Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-6766/2023 06.10.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Mən Gəncə Şəhər Məhkəməsinin hakimi Quliyev Camal Yusifəli oğlu, İddiaçı Cavabdeh qarşı «atalığın müəyyən olunması və aliment» tələbi barədə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı cavabdehin xx.xx.2023-cü ildə Gəncə şəhərində anadan olmuş X1 atası olmasının müəyyən edilməsi, cavabdehdən xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2023-cü ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 250 manat sabit pul məbləğində alimentin və xx.xx.2023-cü ildə anadan olmuş X3 3 yaşına çatanadək saxlanması üçün hər ay 300 manat pulun alınaraq iddiaçıya verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri tədqiq edərək, hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, hazırki halda İddiaçı Cavabdeh qarşı iddia tələbi 2 hissədən, yəni atalığın müəyən edilməsi və aliment tələbinə dair hissələrdən ibarətdir. İddiaçı «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə görə iddianın aliment tələbinə dair hissəsində məhkəmədə iddia qaldırmaq üçün dövlət rüsumu ödəməkdən azad edilsə də, atalığın müəyyən edilməsinə dair qiymətləndirilməyən iddia növündə dövlət rüsumunun ödənilməsindən azad edilməmişdir. Lakin məhkəməyə daxil olmuş iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini, habelə iddiaçının dövlət rüsumu ödəməkdən azad edilməsinə dair «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanunun 9-cu maddəsində nəzərdə tutulmuş hallar mövcud olduğu halda, həmin halları təsdiq edən sənədlər əlavə olunmamışdır. Azərbaycan Respublikası MPM-nin 150.1.2-ci maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilməlidir. Halbuki, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanunun 8.2-ci maddəsinə görə isə qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 152.1.5-ci maddəsinə görə isə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarmalıdır. Həmin Məcəllənin 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM : İddiaçı Cavabdeh qarşı «atalığın müəyyən olunması və aliment» tələbi barədə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət oluna bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-6766/2023
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-6766/2023
06.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Atalığın müəyyən edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver