Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-6565/2023 19.12.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh1 və Gəncə şəhəri 3 saylı Notariat Ofisinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi) “müqavilənin və onun əsasında aparılmış qeydin etibarsız hesab edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, Gəncə şəhəri 3 saylı Notariat Ofisinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanda yerləşən evə dair onunla Cavabdeh1 arasında bağlanmış kimi göstərilən *8.*8.2*22-ci il tarixli 4Ə-146 nömrəli alqı-satqı müqaviləsini və alqı-satqıdan sonra Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsində aparılmış 29.*8.2*22-ci il tarixli 1522*22734 nömrəli dövlət qeydini etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən ev onundur. Cavabdeh1 onun qardaşı Qabilin oğul nəvəsidir, sübaydır, atası Vüqarın ailə üzvü olaraq onun evində yaşayır. Onlara həyətində ayrıca çıxışı olan yaşayış evi vermişdir. O, 8* yaşlı qoca,hərf bilmir, ancaq imza etməyi öyrənmişdir. Ülvün keçən ilin yayında qeydiyyatda olmamasını bildirib, onu evə qeydiyyatına salmağı xahiş etmişdi. Onun xahişində fırıldaq görməmişdir. Vətəndaşı ev qeydiyyatına necə və harda götürülməsini də bilmir. Ülvün onu avtomaşına mindirib, “Metallurq" stadionun yanında bir yerə aparıb, bir sənədə imza etdirdi. Həmin sənəd evinin *8.*8.2*22-ci il tarixli 4Ə-146 nömrəli alqı-satqı müqaviləsi imiş, sonralar öyrənmişdir ki, orada guya evini ona 2*.*** manata satmağı yazılmışdır. Halbuki o, nəinki evi, heç nə satmamış, ondan 1 manat da olsa, pul almamışdır. Orada necə yaşamışdırsa, yenə də o qaydada və o hüquqla yaşayır. Evin bütün şəraiti, hətta qarajı və tövləsi var, onun dəyəri 2*.*** manat deyil, 1**.*** manatdan, yəni 5 dəfədən artıqdır. Cavabdeh1 nadinc cavandır, adam bıçaqlamağa görə dəfələrlə polisə düşmüşdür. Son dəfə o, ölüm işinə görə tutulmuşdu, bir neçə ay həbsxanada qalandan sonra evə buraxıldı. Evinin qeydiyyatından çıxarılmasını bildirib, yenidən qeydiyyata düşmək niyyətəini deyəndə, etiraz etməmişdir. Bu yaxınlarda Ülvün onu saymayıb, ailə üzvlərini incidəndə, özü də “ev mənimdir” - deyəndə, onun saxlanca verdiyi sənədləri oxutdurub, aldadılmağını, evinin onun adına keçirilməsini, yəni ona tələ qurulmasını anlamışdır. X1 yaşamaq istəmədiyindən çoxdandır ki, şəhərdə kirayə ev tutub, yaşayır, amma qeydiyyatı onun evindədir. Onun arvad-uşağı isə onun yanında qalır, amma qeydiyyatları yoxdur. Sahiblə söhbət edib, bildim ki, Ülvün ona hədə-qorxu gəlib, hansısa sənədə imza etdirmişdir. Yəqin ki, həmin sənəd evinin satılmasına razılıq ərizəsidir. Məhkəmə iclasında iştirak edən iddiaçı ərizəsinin məzmununa uyğun izahat verərək, həmçinin bildirdi ki, alqı-satqının həyata keçirildiyi notariat ofisindən əvvəl Cavabdeh1 onu apardığı digər ofislərdə notariuslar alqı-satqını rəsmiləşdirməkdən imtina etmiş və qeyd edilən evin iddiaçının atasından miras qaldığı üçün belə alqı-satqının həyata keçirilməsinin düzgün olmayacağını bildirmişdilər. İddiaçı həmçinin bildirdi ki, Cavabdeh1 tərəfindən aldılaraq müqavilə ona imzalatdırılmışdır və o, imzaladığı müqavilənin məzmununun nədən ibarət olduğunu bilməmişdir. İddiaçı tələbinin iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh tərəf və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, cavabdeh Gəncə şəhəri 6 saylı Notariat kontorunun nümayəndəsi məhkəməyə 29.11.2*23-cü il tarixdə ərizə ünvanlayaraq mülki işə nümayəndənin iştirakı olmadan baxılmasını xahiş etmiş, digər cavabdeh və və üçüncü şəxsin nümayəndəsi iclasa gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçını dinləyərək, mülki iş materiallarını tədqiq edib, sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində 29.*8.2*22-ci il tarixli, 1522*22734 çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanı (yeni qaydalarla: Gəncə şəhəri, R.Gəncəvi küçəsi, 65) xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 adına qeydiyyata alınmışdır. İş materiallarında olan *8.*8.2*22-ci il tarixli, AN-İ 1**7843 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı Gəncə şəhəri, R.Gəncəvi küçəsi, 65 ünvanında yerləşən fərdi yaşayış evini Cavabdeh1 22*** manata satmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən, Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Maddə 347.1. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. Maddə 347.2. Vacib əhəmiyyətli yanılma aşağıdakı hallardır: 347.2.1. şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəmişdir; 347.2.2. şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdir; 347.2.3. tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud deyildir. Maddə 347.3. Əqdin motivləri barəsində yanılma, onun razılaşma predmeti olduğu hallar istisna edilməklə, vacib əhəmiyyətə malik deyildir. Maddə 347.4. Kontragentin şəxsiyyəti barəsində yanılma yalnız o zaman vacib sayılır ki, əqdin bağlanması üçün kontragentin şəxsiyyəti və ya şəxsi keyfiyyətlərinin nəzərə alınması başlıca əsas olmuşdur. Maddə 347.5. Predmetin əsas xüsusiyyətləri barəsində yanılma yalnız o zaman vacib sayılır ki, predmetin dəyərinin müəyyənləşdirilməsi üçün əhəmiyyət kəsb edir. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Ə.İbrahimovun şikayəti üzrə” 12.*4. 2**4-cü il tarixli qərarında əks olunmuş hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” *2.*4.2*21-ci il tarixli qərarında əks olunmuş hüquqi mövqeyə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsinə uyğun olaraq, mübahisə edilən əqdlərin etibarsızlığı əqdin mübahisələndirilməsi ilə bağlı iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə şərtləndirilir. Əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa tərəflər məhkəməyə müraciət edə bilərlər. Həmin Qərarda həmçinin göstərilmişdir ki, tərəfin iradə ifadəsinin zədələnmiş olduğu hallarda (hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s. nəticəsində) əqdlər mübahisələndirilməklə etibarsız hala gəlir. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Tərəflər arasında əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa, məhkəmə qərarı əsasında əqdin etibarsızlığı halının mövcud olub-olmadığı müəyyən edilə bilər. Hazırkı iş üzrə iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış alqı-satqı müqaviləsinin, dolayısıyla onun əsasında aparılmış qeydin etibarsız hesab olunmasını xahiş etmişdir. İddiaçı tələbini əsaslandırmaq üçün imzaladığı müqavilənin məzmunu barədə məlumatı olmadığı ilə əsaslandırmışdır. Lakin məhkəmə iclasında verdiyi izahatdan aydın olur ki, qeyd edilən evin özgəninkiləşdirməsini rəsmiləşdirən notariat ofisinə alqı-satqısı məqsədilə getdiklərini bilmişdir. İddiaçı tələbini həmçinin Cavabdeh1 tərəfindən aldadılaraq müqavilənin imzalaması ilə əsaslandırmışdır. Lakin daşınmaz əmlakın alqı-satqısına dair müqavilə aldatma olmadan bağlanıla bilməyən əqd deyildir. Bundan başqa, Cavabdeh1 aşkar edilsəydi, iddiaçının əqdi bağlamayacağı hallar barəsində susması işin tədqiq edilmiş hallarından müəyyən olunmur. Belə olan halda, iddiaçının aldadılmış tərəf kimi əqdi mübahisələndirməsi üçün əsaslar müəyyən olunmur. Bundan başqa, iddiaçı imzladığı müqavilənin məzmunu barədə məlumatsız olduğunu bildirmişdir. Lakin bu hal vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd kimi belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs kimi iddiaçının alq-satqı müqaviləsinin mübahisələndirməsinin əsaslılığı üçün kifayət deyil. Belə ki, iddiaçının razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəməsi və ya bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etməsi və ya tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri halların mövcud olmaması kimi əsaslar və ya vacib əhəmiyyətə malik digər hallar barədə yanılma sübuta yetirilmir. Məhkəmə həmçinin nəzərə alır ki, əqdin mübahisələndirilməsi ilə bağlı iradə ifadəsinin iddiaçı tərəfdən Cavabdeh1 bildirilməsi, əqdin etibarsızlığı ilə bağlı mübahisə yarandığı üçün iddiaçının məhkəməyə müraciət etməsi işin hallarından müəyyən olunmur. Məhkəmə nəzərə alır ki, iddiaçı mübahisəli əmlakın özgəninkiləşdirilməsinə dair müqavilədə əks olunmuş iradə ifadəsinin zədələnmiş olduğuna əsaslanaraq, həmin əqdi mübahisələndirsə də, etibarsızlıq üçün əsasın mövcud olması müəyyən edilmir, habelə iddiaçının məhkəmə iclasında verdiyi izahatla və tələbin faktiki əsasları bir-biri ilə ziddiyyət təşkil edir. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, mübahisələndirilən müqavilənin Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtlərin pozulmasıyla bağlanması müəyyən olunmadığından etibarsız hesab edilə bilməz, əsas iddia sübuta yetirilmədiyindən, ondan irəli gələn qeydin etibarsız hesab edilməsinə dair tələb təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-22*, 357-36*-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T Dİ : İddiaçı Cavabdeh1 və Gəncə şəhəri 3 saylı Notariat Ofisinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi) “müqavilənin və onun əsasında aparılmış qeydin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №2(125)-6565/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-6565/2023
19.12.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver