Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-6564/2023 22.11.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X8 Tahir oğlunun sədrliyi, Abuzərova Nərmin Allahverdi qızının katibliyi, iddiaçı X6 hüquqi varisi X1 etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə və Cavabdeh iştirakı ilə, İddiaçı X6 hüquqi varisi X1 Cavabdeh qarşı mirasın faktiki qəbulu, vərəsəlik hüququnun tanınması və miras əmlaka müvafiq payının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı X6 hüquqi varisi X2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixdə vəfat etmiş anası X3 xx.xx.2000-ci ildə vəfat etmiş babası X4 miras qalmış Gəncə şəhəri, Eminbəyli küçəsi, 47 saylı evə mirasın faktiki qəbulu, vərəsəlik hüququnun tanınması və miras əmlaka müvafiq payının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan başqa iddiaçı X6 hüquqi varisi X1 etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsinin geri qaytarılmasına etirazı olmadığını bildirdi. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı X6 hüquqi varisi X1 Cavabdeh qarşı mirasın faktiki qəbulu, vərəsəlik hüququnun tanınması və miras əmlaka müvafiq payının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1, 264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı X6 hüquqi varisi X1 Cavabdeh qarşı mirasın faktiki qəbulu, vərəsəlik hüququnun tanınması və miras əmlaka müvafiq payının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(125)-6564/2023
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-6564/2023
22.11.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver