Məhkəmə qərarları › İş №2(125)-6573/2023

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-6573/2023

02.10.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-6573/2023 02.10.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 Əli oğlunun sədrliyi, Əsgərov Sərxan Eldar oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qeyriyaşayış sahəsinə dair əqdin etibarsız hesab edilməsi və mülkiyyətə qaytarılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qeyriyaşayış sahəsinə dair əqdin etibarsız hesab edilməsi və mülkiyyətə qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Birgə nikah dövründə əldə olunmaqla mülkiyyətimizdə olan Gəncə şəhəri Kəpəz rayonu 28 May küçəsi ilə Ş.İ.Xətai küçəsinin kəsişməsində yerləşən 131,0 kv.m olan qeyri-yaşayış tikilisi-mağazaya dair Gəncə şəhər 4 saylı dövlət notariat kontorunda 4Ə2-194 reyestr nömrəsi ilə rəsmiləşdirilmiş xx.xx.2010-cu il tarixli “Daşınmaz əmlakın alqı-satqısına” dair müqavilənin etibarsız hesab edilməsi və Cavabdeh2 adına verilmiş Çıxarışın da ləğv edilərək qeyri-yaşayış tikilisi-mağazanın İddiaçı1 mülkiyyətinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, işin icraata qəbulu zamanı elektron sistem vasitəsilə müəyyən edilmişdir ki, İddiaçı1 VÖEN-i olmaqla fəaliyyəti müvəqqəti dayandırmış, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 isə VÖEN-i olmaqla sahibkarlıq fəaliyyəti ilə məşğuldurlar. Həmçinin iddia tələbi qeyri-yaşayış binasına dair bağlanmış əqdin etibarsızlığı ilə bağlıdır. Azərbaycan Respublikası MPM-nin 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin məcəllənin 30-cu maddəsinə əsasən, bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır. Həmin məcəllənin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İş materiallarından görünür ki, tərəflər arasında yaranmış qeyri-yaşayış sahəsi ilə bağlı olmaqla tərəflərdən ikisi hazırda sahibkarlıq fəaliyyət ilə məşğul oldur, biri isə sahibkarlıq fəaliyyətini müvəqqəti dayandırmışdır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli Qərarının tətbiqi ilə bağlı məhkəmələrin fəaliyyətinin monitorinqinin nəticələrinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 19 dekabr 2022-ci il tarixli qərarın 28-ci bəndində qeyd edilir ki, Məhkəmələrə izah edilsin ki, fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxsin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada öz fəaliyyətini müvəqqəti dayandırması, yəni həmin şəxsin VÖEN-nin (vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin) aktiv olmaması onu fərdi sahibkar statusu olmayan şəxs kimi qiymətləndirməyə əsas vermir. Fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxs yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34.7.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə belə uçotdan çıxarıldığı halda fərdi sahibkar statusunu itirmiş hesab edilir. Həmçinin nəzərə alınmalıdır ki, fiziki şəxsin fərdi sahibkar kimi vergi orqanında uçota alınarkən göstərilən konkret fəaliyyət istiqamət (lər)i ilə deyil, qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətinin başqa növü ilə məşğul olması işin kommersiya məhkəməsinə aidiyyətini dəyişdirmir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iddia tələbinə baxılması kommersiya məhkəməsinə aid olduğundan iddia ərizəsi geri qaytarılmalı və məhkəmə aidiyyatı üzrə Kommersiya Məhkəməsinə müraciət etmək hüququnun olduğu izah edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, qəraraaldı: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qeyri-yaşayış sahəsinə dair əqdin etibarsız hesab edilməsi və mülkiyyətə qaytarılması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, hazırkı iddia ərizəsi ilə məhkəmə aidiyyatı üzrə tərəflərin yaşayış yeri üzrə Kommersiya Məhkəməsinə müraciət edə bilər. Qərardaddan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar