qaytarılması istiqamətində olduğundan, məhkəmə hesab edir ki, buna zərurət də mövcud deyildir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. 260-cı maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Beləliklə məhkəmə hesab edir ki, Ərizəçi (maraqlı şəxslər Maraqlı şəxs2 və Maraqlı şəxs1) «barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair ərizəsi baxılmamış saxlanılmalı, ərizə və ona əlavə edilmiş sənədlər Ərizəçi geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: Ərizəçi (maraqlı şəxslər Maraqlı şəxs2 və Maraqlı şəxs1) «barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Ərizə və ona əlavə edilmiş sənədlər Ərizəçi geri qaytarılsın. Qərardaddan həmin qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən işə baxan Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-6560/2024
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-6560/2024
05.12.2024 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver