Məhkəmə qərarları › İş №2(125)-6751/2025

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-6751/2025

19.01.2026 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-6751/2025 19.01.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası "xxxx" ASC 3 nömrəli magistral avtomobil yollarının istismarı MMC-yə, Gəncə şəhər İcra Hakimiyyətinə, "xxxx" ASC-yə və «Birlink Enginet» telekommunikasiya şirkətinə qarşı «torpaq sahəsində olan maneələrin aradan qaldırılması» tələbi barədə iddiasına dair mülki işə, işin məhkəmədə baxılmağa hazırlanmasına dair açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası "xxxx" ASC 3 nömrəli magistral avtomobil yollarının istismarı MMC-yə, Gəncə şəhər İcra Hakimiyyətinə, "xxxx" ASC-yə və «Birlink Enginet » telekommunikasiya şirkətinə qarşı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 27.*4.2*11-ci il tarixli, 1511**419* qeydiyyat nömrəli çıxarış əsasında iddiaçının xüsusi mülkiyyətində olan *,*6 ha torpaq sahəsinin sərhədləri daxilində cavabdehlər tərəfindən basdırılmış dirəklərin çıxarılması, həmin torpaq sahəsinin sərhədləri daxilindən çəkilmiş asfalt örtüyü və yol kənar səki daşlarının sökülməsi, torpaq sahəsinin cavabdehlərin vəsaiti hesabına əvvəlki vəziyyətə qaytarılması (ətrafında hasar çəkmə üçün bönövrə qazılmaqla) və ödənilmiş dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki işin 13.*1.2*26-ci il tarixli məhkəmə hazırlıq iclasında iddiaçı tərəfə hazırki iddiasının Azərbaycan Respublikası MPM-in 149.2.2 və 149.2.3-cü maddələrinə uyğun olmadığı müəyyən edilmiş və həmin uyğunsuzluğun aradan qaldırılması üçün məhkəmə hazırlıq iclası 19.*1.2*26-cı il təxirə salınmışdır. Lakin 19.*1.2*26-ci il tarixli məhkəmə hazırlıq iclasında da İddiaçı iddia tələbinin düzgün qaydada tərtib olunduğunu müdafiə edərək, iddia ərizəsinə hər hansı düzəliş etməmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını tədqiq edərək, hesab edir ki, iddia baxılmamış saxlanılmalıdır. Belə ki, məhkəməyə daxil olmuş ərizədə Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyəti 3 nömrəli magistral avtomobill yolları Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh qismində göstərilsə də həmin hüquqi şəxsin ünvanı və vergi ödəyicisinin elektron nömrəsi (VÖEN), «Birlink Enginenet» telekomunikasiya şirkəti cavabdeh qismində göstərilsə təşkilati-hüquqi forması və vergi ödəyicisinin elektron nömrəsi (VÖEN) göstərilmiş, iddia tələbində mübahisə predmeti olan torpaq sahəsinin ünvanı və cavabdehlərin hər birinə yönələn tələb göstərilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə görə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Həmin Məcəllənin 149.2.2 və 149.2.3-cü maddələrinə görə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Həmin Məcəllənin 259.*.12-ci maddəsinə görə ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 15*.1.2-ci və ya 15*.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda iddia ərizəsi baxılmamış saxlanılır. «Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2*11-ci il tarixli Qərarının 2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 259.*.1 - 259.*.1*, 259.*.12 və 259.*.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Beləliklə, məhkəmə qeyd olunanları nəzərə alaraq, hesab edir ki, İddiaçı Azərbaycan Respublikası "xxxx" ASC 3 nömrəli magistral avtomobil yollarının istismarı MMC-yə, Gəncə şəhər İcra Hakimiyyətinə, "xxxx" ASC-yə və «Birlink Enginet» telekommunikasiya şirkətinə qarşı «torpaq sahəsində olan maneələrin aradan qaldırılması» tələbi barədə iddia ərizəsi baxılmamış saxlanmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, İddiaçı tərəfindən ödənilmiş 1** manat məbləğində dövlət rüsumu (tarix:25.1*.2*25, qəbzin nömrəsi:**********) dövlət büdcəsindən İddiaçı qaytarılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Azərbaycan Respublikası "xxxx" ASC 3 nömrəli magistral avtomobil yollarının istismarı MMC-yə, Gəncə şəhər İcra Hakimiyyətinə, "xxxx" ASC-yə və «Birlink Enginet» telekommunikasiya şirkətinə qarşı «torpaq sahəsində olan maneələrin aradan qaldırılması» tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılsın. Ödənilmiş 1** (bir yüz) manat məbləğində dövlət rüsumu (tarix:25.1*.2*25, qəbzin nömrəsi:**********) dövlət büdcəsindən İddiaçı qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 1* gün müddətində ondan «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar