Məhkəmə qərarları › İş №2(125)-6954/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-6954/2025

30.01.2026 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-6954/2025 30.01.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X18 Tahir oğlunun sədrliyi, Xurşudov Nadir Şahin oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil və cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin etibarnamə üzrə nümayəndəsi X8 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə qarşı əmrin qismən ləğv edilməsi və əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, şiddətli töhmət verilməsinə dair 27.*5.2*25-ci il tarixli, 518 nömrəli əmrin ona münasibətdə ləğv olunması və töhmət verilməsinə görə məhrum olduğu əmək haqqına aylıq əlavələrin cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iş yoldaşı X4 12.11.2*25-ci ildə ona bildirmişdir ki, 27.*5.2*25-ci il tarixdə barəsində şiddətli töhmət verilmişdir. Ondan bu məlumatı haradan almasını soruşmuş, o isə bildirmişdir ki, məhkəmə iclası zamanı cavabdeh tərəfindən 27.*5.2*25-ci il tarixli, 518 saylı əmr təqdim edilmişdir və həmin əmrdə onun da adı vardır. Qeyd olunan əmrin surətini aldıqdan sonra dərhal mediasiyaya müraciət etmişdir. Pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, iddiaçının barəsində şiddətli töhmət verilməsi ilə bağlı məlumatı olmamış, izahatı alınmamışdır. Başqa bir məhkəmə prosesi zamanı cavabdeh orqanın işçisi Təranə Quliyevanın nümayəndəsi və vəkili kimi çıxış etmiş, işin mahiyyəti ondan ibarət olmuşdur ki, Təranə Quliyeva işdən azad edilmiş, ancaq ona müavinət verilməmişdir. Bununla bağlı əmək müffəttişliyinə şikayət etmiş, əmək müffəttişliyinin araşdırması nəticəsində şəxs barəsində töhmət verildiyi məlum olmuşdur. Bundan sonra Təranə Quliyeva məhkəməyə müraciət etmiş və əmr ona münasibətdə ləğv edilmişdir. Həmin məhkəmə prosesi zamanı cavabdeh orqan tərəfindən əmrin surəti məhkəməyə təqdim edilmiş, əmrdə hazırki iş üzrə İddiaçı da adı olduğu müəyyən edilmişdir. Yəni iddiaçının barəsində şiddətli töhmət verilməsi ilə bağlı əmrdən yalnız bundan sonra məlumatı olmuşdur. Ümumiyyətlə, şiddətli töhmətin verilməsi əsası kimi kosmetik vasitələrdən istifadə edilməsi göstərilmişdir. Həmin əmrdə digər şəxslərin hansı qayda pozuntusu etməsi dəqiq şəkildə göstərilsə də, Elnarə və Təranənin təlimatdakı hansı qaydaları pozmaları dəqiq şəkildə göstərilməmişdir. Həmin təlimat kosmetik vasitələrdən istifadəni tamamilə qadağan etməmişdir, aşırı formada olması qeyd olunmuşdur. Lakin İddiaçı özü də bildirmişdir ki, qeyd olunan tarixdə kosmetikadan və əmrin tələblərinə zidd olan əşyalardan istifadə etməmişdir. Əmr qərəzli şəkildə tərtib olunmuşdur. Belə ki, İddiaçı işə girəndən sonra tibb məntəqəsində Lətafət Qarayeva ilə mübahisəsi olmuş, sonuncu onun barəsində həqiqətə uyğun olmayan, şərəf və ləyaqəti ləkələyən məlumatlar yaymışdır. Bu məsələ ilə bağlı hərbi hissənin təhqiqat idarəsində araşdırma aparılır. İddiaçı şərəf və ləyaqətin müdafiəsi tələbi ilə məhkəməyə də müraciət etmiş və iddia tələbi təmin olunmuş, ancaq həmin qətnamə hələ qanuni qüvvəsini almamışdır. İddiaçı qarşı münasibət hərbi hissədə qərəzli xarakter daşıyır. Ən azından əgər həqiqət olsa idi, xəbərdarlıq, yaxud da töhmət verilə bilərdi. İddiaçı yoldaşı da yuxarı orqanlara şikayət etmişdir ki, hərbi hissə tərəfindən edilən təzyiqlər İddiaçı intihar həddinə çatdırmışdır. Əvvəl hərbi hissə komandirinə müraciət etmiş, ancaq heç bir tədbir görülmədiyi üçün yuxarı komandanlığa şikayət etmişdir. Çıxış edən şahid Aynurə Allahverdiyeva yoxlama aparan şəxlər sırasında olmamışdır. İddiaçıda şahidin göstərdiyi formada aşırı makyajdan və dırnaq boyasından istifadə etməsi iş materiallarında olan sənədlər əsasında öz təsdiqini tapmamışdır. Həmçinin şahid İddiaçı barəsində bundan əvvəl töhmət verilməsini göstərsə də, bununla bağlı heç bir sənəd təqdim etməmişdirlər. Ümumiyyətlə sözügedən əmr cavabdeh orqan tərəfindən təqdim olunmamış, elan edilməmişdir. Təranə Quliyevanın əmək mübahisəsi ilə bağlı məhkəmə prosesi zamanı şəxsin barəsində töhmət verilməsi ilə bağlı əmrlə tanış olması, yaxud da imtina etməsi ilə bağlı cavabdehin nümayəndəsi tərəfindən heç bir məlumat verilməmiş, məhkəməyə heç bir akt təqdim olunmamışdır. Bu da onu göstərir ki, hazırki məhkəmə prosesində təqdim edilən akt sonradan tərtib olunmuşdur. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin nümayəndəsi X15 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, 27.*3.2*25-ci ildən etibarən N saylı hərbi hissəyə hüquqşünas təyin olunmuş, təyin olunduğu müddət ərzində İddiaçı barəsində bir neçə dəfə xidməti araşdırma aparılmışdır. Şəxs münaqişəyə, söz-söhbətə çox meyillidir. Ümumiyyətlə hərbi hissədə günün nizam qaydası belədir ki, hər gün səhər saat *8:**-da hərbi qulluqçuların sıra düzülüşü, saat *9:**-da isə mülki işçilər üçün sıra baxışı keçirilir. Sıra baxışı kadrlar idarəsinin rəisi, nümayəndələri, yaxud da hərbi hissə komandirinin xüsusilə təyin etdiyi şəxslər tərəfindən həyata keçirilir. Onlar mülki işçilərin üst geyim formasını, smartfon telefonların hərbi hissəyə daxil edilib-edilməməsini yoxlayır, nöqsan aşkar etdikdə isə raportla müraciət edirlər. Əmrdə qeyd olunan tarixdə sıra baxışı keçirilmiş, iddiaçıda, eləcə də digər şəxslərdə qırmızı dodaq boyası, qırmızı dırnaq boyası, uzun dırnaqlar və gözlərində sürmə aşkar edilmiş, barələrində xidməti araşdırma aparılmışdır. Xidməti araşdırma aparılarkən izahat verməkdən imtina etmişlər, bu barədə akt tərtib olunmuşdur. Həmçinin əmrin surətini götürməkdən və əmrlə tanış olmaqdan da imtina etmişdirlər. Hətta təzəlikcə oktyabr ayının *9-da hərbi hissə komandiri tərəfindən günün nizam qaydaları və təmizliyə riayət edilməsinin yoxlanılması məqsədilə tibb məntəqəsinə komissiya göndərilmiş, İddiaçı dolabından çoxsaylı dərman preparatları, əsgərlərə aid olan ərzaq məhsulları aşkar edilmiş və komissiya tərəfindən akt tərtib edilərək götürülmüşdür. Beləliklə, iddiaçı mütəmadi olaraq tibb məntəqəsində münaqişəyə səbəb olacaq hərəkətləri ilə hərbi hissə üçün problem yaratmışdır. İddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin vəsatəti ilə şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, N saylı hərbi hissədə qadınlar şurasının sədridir. İddiaçı tibb bacısı olmaqla mülki işçidir. Onunla heç bir ədavəti yoxdur. Qadınlar şurasının sədri olaraq bütün qadın mülki işçilərlə, eləcə də müddətdən artıq qadın hərbi qulluqçularla mütəmadi olaraq söhbətlər edir, onların problemlərini dinləyir, hər ay iclaslar keçirir. Tibb məntəqəsində də hərbi hissədə davranış qaydaları, geyim forması, səliqəli görünüş və s. barəsində dəfələrlə söhbətlər aparmışdır. Ümumiyyətlə tibb məntəqəsində qadın işçilər öz aralarında bir-birləri ilə yola getmirlər. İddiaçı başqa bir mülki işçi olan qadınla hal-hazırda da məhkəmə prosesləri davam edir. Hərbi hissədə kişi cinsinə məxsus şəxslər daha çox olduğuna görə səliqəli geyim forması olmalı və aşırı makiyajdan istifadə edilməməlidir. Əmrdə qeyd olunan tarixdə sıra baxışı keçirilməmişdən bir gün əvvəl bütün qadın mülki işçilərlə söhbət aparmış, yoxlama olacağı barədə məlumat vermişdir. Həmin gün də İddiaçı qırmızı uzun dırnaq, sürmə və makiyaj olmuşdur. Xəbərdarlıq etməsinə baxmayaraq, onu saymamış, sabahı gün yenə eyni formada hərbi hissəyə gəlmişdir. X11 və Mahmudov Emin tərəfindən aparılmış, nöqsanlar aşkar edildikdən sonra qadınlar şurasının sədri olaraq çağırılmışdır ki, “Bəs necə söhbət aparıbsınız?”. O isə cavabında tibb məntəqəsində, yeməkxanada, çamaşırxanada işləyən bütün qadınlarla bu barədə söhbət apardığını bildirmiş, ancaq yenə da danlanmışdır. İddiaçı həqiqətən qırmızı pomada, qırmızı uzun dırnaqlar, alt-üst sürmə olmuşdur. Şəxslərdən izahat alınması ilə bağlı məlumatı yoxdur. Hərbi hissə komandirinin geyim forması, zinyət əşyalarından istifadə və makiyajla bağlı təlimatı ilə bütün qadın işçiləri tanış etmiş, qol çəkdirmişdir. Mülki işin materiallarında olan:- Cavabdeh komandirinin mülki işçilərin vəzifə borclarının icrasında yol verdikləri nöqsanlara görə cəzalandırılması haqqında 27.*5.2*25ci il tarixli, 558 nömrəli əmrinin surətindən görünür ki, hərbi hissənin şəxsi heyətin uçotu bölmə rəisinin köməkçisi vəzifəsində xidmət edən gizir X9 16.*5.2*25-ci il tarixli, 3-25- 134/1-8*67/2*25 nömrəli və 17.*5.2*25-ci il tarixli, 3-25-134/1-8139/2*25 nömrəli raportlarına əsasən mülki işçi İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 362-ci maddəsinin və Azərbaycan Respublikası Silahlı X3 5*-ci maddəsinin tələblərini (hərbi hissəyə gələrkən makiyajdan və dırnaq boyasından istifadə etdiyi üçün) pozduğuna görə barəsində sonuncu xəbərdarlıqla şiddətli töhmət elan edilmişdir. X5 tərəfindən verilmiş yazılı izahatların surətindən görünür ki, 15.*5.2*25-ci il tarixdə, saat *9:**-da hərbi hissə komandirinin tapşırığına əsasən mülki işçilərin görünüşünə (zahiri) baxış keçirilmiş, həmin vaxt gizir X16, Sadıqov Həmzə (həmkar) və QHQ çavuş X1 (sonradan gəldi) baxış keçirən zaman İddiaçı və X2 gözlərində sürmə və tuş aşkar etmişdirlər. X16 tərəfindən verilmiş yazılı izahatların surətindən görünür ki, 15.*5.2*25-ci il tarixdə, saat *9:**-da hərbi hissə komandirinin tapşırığına əsasən mülki işçilərin görünüşünə, zahiri görkəminə baxış keçirilmiş, həmin vaxt qadın hərbi qulluqçu çavuş X5, həmkar X1* və daha sonra gələn qadın hərbi qulluqçu çavuş X1 baxış keçirən zaman İddiaçı və X2 gözlərində sürmə və tuş aşkar etmişdirlər. Cavabdeh komandiri tərəfindən təsdiq edilmiş tibb məntəqəsinin mülki işçilərinin (tibb bacıları) hərbi hissə komandirinin 27.*5.2*25-ci il tarixli 518 nömrəli əmri ilə tanışlıqdan imtina etmələri barədə daxilolma tarixi 27.*5.2*25-ci il olan aktın əsli ilə üzləşdirilmiş surətindən görünür ki, tibb məntəqəsinin mülki işçiləri İddiaçı və mülki işçi X6 hərbi hissə komandirinin 27.*5.2*25-ci il tarixli 518 nömrəli mülki işçilərin vəzifə borclarının icrasında yol verdikləri nöqsanlara görə cəzalandırılması haqqında əmri ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dövlət qulluqçuları və mülki işçilərin xarici görünüş və geyiminə dair tələblərini (hərbi hissəyə gələrkən əl dırnaqlarının boyanması və makiyajdan artıq istifadə etdikləri üçün) və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 1*-cu maddəsinin “b” bəndinin tələblərini (əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək) pozduqlarına görə verilmiş intizam cəzası ilə tanışlıqdan imtina etmişlər. 2*1 nömrəli hərbi hissə komandirinin 1*.*6.2*25-ci il tarixli, 2697 nömrəli telefonoqramı və Cavabdeh komandirinin *5.*7.2*25-ci il tarixli, 7*2 nömrəli əmrinə əsasən mülki kişi və qadın işçilər üçün geyimə dair tələblər ilə tanış olma cədvəlinin surətindən görünür ki, İddiaçı *7.*7.2*25-ci ildə tarixdə imza edərək tanış olmuşdur. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə uyğun olaraq tərəflərin izahatını, şahid ifadəsini, işdə olan sənədləri obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdıraraq həmin sübutlara hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia əsassız olduğu üçün təmin edilməməlidir. İddiaçı iddia etmişdir ki, şiddətli töhmətin verilməsi əsası kimi kosmetik vasitələrdən istifadə edilməsi göstərilmişdir. Həmin əmrdə digər şəxslərin hansı qayda pozuntu etməsi dəqiq şəkildə göstərilsə də, onun və Təranənin təlimatdakı hansı qaydaları pozmaları dəqiq şəkildə göstərilməmişdir. Həmin təlimat kosmetik vasitələrdən istifadəni tamamilə qadağan etməmişdir, aşırı formada olması qeyd olunmuşdur. Lakin o özü də bildirmişdir ki, qeyd olunan tarixdə kosmetikadan və əmrin tələblərinə zidd olan əşyalardan istifadə etməmişdir. Əmr qərəzli şəkildə tərtib olunmuşdur. Cavabdeh iddia tələbinə qarşı etiraz edərək etirazının əsası kimi istinad etmişdir ki, hərbi hissədə günün nizam qaydası belədir ki, hər gün səhər saat *8:**-da hərbi qulluqçuların sıra düzülüşü, saat *9:**-da isə mülki işçilər üçün sıra baxışı keçirilir. Sıra baxışı kadrlar idarəsinin rəisi, nümayəndələri, yaxud da hərbi hissə komandirinin xüsusilə təyin etdiyi şəxslər tərəfindən həyata keçirilir. Onlar mülki işçilərin üst geyim formasını, smartfon telefonların hərbi hissəyə daxil edilib-edilməməsini yoxlayır, nöqsan aşkar etdikdə isə raportla müraciət edirlər. Əmrdə qeyd olunan tarixdə sıra baxışı keçirilmiş, iddiaçıda, eləcə də digər şəxslərdə qırmızı dodaq boyası, qırmızı dırnaq boyası, uzun dırnaqlar və gözlərində sürmə aşkar edilmişdir. Məhkəmə iddiaçının göstərdiyi dəlilləri işin müəyyən olunmuş hallarına uyğun hesab etmir. Belə ki, iddiaçı təlimatda kosmetik vasitələrdən istifadənin tamamilə qadağan etmədiyini, aşırı formada olmasının qeyd olunduğunu, qeyd olunan tarixdə kosmetikadan və əmrin tələblərinə zidd olan əşyalardan istifadə etmədiyini və əmrin qərəzli şəkildə tərtib olunduğunu göstərsə də, bununla bağlı sübut təqdim etməmişdir. Belə ki, işin müəyyən olunmuş hallarından görünür ki, hərbi hissədə günün nizam qaydası belə olmuşdur ki, hər gün səhər saat *8:**-da hərbi qulluqçuların sıra düzülüşü, saat *9:**-da isə mülki işçilər üçün sıra baxışı keçirilməlidir. Bununla əlaqədar sıra baxışı keçirilərkən iddiaçının daxili nizam qaydalarını pozduğu aşkar edilmişdir. Baxış zamanı təkcə iddiaçının deyil, daxili intizam qaydalarını pozan digər işçilərin də barəsində intizam tənbehi tətbiq edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra Əmək Məcəlləsi) 186.1-ci maddəsinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından suiistifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunda nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Əmək Məcəlləsinin 186.2-ci maddəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 1*-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, daxili intizam qaydalarını pozduqda işəgötürən onun barəsində a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsinə bu Məcəllənin 7*-ci maddəsinin “ç” bəndi ilə xitam vermək kimi intizam tənbeh tədbirlərindən birini tətbiq edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 217.4-cü maddəsində isə göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə qarşı əmrin ona münasibətdə qismən ləğv edilməsi və töhmət verilməsinə görə məhrum olduğu əmək haqqına aylıq əlavələrin cavabdehdən tutularaq ona ödənilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin olunmamalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-22*, 227, 233, 358 və 36*-cı maddələrini rəhbər tutub məhkəmə, qət etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə qarşı əmrin ona münasibətdə qismən ləğv edilməsi və töhmət verilməsinə görə məhrum olduğu əmək haqqına aylıq əlavələrin cavabdehdən tutularaq ona ödənilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin olunmasın. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar