Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-6717/2023 22.11.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, ərizəçinin iştirakı ilə, Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə, eləcə də tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək torpağın mülkiyyətə verilməsinə dair 21 iyul 2004-cü il tarixli, JN-1150A KOD 50806028 nömrəli şəhadətnamənin ona, yəni Ərizəçi məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Xanlar (Göygöl) rayon Aqrar İslahat Komissiyasının 16 avqust 2001-ci il tarixli, 14 saylı qərarına əsasən mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş 0,12 ha torpaq sahəsi verilmişdir. Bu barədə Torpağın Mülkiyyətə verilməsinə dair 21 iyul 2004-cü il tarixli JN-1150A, KOD 50806028 nömrəli şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə ərizəçinin adı Calal əvəzinə Camal yazılmış, yəni Ərizəçi əvəzinə X5 yazılmışdır. Hazırda ərizəçi Göygöl rayonu, Üçtəpə kəndində yerləşən 0,12 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestirində qeydiyyata alınması barədə xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli ərizə ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etsə də, İdarənin xx.xx.2023-cü il tarixli, 3- 21-3-33/2-8654/2023 nömrəli imtina məktubunda qeyd edilmişdir ki, aparılan araşdırma zamanı təqdim edilmiş sənədlərdə hüquq sahibinin adı “X5” kimi qeyd olunduğu və Ərizəçi ilə sənədlərdə qeyd olunmuş “X4” eyni şəxs olmasını təsdiq edən sənədin (məhkəmə qətnaməsi) təqdim edilmədiyi müəyyən edilmişdir. Ərizəçi hesab edir ki, həmin səhvin mövcudluğu onun mülkiyyət hüququnu pozduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizəsində göstərilənlərə uyğun izahat verərək ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş, bunun səbəbini bildirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlərlə aşağıdakılar müəyyən edilir: AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, fərdi identifikasiya nömrəsi xxxxxxx olan Ərizəçi xx.xx.1974-cü il tarixdə Daşkəsən rayonu, Xoşbulaq kəndində doğulmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, AZE ******* nömrəli şəxsiyyət vəsiqəsi fərdi identifikasiya nömrəsi xxxxxxx olan, xx.xx.1974-cü il tarixdə doğulmuş Ərizəçi məxsusdur. İ-ЖГ seriyalı, 442095 nömrəli, xx.xx.1974-cü il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.1974-cü il tarixdə Daşkəsən rayonunda anadan olmuş Ərizəçi atası X6, anası X1r. Vİ-ЖГ seriyalı, 480031 nömrəli xx.xx.1998-ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə X3 xx.xx.1998-ci il tarixdə Gəncə şəhər Nikah evində nikaha daxil olmuş, bu barədə 45 nömrə ilə qeydiyyat aparılmışdır. Nikaha daxil olduqdan sonra ərə İbrahimov, arvada İbrahimova soyadı verilmişdir. JN-1150A KOD 50806028 saylı Torpağın Mülkiyyətə verilməsi Şəhadətnaməsinin surətindən görünür ki, Xanlar rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli, 14 saylı qərarı ilə Xanlar rayonu, Üçtəpə kəndində yerləşən 0,12 hektar torpaq sahəsi X4 mülkiyyətinə verilmişdir. “Fərdi yaşayış evi tikintisi üçün ayrılan torpaqdan istifadə hüququna dair” aktdan görünür ki, Xanlar rayon X12 rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli, 253 nömrəli sərəncamına əsasə vətəndaş Ərizəçi yaşayış evi tikmək məqsədi ilə Üçtəpə kəndində fasadı 30 metr, arxa cəhəti 30 metr, sağ cəhəti 40 metr, sol cəhəti 40 metr olmaqla 0,12 hektar müddətsiz istifadə etmək üçün torpaq sahəsi yerində ölçülüb, təhvil verilmişdir. xx.xx.2005-ci il tarixli “Əhalidən vergiləri qəbulu üçün” mədaxil qəbzindən görünür ki, Ərizəçi 2000-2005-ci illərdə 38400 manat məbləğində torpaq vergisi ödəmişdir. 6741509 nömrəli, xx.xx.2023-cü il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Ərizəçi xx.xx.2005-ci il tarixdən etibarən ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində qeydiyyatdadır. Azərbaycan Respublikası Göygöl rayon İcra Hakimiyyəti Başçısının Üçtəpə kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 549 nömrəli xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, həqiqətən JN-1150A KOD 50806028 saylı Torpağın Mülkiyyət verilməsi Şəhadətnaməsində Ərizəçi adı texniki səhv olaraq X5 yazılmışdır. Düzgün yazılış “Ərizəçi” kimidir. X5 adında vətəndaş Göygöl rayon Üçtəpə kəndində qeydiyyatda deyil və yaşamır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, ərizəçinin müraciətinə baxılmış, bildirilmişdir ki, “aparılan araşdırma zamanı təqdim edilmiş sənədlərdə hüquq sahibinin adının “X5” kimi qeyd olunduğu və Ərizəçi ilə sənədlərdə qeyd olunmuş “X4” eyni şəxs olmasını təsdiq edən sənədin (məhkəmə qətnaməsi) tərəfinizdən təqdim edilmədiyi müəyyən edilmişdir. Həmçinin sənəd üzrə torpaq sahəsi ilə faktiki istifadədə olan torpaq sahəsi arasında ölçü və konfuqrasiyada fərq var. Bu səbəbdən ərizənizin icrası mümkün olmamışdır” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əssən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan MR ərazisində Naxçıvan MR Ədliyyə Nazirliyi) tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, ərizəçinin adı, ona məxsus bütün sənədlərdə “Ərizəçi” kimi göstərilsə də, JN-1150A KOD 50806028 saylı Torpağın Mülkiyyətə verilməsi Şəhadətnaməsində adı “X5” kimi göstərilmişdir. Şəhadətnamədə göstərilən “X5” ilə şəxsiyyət vəsiqəsində və digər sənədlərdə göstərilən “Ərizəçi”nun eyni şəxs olması şübhə doğurmur. Belə ki, bu sənədlərin hamısı – JN-1150A KOD 50806028 saylı Torpağın Mülkiyyətə verilməsi Şəhadətnaməsinin, doğum haqqında şəhadətnamənin surəti, nikah haqqında şəhadətnamənin surəti, şəxsiyyət vəsiqəsinin surəti ərizəçi tərəfindən, onun özünə aid olan sənədlər kimi məhkəməyə təqdim olunmuşdur. Ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir və həmin sənəd ərizəçiyə torpaq üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə əlaqədar tələb olunur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, ərizə təmin edilməli, JN-1150A KOD 50806028 saylı Torpağın Mülkiyyətə verilməsi Şəhadətnaməsinin Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233.1, 305-311, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. JN-1150A KOD 50806028 nömrəli “Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə”nin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №2(125)-6717/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-6717/2023
22.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver