Məhkəmə qərarları › İş №2(125)-663/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-663/2025

08.04.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-663/2025 08.04.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X20 İsa oğlunun sədrliyi, Həsənov Ariz Arif oğlunun katibliyi, İddiaçı, Cavabdeh İri Şəhərlərin X14 Xidməti publik hüquqi şəxsin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC X18 Səhmdar Cəmiyyətinə qarşı “cavabdeh tərəfindən su sərfiyyatı üçün üzərinə yazılmış borcun silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən üzərinə yazılmış 424 manat 91 qəpik cərimənin qismən, yəni üçdə iki hissəsinin - 283,28 manatın silinməsinə, üçdə bir hissəsinin - 141,64 manatın ona aid edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Gəncə şəhəri X1, ev 4 mənzil 70 xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. O, mənzili alarkən gəlini Maraqlı şəxs və nəvəsi X7 mənzilində qeydiyyatda olmuşlar, lakin nə həmin vaxt, nə də sonra mənzilində yaşamamışlar, onlar faktiki olaraq Rusiyada yaşamışlar. Gəncə şəhər İcra Hakimiyyəti MKTİB-nin 5 nömrəli Xidmət Sahəsindən verilmiş arayışdan da görünür ki, sözügedən mənzildə o, tək yaşayır. Həmin şəxslərin mənzilindən qeydiyyatdan çıxarılmaları barədə Gəncə İnzibati Məhkəməsinə verdiyi iddiası məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(114)- 3054/2024 №-li qərarı ilə təmin edilmişdir. Cavabdeh təşkilatın ona verdiyi xx.xx.2024-cü il tarixli abonent kartından görünür ki, onun su sərfiyyatı üçün 424 manat 91 qəpik borcu vardır. O, bununla razı deyildir. Qeyd etdiyi kimi o, həmin mənzildə faktiki olaraq tək yaşayır. Lakin, ondan əvvəl mənzilində formal olaraq qeydiyyatda olan şəxslər səbəbindən mənzilinə su sərfiyyatı artıq yazılmışdır. O, tənha yaşayır, heç bir yerdə işləmir, aldığı pensiya ilə birtəhər dolanır. Maddi vəziyyəti ağırdır. Ona görə də hesab edir ki, cavabdeh tərəfindən üzərinə yazılmış borcun üçdə biri saxlanmalı, üçdə ikisi silinməlidir. Cavabdeh İri Şəhərlərin X14 Xidməti publik hüquqi şəxsin nümayəndəsi X13 iddiaya etiraz verərərk, etirazda bildirmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Həmin məbləğin 135.2.4-cü maddəsinə əsasən yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi yaşayış sahəsi mülkiyyətçi üçün yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan yaranmış hesab edilir. “X9”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kobinentinin 17 iyul 2014-cü il tarixli 262 saylı Qərarı ilə təsdiq edilmiş “X9”nın 7.4-cü bəndinə əsasən əhali qrupuna aid olan istehlakçılara su ölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq, müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. “X4 7.4-cü bəndinə əsasən abonent ailə tərkibi ilə bağlı aparılmış hesabatlara etiraz etdikdə, ondan müvafiq arayış tələb edilir. Gəncə şəhər Baş Polis İdarəsindən əldə olunan məktuba əsasən X15 küçəsi, ev 4, mənzil 70 ünvanında xx.xx.2024-cü il tarixədək 4(dörd) nəfər qeydiyyatda olmuşdur. Abonent əvvəlki dövrlərə aid ailə tərkibi bağlanmış müqavilə, ailə tərkibi ilə bağlı əvvəllər təqdim edilmiş arayış və yaxud yaşayış yeri üzrə qeydiyyatda olduğu müvafiq təşkilatlar tərəfindən təqdim edilmiş rəsmi məlumatlar (dislokasiya) əsasında sistemə qeyd olunmuşsa, yeni ailə tərkibi barədə arayış təqdim edildiyi tarixdən sonrakı hesabat dövrü üçün nəzərə alınır. Belə ki, abonent xx.xx.2005-ci il tarixdə sudan istifadə və tullantı suların axıdılmasına dair müqavilə bağlanmış və xidmətdən istifadəyə görə ödənişlərin edilməsi üçün **********700 kod verilmişdir. Qaydalara uyğun olaraq ailə tərkibinə əsasən illər üzrə hesabat verilmiş. Lakin Abonent tərəfindən xidmətin dəyəri tam ödənilməmişdir. Bunun nəticəsi olaraq abonentə məxsus ünvanda sudan və tullantı suların axıdılması xidmətindən istifadəyə görə 424.91 manat borc yaranmışdır. “X11”nın 4.1.3-cü bəndinə əsasən verilən suyun və tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təqdim etməlidir. Beləliklə Gəncə şəhər Sukanal İdarəsi üzərinə düşən vəzifələri istehlakçı qarşısında yerinə yetirmişdir. Lakin istehlakçı tərəfindən üzərinə düşən vəzifəni vaxtı-vaxtında yerinə yetirmədiyinə görə “Sudan istifadə və tullantı suların axıdılmasına” görə borc yaranmışdır. Məhkəmədə İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmunuda izahat vermiş və sonda iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə cavabdeh İri Şəhərlərin X14 Xidməti publik hüquqi şəxsin nümayəndəsi X13 iştirak etmiş məhkəməyə ünvanladığı etirazın dəlillərinə uyğun izahat vermiş və sonda iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. bildirmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, işdə olan abonent kartından görünür ki, Gəncə şəhəri X1, ev 4, mənzil 70 ünvanında abonent İddiaçı sayğac göstəriciləri əsasında 424,91 manat borc hesablanmışdır. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə Şəhər Baş Polis İdarəsinin xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Gəncə şəhəri, X15 küçəsi, ev 4, mənzil 70 ünvanında qeydiyyatda olan və qeydiyyatdan çıxan şəxslər aşağıdakılardır: X5 xx.xx.2005-ci il tarixdən xx.xx.2009-cu il tarixədək, İddiaçı xx.xx.2022-ci il tarixdən halhazıradək, X2 xx.xx.2019-cu il tarixdən hal-hazıradək; X7 xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək; Maraqlı şəxs oğlu xx.xx.2020-ci il tarixdən xx.xx.2024-cü il tarixədək. İşdə olan Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-3054/2024 nömrəli qərarın surətindən görünür ki, iddia təmin edilmiş, Maraqlı şəxs və X3 Gəncə şəhəri, X15 küçəsi ev 4, mənzil 70 ünvanından qeydiyyatdan çıxarılmaları vəzifəsinin cavabdeh Gəncə Şəhər Baş Polis idarəsinin üzərinə qoyulması qərara alınmışdır. İşdə olan Azərbaycan Respublikası Gəncə şəhəri İcra Hakimiyyəti MKTİB-nin 5 nömrəli Xidmət Sahəsinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Gəncə şəhəri X1, ev 4 mənzil 70-də yaşayır, ailə tərkibi 1 nəfər özüdür, mənzildə tək özü yaşayır. İşdə olan xx.xx.2020-ci il tarixli AN-İ ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı X8 ona məxsus Gəncə şəhəri, X1, ev 4 mənzil 70 ünvanında yerləşən alıcı İddiaçı satmışdır. İşdə olan Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, X1, ev 4 mənzil 70 tam mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 40 nömrəli reyestr kitabının 33 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “Su təchizatı və tullantı suları” haqqında Azərbaycan Respublikasının Qanununun 30-cu maddəsinin 1-ci bəndinə əsasən Su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin qanunun 5-ci maddəsinin 3-cü bəndinə əsasən, su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqı müqaviləsinin nümunəsi, suyun qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, suyun keyfiyyəti, suyun dəyərinin ödəmə şərtləri və digər məsələlər X9 ilə tənzimlənir. X9 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli 262 saylı Qərarı ilə rəsdiq edilmiş “X9”nın 7.2-ci bəndinə əsasən, STKM smart-kart tipli olmayan suölçən cihaz quraşdırılmış istehlakçıya ötən ay ərzində verdiyi suyun həcmini belə cihazın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesab təqdim etməlidir (göndərməlidir). Su sərfi haqqında məlumatın təqdim edilməsini STKM ilə bağlanılmış müqaviləyə əsasən istehlakçının özü də həyata keçirə bilər. Həmin qaydaların 7.3-cü bəndinə əsasən, smart-kart tipli suölçən cihaz quraşdırılmış istehlakçıya istifadə etdiyi suyun həcmi haqqında STKM tərəfindən hesab təqdim edilməsi (göndərilməsi) tələb edilmir. Həmin qaydaların 7.4-cü bəndinə əsasən, əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. Həmin qaydaların 7.14-cü bəndinə əsasən, bu Qaydaların 7.2-ci bəndinə uyğun olaraq istehlakçıya göndərilmiş (təqdim edilmiş) hesab üzrə ödənişlər həmin hesab istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra 1 (bir) ay müddətində tam həyata keçirilməlidir. Həmin müddət gecikdirildikdə, müqavilədə nəzərdə tutulduğu hallarda istehlakçı əsas borc məbləği ilə yanaşı, müqavilənin şərtlərinə uyğun olaraq dəbbə pulunu (cərimə, penya) da ödəməlidir. Məhkəmə qeyd edir ki, İddiaçı ona məxsus Gəncə şəhəri X1, ev 4, 70 saylı mənzilə 283,28 manat su pulunun artıq hesablandığını qeyd etsə də, həmin halı təqdiqləyəcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı iddia ərizəsində və məhkəmədə verdiyi izahatında mənzili alarkən gəlini Maraqlı şəxs və nəvəsi X3 mənzilində formal qeydiyyatda olmalarını, lakin nə həmin vaxt, nə də sonra mənzilində yaşamadıqlarını, onların faktiki faktiki olaraq Rusiyada yaşadıqlarını qeyd etsə də, “Elektron Məhkəmə” İnformasıya Sistemi vasitəsilə əldə edilmiş məlumatlardan müəyyən edilir ki, Maraqlı şəxs yalnız 2024-cü ilin dekabr ayında Azərbaycandan Rusiyaya getmişdir. Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Yenə də həmin Məcəllənin 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla, tərəflər arasında yaranmış hüquq münasibətlərini tənzimləyən normalara əsaslanaraq, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddiaçının mülkiyyətində olan, Gəncə şəhəri İdris Məşədizaman oğlu küçəsi, ev 4, 70 saylı mənzilə hesablanmış su pulu borcu düzgün hesablanmışdır, ona görə də iddia tələbinin təmin edilməsi üçün əsaslar yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilməsin. İddiaçı, onun mülkiyyətində olan, Gəncə şəhəri İdris Məşədizaman oğlu küçəsi, ev 4, 70 saylı mənzilə hesablanmış 283,28 manat su pulunun silinməsi tələbinə dair iddia əsassız olduğundan təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar