Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-6843/2025 17.12.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X2 katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Gəncə şəhəri 3 saylı notariat ofisinə və Cavabdeh1 MMC-yə qarşı «icra qeydinin ləğv edilməsi» tələbi barədə iddiasına dair mülki işə, işin məhkəmədə baxılmağa hazırlanmasına dair açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Gəncə şəhəri 3 saylı notariat ofisinə və Cavabdeh1 MMC-yə qarşı Gəncə şəhəri 3 saylı notariat ofisinin xx.xx.2025-ci il tarixli, 8İ-4629 reyestr nömrəli icra qeydinin ləğv edilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, onunla Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, **********001 nömrəli kredit müqaviləsinə əsasən ona 500 manat məbləğində kredit verilmişdir. Lakin heç bir əsas olmadan və ona heç bir məlumat verilmədən Gəncə şəhəri 3 saylı notariat ofisinin xx.xx.2025-ci il tarixli, 8İ-4629 reyestr nömrəli icra qeydi çıxarılmışdır. Gəncə şəhəri 3 saylı notariat ofisinin xx.xx.2025-ci il tarixli, 8İ-4629 reyestr nömrəli icra qeydinə əsasən cəmi 1.335 manat məbləğində pul vəsaiti ondan alınaraq Cavabdeh1 MMC-yə ödənilməlidir. Sözügedən icra qeydindən Gəncə şəhəri üzrə İcra İdarəsinə dəvət olunan zaman xəbərdar olmuşdur. Hüquqi savadsızlığı ilə əlaqədar hara müraciət edəcəyini bilməmişdir. Barəsində tətbiq olunmuş icra qeydi qanunsuzdur, əsassız olaraq yüksək məbləğdə cərimə və faizin tutulması heç də ədalətli deyildir. Qeyd oluna icra qeydi üzrə icra sənədi ilə əlaqədar icra məmuru tərəfindən 2025-ci ilin oktyabr ayının sonlarında onun yaşadığı ünvana bildirilş göndərilmiş və xx.xx.2025-ci il tarixdə o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Onun icra sənədinin könüllü icrasına dair bildirişi almasından 1 ay sonra məhkəməyə müraciət etməsi Cavabdeh1 MMC ilə razılığa gəlmək cəhdləri ilə əlaqədar olmuş, ötən 1 ay müddət ərzində o, Cavabdeh1 MMC ilə razılıq əldə etmək istədiyindən iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdir. Hazırda da müddətin üzrlü səbəbdən ötürülməsinə dair hər hansı sübut təqdim edə bilmir. Sonda İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olan ərizəsində cavabdeh Gəncə şəhəri 3 saylı notariat ofisinin notariusu məhkəmə iclasının notariat ofisinin nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Digər Cavabdeh1 MMC-yə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını tədqiq edərək, hesab edir ki, iddia baxılmamış saxlanılmalıdır. Belə ki, işdə olan Gəncə şəhəri 3 saylı notariat ofisinin xx.xx.2025-ci il tarixli, 8İ- 4629 reyestr nömrəli icra qeydindən görünür ki, **********001 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 831 manat 17 qəpik, cərimə qismində 478 manat 83 qəpik, ödənilmiş rüsumun əvəzi qismində 25 manat, cəmi 1.335 manat məbləğində pul vəsaiti İddiaçı Cavabdeh1 MMC-nin xeyrinə tutulmalıdır. İş materiallarında olan İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli tələbin könüllü icrası barədə bildirişin surətindən görünür ki, İddiaçı Gəncə şəhəri 3 saylı notariat ofisinin xx.xx.2025-ci il tarixli, 8İ-4629 reyestr nömrəli icra sənədi üzrə Gəncə şəhəri üzrə İcra İdarəsinə gəlməsi barədə xəbərdarlıq edilmiş və icra sənədi icra edilmədiyi təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. İşdə olan SS**********AZ nömrəli poçt zərfinin surətindən görünür ki, xx.xx.2025-ci il tarixli tələbin könüllü icrası barədə bildirişin surəti xx.xx.2025-ci il tarixdə İddiaçı təqdim olunmuşdur. Belə ki, «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinə görə aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən maraqlı şəxs bu barədə dövlət notariat ofisinin, xüsusi notariusun, müvafiq icra hakimiyyəti orqanının, bu Qanunun 39-cu maddəsinin birinci hissəsində sadalanan vəzifəli şəxslərin iş və ya qulluq yerinin, yaxud gəminin qeydiyyat limanının yerləşdiyi yerin məhkəməsinə şikayət verə bilər. Həmin qanunun 76-cı maddəsinə görə borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında» Təlimatın 162-ci bəndində göstərilmişdir ki, 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə, icra qeydi aparılır. Müqavilənin hansı müddətə bağlanılmasından asılı olmayaraq, əgər müqavilədə öhdəliyin hissə-hissə icrası konkret müddətlər üzrə müəyyən edilmişdirsə, öhdəliyin icrasının gecikdirilməsi ödənilməmiş hissə üzrə icra qeydinin aparılması üçün əsasdır. «Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələri və 62-ci maddəsi baxımından «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 41 və 76-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 128.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli Plenum qərarından görünür ki, qanunverici orqan tərəfindən «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 41-ci maddəsində nəzərdə tutulmuş notariusun icra qeydinin mübahisələndirilməsi müddəti dəqiq müəyyən edilənədək məsələyə qanunun analogiyası üzrə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 282-ci maddəsində nəzərə tutulmuş 10 günlük müddət tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 282-ci maddəsinə görə borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.3-cü maddəsinə görə müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, İddiaçı Gəncə şəhəri 3 saylı notariat ofisinin xx.xx.2025-ci il tarixli, 8İ-4629 reyestr nömrəli icra qeydindən xx.xx.2025-ci il tarixdə xəbərdar olmuş, lakin bundan 26 gen sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi «Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələri və 62-ci maddəsi baxımından «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 41 və 76-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 128.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair» xx.xx.2025-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə İddiaçı həmin icra qeydi barədə məlumat aldığı andan 10 gün müddətində məhkəməyə şikayət vermək hüququna malik olmuşdur. Bununla yanaşı İddiaçı həmin müddətin bərpasına dair vəsatətlə məhkəməyə müraciət etməmiş, qeyd olunan müddətin üzrlü səbəbdən buraxılması barədə məhkəməyə heç bir səbəb və ya həmin səbəblərin üzrlü olmasına dair heç bir mötəbər dəlil təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə görə ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda iddia ərizəsi baxılmamış saxlanılır. «Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli Qərarının 2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Beləliklə, məhkəmə qeyd olunanları nəzərə alaraq, hesab edir ki, İddiaçı Gəncə şəhəri 3 saylı notariat ofisinə və Cavabdeh1 MMC-yə qarşı «icra qeydinin ləğv edilməsi» tələbi barədə iddia ərizəsi baxılmamış saxlanmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Gəncə şəhəri 3 saylı notariat ofisinə və Cavabdeh1 MMC-yə qarşı «icra qeydinin ləğv edilməsi» tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-6843/2025
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-6843/2025
17.12.2025 · Notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver