Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-6566/2025 30.01.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X4 Tahir oğlunun sədrliyi, Xurşudov Nadir Şahin oğlunun katibliyi və İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı qanunsuz hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Gəncə X3 İdarəsinin TQQ və SX-i tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib edilmiş ******* nömrəli akt əsassız və qanunsuz olduğundan ləğv edilməklə, həmin akt əsasında hesablanmış 1,5x12x360=6480 m³, 1670,07 manat borc pulun Cavabdeh tərəfindən silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda 5 ailə üzvü ilə birlikdə yaşayır. Evin küçə tərəfində həyətə giriş darvazasının sol tərəfində Cavabdeh Gəncə X3 İdarəsinin xidmət sahəsinin işçiləri tərəfindən onun adına (abonent kodu- **********01380) 2021-ci ilin fevral ayında "Zenner” tipli, G4T markalı, **********3 nömrəli qaz sayğacı quraşdırılmışdır. O, bir abonent kimi 2021-ci ilin fevral ayından başlayaraq xx.xx.2025-ci il tarixədək istifadə edilən qaza görə pul ödəmişdir. Onun (abonent kodu- **********01380) 2025-ci ilin yanvar ayından "Zenner" tipli, G4 markalı, **********3 nömrəli qaz sayğacı üzrə xx.xx.2025-ci il tarixədək qaz sərfiyyatına görə ödədiyi pul "Azəriqaz” X1 X2 İdarəsindən ona verilmiş abonentin saldo cədvəlindən aydın görünür. Abonentin saldo cədvəlindən göründüyü kimi 2025-ci ilin əvvəlindən 2025-ci ilin sonuna kimi mexaniki sayğacda işlədilən qaz sərfiyyatı hər aylar üzrə göstərilmiş və stabil olmuşdur. (Yay ayları nəzərə alınmaqla). Lakin "Azəriqaz” X1 X3 İdarəsinin xidmət sahəsinin Gəncə XS-nin işçiləri tərəfindən onun iştirakı ilə 2025-ci ilin sentyabr ayından ödəniş edə bilmədikləri üçün "Zenner" tipli, G4 markalı, **********3 nömrəli sayğaca plomb qoyulmuşdur. Evi sel basdığı üçün həmin ünvanda yaşamamış, yeniden ev tikməyə başlamışdırlar, lakin evin tikintisi yarımçıq qalmışdır. Hal-hazırda da həmin evdə yaşayış yoxdur. Ara-sıra gedib evin yaşayış üçün normal hala salınmasına görə işlər aparırlar. Lakin "Azəriqaz” X1 X3 İdarəsi tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması və əlavə xətt aşkar olunması ilə bağlı onun adına 1,5x12x360=6480 m³ əlavə qaz sərfiyyatı qeyd edilmişdir. O, etiraz etmiş, aktın yanlış olaraq tərtib edildiyini və şlankın onların evinə heç bir aidiyyatının olmadığını bildirmişdir. Həmin aktın tərtib olunmasında iştirak etməmişdir. Ümumiyyətlə həmin vaxt evə girmiş olan əməkdaşların evdə şlankın olması ilə bağlı, evə və yaxud məhləyə əlavə qaz xətti çəkilməsiylə bağlı heç bir sübut olmadan cərimə etdiklərini bildirsə də, ona məhəl qoymamışdırlar. Sayğac çıxarılan zaman qaz istismar sahəsinin əməkdaşları tərəfindən ona müdaxilə olunması aşkar edilməmiş, sayğaca müdaxilə olunmadığı halda, nə evin həyətində, nə də evdə aşkarlanmayan, ümumiyyətlə onlara aidiyyəti olmayan şlankla bağlı sonradan "Azəriqaz" İB-nin ******* nömrəli aktı ilə müəyyən edilmiş və həmin akt əsasında “Zenner" tipli, G4 markalı, **********3 nömrəli sayğaca 1,5x12x 360=6480 m3, 1670,07 manat hesablanmışdır. Buna görə də ünvan 1 nömrəli evdə olan, küçə tərəfində həyətə giriş darvazasının sol tərəfində quraşdırılmış "Zenner" tipli, G4T markalı, **********3 nömrəli sayğaca əsasız olaraq 1,5x12x 360=6480 m³ qaz sərfiyyatı hesablanaraq borc kimi yazılmış olan 1670,07 manat pulun Cavabdeh tərəfindən silinməsi barədə qətnamə qəbul olunmalıdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verib əlavə olaraq göstərdi ki, işlətdikləri qazın dəyərini hər ay ödəmişdirlər. Hazırda da nə işlədirlərsə, onu ödəyirlər, qazın verilməsi dayandırılmamışdır. Cərimədən heç bir ödəniş etməmişdir, ödəməyə imkanı da yoxdur. Küçədən keçən qaz borusu qırıldığına görə qaz idarəsinin əməkdaşları həmin borunu svarka etmiş, onların evi isə yaxında olduğu üçün cəriməni onların evinə məxsus sayğacın üzərinə yazmışdırlar. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehnə məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, aktda qeyd olunmuşdur ki, ünvanda sayğacdan kənar əlavə xətt aşkar olunmuşdur. Aktda istehlakçının nümayəndəsi İddiaçı iştirakı göstərilmiş və qeyd hissəsində abonentə izah oldunduğu, lakin akta imza etməkdən imtina etdiyi göstərilmişdir. xx.xx.2025-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, 6480 m3 itirilmiş qaz sərfiyatına görə dəymiş ziyanın məbləği tələb olunmuşdur. **********01380 nömrəli abonentin saldosundan görünür ki, abonentin qaz sərfiyyatı akt tərtib olunmamışdan əvvəl yəni 2025-ci ilin yanvar ayında 99 m3, fevral ayında 99 m3, mart ayında isə 31 m3 olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İşin hallarından görünür ki, tərəflər arasında olan hüquq münasibəti qazın alqı-satqısı barədə müqavilə öhdəliyindən əmələ gələn münasibət olsa da, mübahisə iddiaçının sayğacdan kənar əlavə xəttdən istifadə etməklə itirilmiş qaz sərfiyatına görə dəymiş zərərlə bağlıdır. Ona görə də tərəflər arasındakı mübahisəyə müqavilə öhdəliklərini deyil, deliktlərdən yaranan öhdəlikləri tənzimləyən hüquq normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 1096.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1096.2-ci maddəsində göstərilir ki, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Deliktlərlə əlaqədar yuxarıda şərh olunmuş hüquq normalarının məzmunundan görünür ki, mülki hüquq pozuntusu ilə (deliktlə) əlaqədar mülki məsuliyyət o halda yaranır ki, təqsirli şəxsin qanuna zidd əməli nəticəsində hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmuş olsun və təqsirli şəxsin qanuna zidd əməli ilə vurulmuş ziyan və ya zərər arasında səbəbli əlaqə olmuş olsun. Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, ******* nömrəli aktda qeyd olunmuşdur ki, ünvanda sayğacdan kənar əlavə xətt aşkar olunmuşdur. «Qaz təchizatı haqqında» Qanunun 20-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı, Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndinə görə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Həmin Qaydaların 6.5-4-cü bəndinə görə qaz paylayıcısının işçisi bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 6.5-2-ci və 6.5-3-cü bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt qaz paylayıcısının işçisi və istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) tərəfindən imzalanmalıdır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) izahat və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Cavabdeh Azəriqaz» İstehsalat Birliyinin əməkdaşları xx.xx.2025-ci il tarixdə akt tərtib edərək sayğacdan kənar əlavə xətt aşkar olunmasını qeyd etsələr də, keçən müddət ərzində hər hansı tədbir (inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması, iddiaçının şəbəkədən ayrılması, qoşulan xəttin kəsilməsi) görülməmiş, yalnız akt tərtib olunaraq zərər hesablanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 77.1ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, iddiaçının sayğacdan kənar təbii qazdan istifadə etməsi, məhkəmə araşdırması zamanı sübut olunmadığından iddia təmin olunmalı, xx.xx.2025-ci il tarixli, ******* saylı akt üzrə 6480 m3 itirilmiş qaz sərfiyyatına görə İddiaçı hesablanmış 1670,07 manat pul silinməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən ödənilməmiş 36,7 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutub məhkəmə, qət etdi : İddia təmin edilsin. xx.xx.2025-ci il tarixli, ******* saylı akt üzrə 6480 m3 itirilmiş qaz sərfiyyatına görə İddiaçı hesablanmış 1670,07 manat pul silinsin. Cavabdehndən dövlət rüsumu hesabına 36,7 manat alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(125)-6566/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-6566/2025
30.01.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver