Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-6609/2023 11.12.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı «Azəriqaz» İstehsalat Birliyinə qarşı «təbii qazdan qanunsuz istifadəyə görə hesablanmış borcun silinməsi» tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «Azəriqaz» X5 regional Qaz İstismar İdarəsinə qarşı cavabdeh tərəfindən hesablanmış 3.110 manat 40 qəpik məbləğində borcun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki işin məhkəmədə baxılmağa hazırlanması zamanı iddiaçının nümayəndəsi X4 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, cavabdeh X9 İstismar İdarəsinin «Azəriqaz» İstehsalat Birliyi ilə əvəz edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək bildirdi ki, İddiaçı Gəncə şəhəri, Atatürk prospektində yerləşən 254 nömrəli 36 nömrəli mənzilini xx.xx.2022-ci il tarixdə alqı-satqı yolu ilə almış, mənzili alan zaman mənzilə dair heç bir kommunal borcunun olmamasına dair ona arayışlar təqdim olunmuşdur. Hazırda həmin mənzil xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. İddiaçı mənzildə yaşamaq üçün ora köçərkən təbii qaz təchizatı zəif olduğuna görə «Azəriqaz» X5 regional Qaz İstismar İdarəsinə müraciət etmişdir. «Azəriqaz» X5 regional Qaz İstismar İdarəsinnin əməkdaşları 2022-ci ilin noyabr ayında qeyd olunan mənzilə gəlmiş və qaz sayğacına baxış keçirərkən sayğacın klapanın işlək olmadığını, yivli birləşmələrin korroziyaya uğradığını aşkar etmişlər. Buna uyğun olaraq xx.xx.2022-ci il tarixdə qaz sayğacı dəyişdirilmişdir. Lakin bir müddətdən sonra «Azəriqaz» X5 regional Qaz İstismar İdarəsinin əməkdaşları tərəfindən 3.110 manat 40 qəpik borc hesablanması İddiaçı məlum olmuşdur. Lakin həmin borc əsassız olaraq hesablanmışdır. Belə ki, Gəncə şəhəri, Atatürk prospektində yerləşən 254 nömrəli evin 36 nömrəli mənzilində 2008-ci ildən yaşayış olmamış və həmin mənzilə gedən qaz borusunun üzərindəki sayğac çoxmənzilli binanın həyətində yerləşdirilmişdir. Buna görə də təchizatçı kimi «Azəriqaz» İB-nin qaz sayğacına mütəmadi nəzarət imkanları olmuşdur. Sonda Nümayəndə iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Cavabdeh «Azəriqaz» İB-nin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə məhkəməyə məlumat vermədən məhkəmə iclaslarına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, klapanın işlək olmaması ilə əlaqədar «İtron» tipli «G-4» markalı 1002AQ**********9 nömrəli sayğac çıxarılmış və «Zenna» tipli «G-4» markalı **********0 nömrəli sayğacla əvəz edilmişdir. İşdə olan «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti «Azəriqaz» İstehsalat Birliyinin MSK-14-2-2/3-5-2412-1 nömrəli rəyinə əsasən sayğaca baxış keçirilərkən sayğacın klapanın işlək olmaması, yivli birləşmələrin korroziyaya uğraması aşkar edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz sayğacının normal qaz sərfi 6 m3, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış, 6x24x180=25920 m3 qaz itkisinin olduğu müəyyən edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli MSK-14-2-2/3-5-2412-1 nömrəli «Qaz sayğacının dövlət yoxlamasından keçirilməsi barədə» aktdan çıxarışdan görünür ki, 1002AQ**********9 nömrəli sayğaca baxış keçirilmiş, sayğac FO-44 rejimindən çıxarılmış, sayğacın klapanının işlək olmadığı, yivli birləşmələrinin korroziyaya uğradığı müəyyən edilmiş, sayğacın yaddaş arxivi oxunmuş, xx.xx.2011-ci il tarixdə Alarm-1 rejimi aşkar olunmuşdur. Xətalar normadan artıqdır və sayğac istismara yararsızdır. İş materiallarında olan **********00360 abonent kodlu anonentin saldosundan görünür ki, Gəncə şəhəri, Atatürk prospektində yerləşən 254 nömrəli evin 36 nömrəli mənzilində qazdan istifadəyə görə borc 2023-cü il üzrə 3.110 manat 40 qəpik təşkil edir. İşdə olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, **********07-05101-093001 reyestr nömrəli elektron çıxarışdan görünür ki, Gəncə şəhəri, Atatürk prospektində yerləşən 254 nömrəli evin 36 nömrəli mənzili xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 4Ə-1710 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Gəncə şəhəri, Atatürk prospektində yerləşən 254 nömrəli evin 36 nömrəli mənzilini İddiaçı X1 almışdır. Məhkəmə iddiaçının subyektiv hüquqa malik olub-olmamasına dair xüsusatı məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müqayisəli araşdıraraq hesab edir ki, İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malikdir. Belə ki, İddiaçı Gəncə şəhəri, Atatürk prospektində yerləşən 254 nömrəli evin 36 nömrəli mənzilin mülkiyyətçisidir və həmin mənzillə əlaqədar istənilən hərəkət və ya hərəkətsizlik, eləcə də kommunal xidmətlərin dayandırılması onun mənafelərinə toxunan haldır. Qaz təchizatı haqqında qanunvericiliyin tələbinə görə isə həmin mənzil üzrə hesablanmış borcun ödənilməməsi təbii qaz təchizatının dayandırılmasına səbəb ola bilər. Digər tərəfdən mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, İddiaçı Gəncə şəhəri, Atatürk prospektində yerləşən 254 nömrəli evin 36 nömrəli mənzilinə mülkiyyət hüququnu xx.xx.2022-ci il tarixdə əldə etmiş və həmin mənzildə təbii qazdan istifadə qaydalarının pozulması ilə əlaqədar xx.xx.2023-cü il tarixdə borc hesablanmışdır. Göründüyü İddiaçı Gəncə şəhəri, Atatürk prospektində yerləşən 254 nömrəli evin 36 nömrəli mənzilinə mülkiyyət hüququnu əldə etdikdən 08 ay sonra «Azəriqaz» İB-nin əməkdaşları tərəfindən borc hesablanmışdır. Qeyd olunan halda İddiaçı kommunal borcun ödənilməsi ilə əlaqədar əvvəlki mülkiyyətçiyə qarşı reqress iddia hüququ istisnadır. Beləliklə, işdə olan sübutlarla təsdiq olunur ki, İddiaçı Gəncə şəhəri, Atatürk prospektində yerləşən 254 nömrəli evin 36 nömrəli mənzilinin mülkiyyətçisidir. xx.xx.2022ci il tarixdə Gəncə şəhəri, Atatürk prospektində yerləşən 254 evin 36 nömrəli mənzilinə gedən «İtron» tipli «G-4» markalı 1002AQ**********9 nömrəli qaz sayğacı çıxarılmış və «Zenna» tipli «G-4» markalı **********0 nömrəli sayğacla əvəz edilmişdir. Bu barədə «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» xx.xx.2022-ci il tarixli, ******* saylı aktda da qeydlər aparılmışdır. Lakin həmin akt qanunla nəzərdə tutulan qaydada tərtib olunmamış, bununla da aktın qanuniliyi və onda qeyd edilən xüsusatların həqiqiliyi şübhə yaratmışdır. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 13-cü maddəsinin 9-cu hissəsinin tələbinə görə məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 5.4-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qərarın 4.9-cu bəndinin tələbinə görə istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinin tələblərinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mükli dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə (zərərçəkənə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Bəhs edilən Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Göstərilən Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 21 may 2002-ci il tarixli Qərarında göstərilir ki, zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli ola bilər. Qanunvericiliyin qeyd edilən normalarının tələbindən göründüyü kimi, mülki hüquq münasibətlərinin iştirakçıları arasında öhdəliyin əmələ gəlməsi üçün onlar arasında müqavilənin mövcudluğu, eləcə də əsassız varlanma zəruri şərt olsa da, belə öhdəliklərin yaranma əsaslarına deliktlər, yəni hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl də daxildir. Deliktlərin yaranması üçün isə Mülki Məcəllənin 1096-cı maddəsinin tələbinə görə üç zəruri amilin mövcudluğu labüddür. Belə ki, deliktlərdən əmələ gələn öhdəliyin yaranması üçün həmin hərəkət təqsirli olmalı, hüquq və ya qanunula qadağan edilməli və başqa şəxsə zərər vurmalıdır. Lakin Azərbaycan Respublikası Konstitusiyasının, eləcə də Konstitusiyanın 148-ci maddəsi üzrə Azərbaycan Respublikası qanunvericilik sistemini təşkil edən və yuxarıda qeyd edilmiş normativ hüquq aktların tələbinə görə şəxsin təqsiri müəyyən edilməyən əməllə (hərəkət və ya hərəkətsizliyə) əlaqədar hər hansı (maddi və ya qeyri-maddi) məsuliyyətə cəlb ediməsi qanuna uyğun deyildir və həmin şəxsin təqsirli olmadığı hərəkətlərə görə delikt öhdəlikləri yaranmır. Lakin mülki işin məhkəmə tədqiqi zamanı İddiaçı təqsirli hərəkətləri nəticəsində cavabdehə maddi zərər vurulması, eləcə də təbii qazdan qanunsuz istifadə etmə halları aşkar edilməmişdir. Digər tərəfdən qaz sayğacı İddiaçı daim nəzarət altında saxlaya bilmədiyi çoxmərtəbəli yaşayış binasının həyət hissəsində quraşdırılmış və bununla əlaqədar həmin sayğaca İddiaçı tərəfindən daimi nəzarət edilməsi mümkün olmamışdır. Həmçinin, həmin sayğacın dövri yoxlaması mütəmadi olaraq, X9 İstismarı İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 5.4-ci bəndinin tələbi baxımından onun işlək vəziyyətdə saxlanılmasına cavabdehliyi «Azəriqaz» İB daşımışdır. Bundan başqa, «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» xx.xx.2023-cü il tarixli ******* nömrəli aktda, «Dəymiş ziyanın bərpasına dair» xx.xx.2023cü il tarixli tələbnamədə və xx.xx.2023-cü il tarixli MSK-14-2-2/3-5-2412-1 nömrəli aktda Gəncə şəhəri, Atatürk prospektində yerləşən 254 nömrəli evin 36 nömrəli mənzilinə gedən qaz borusunun üzərində quraşdırılmış «İtron» tipli «G-4» markalı 1002AQ**********9 nömrəli sayğaca müdaxilə halının olmaması təsbit edilməmiş, əksinə həmin sayğacın klapanının işlək olmaması və yivli birləşmələrinin korroziyaya uğraması ilə əlaqədar qüsurların olduğu göstərilmişdir. Qeyd olunan qüsurlarda isə İddiaçı hər hansı təqsiri və buna bağlı məsuliyyəti müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.2-ci maddəsinə görə dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Gəncə şəhəri, Atatürk prospektində yerləşən 254 nömrəli evin 36 nömrəli mənzilində təbii qazdan istifadəyə görə, «Azəriqaz» İstehsalat Birliyinin «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» xx.xx.2023-cü il tarixli, ******* saylı aktı əsasında, qaz sayğacında yaranmış qüsurla əlaqədar dəymiş ziyanın əvəzi qismində **********00360 abonent kodu üzrə hesablanmış 3.110 manat 40 qəpik məbləğində borc silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası təmin edilsin. Gəncə şəhəri, Atatürk prospektində yerləşən 254 nömrəli evin 36 nömrəli mənzilində təbii qazdan istifadəyə görə, «Azəriqaz» İstehsalat Birliyinin «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» xx.xx.2023-cü il tarixli, ******* saylı aktı əsasında, qaz sayğacında yaranmış qüsurla əlaqədar dəymiş ziyanın əvəzi qismində **********00360 abonent kodu üzrə hesablanmış 3.110 (üç min bir yüz on) manat 40 (qırx) qəpik məbləğində borc silinsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-6609/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-6609/2023
11.12.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver