Məhkəmə qərarları › İş №2(125)-6957/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-6957/2025

11.12.2025 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-6957/2025 11.12.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs) «mediasiya prosesində bağlanmış barışıq sazişinin təsdiq edilməsi tələbi» barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi (maralı şəxs Maraqlı şəxs) Maraqlı şəxs ilə xx.xx.2024-cü il tarixdə mediasiya prosesində bağlanmış barışıq sazişinin məcburi icraya yönəldilməsi və aliment məbləğinin indeksasiya edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək bildirdi ki, Maraqlı şəxs ilə xx.xx.2013-cü il tarixdə nikahlarını qeydə aldırmışlar. Onların birgə nikahlarından xx.xx.2014-cü ildə X8 və xx.xx.2015-ci ildə X4 anadan olmuşdur. Gəncə Şəhər Məhkəməsinin 2025-ci il tarixli qətnaməsi ilə Maraqlı şəxs aralarında olan nikah pozulmuşdur. xx.xx.2024-cü il tarixdə mediasiya prosesində birgə nikahlarından anadan olmuş uşaqların saxlanması üçün hər ay hər uşaq üçün 175 manat, cəmi 350 manat sabit pul məbləğində alimentin ödənilməsinə dair onların aralarında barışıq sazişi bağlanmışdır. Onlar arasındakı şifahi razılığa görə Maraqlı şəxs uşaqların saxlanmasında 350 manat alimentdən başqa hər həftə sonu uşaqlarla görüşəndə də onlar maddi köməklik etməli idi. Lakin Maraqlı şəxs alimenti vaxtında ödəsə də alimentdən başqa ona heç bir maddi yardım göstərməmişdir. Onunla Maraqlı şəxs birgə nikahından anadan olmuş Ruqəyyə epilepsiya xəstəsidir. O özü isə uşaqları ilə birlikdə Gəncə şəhəri, Dədə Qorqud küçəsində yerləşən kirayə qalır və hər ay 200 manat kirayə haqqı ödəyir. Lakin barışıq sazişi ilə təyin olunan aliment məbləği isə uşaqların saxlanmasında heç cür kifayət etmir. Buna görə də qeyd edilən barışıq sazişinin təsdiqlənərək icraya yönəldilməsinə zərurət yaranmışdır. Sonda Ərizəçi ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Maraqlı şəxs ərizəçinin xahişini qəbul etməyərək izahatında göstərdi ki, o, xx.xx.2024-cü il tarixdə mediasiya prosesində bağlanmış barışıq sazişinin şərtlərinə əməl edir və təyin olunan alimenti hər ay vaxtında, hətta vəzi aylar vaxından da əvvəl ödəyir. Bununla yanaşı o, mediasiya prosesinə bağlanmış barışıq sazişində müəyyən edilmiş alimentdən artıq ödəniş də etmişdir. Hazırda onun Ərizəçi alimentdən əlavə ödəməməsinin səbəbi başqa şəxslə nikahda olması və arvadının hamilə olmasıdır. Belə ki, onun öhdəliyində saxlamalı olduğu ailəsi var. O, özü elektrik çilingəri kimi işləyib, aylıq 700 manat əmək haqqı aldığından və əlavə gəliri olmadığından qazancı qeyd olunan maddi xərclərini çətinliklə ödəyir. Sonda Maraqlı şəxs ərizəçinin xahişinin təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə, ərizəçinin və maraqlı şəxsin izahatını dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan AZ-T seriyalı 314373 nömrəli doğum haqqında şəhadətnamənin və AZ-T seriyalı 314374 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, xx.xx.2014-cü il tarixdə anadan olmuş X5 və xx.xx.2015-ci il tarixdə anadan olmuş X2 atası Maraqlı şəxs, anası isə Ərizəçidır. İşdə olan xx.xx.2024-cü il tarixdə mediasiya prosesində bağlanmış barışıq sazişindən görünür ki, Maraqlı şəxs Ərizəçi ilə birgə nikahlarından xx.xx.2014-cü il tarixdə anadan olmuş X5 və xx.xx.2015-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 175 manat, cəmi 350 manat sabit pul məbləğində alimentin xx.xx.2024-cü il tarixdən hər ayın 4-5-i ödəməyi öz üzərinə götürmüşdür. İş materiallarında olan Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)- 6627/2025 nömrəli qərardadından görünür ki, Ərizəçi Maraqlı şəxs qarşı «aliment tələbi» barədə iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsindən imtina edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli,xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli,xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixi, xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli ödəniş qəbzlərinin surətlərindən görünür ki, X7 416973xxxxxx8618 nömrəli kart hesabına 350 manat məbləğində pul vəsati mədaxil edilmişdir. Beləliklə, müliki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesində xx.xx.2025-ci il tarixdə bağlanmış barışıq sazişinin şərtlərinə uyğun olaraq, Maraqlı şəxs tərəflərin birgə nikahından xx.xx.2014-cü il tarixdə anadan olmuş X6 və xx.xx.2015-ci ildə anadan olmuş X1 üçün hər ayın 4-5 tarixlərində Ərizəçi 350 manat sabit pul məbləğində aliment ödəməyi öhdəsinə götürmüşdür. Maraqlı şəxs həmin barışıq sazişinin şərtlərinə uyğun olaraq, öhdəliklərini icra etmiş və həmin hal Ərizəçi məhkəmə iclasında verdiyi izahat, həmçinin Maraqlı şəxs məhkəməyə təqdim etdiyi ödəniş qəbzləri ilə təsbit olunmuşdur. Lakin Ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etmiş və barışıq sazişinin təsdiq olunmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə görə «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə görə barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, Ərizəçi ilə mediasiya prosesində xx.xx.2025-ci il tarixdə bağlanmış barışıq sazişinin şərtlərinə uyğun olaraq, Maraqlı şəxs razılaşdırılmış aliment öhdəliklərini icra etmiş, qeyd olunan xüsusat Ərizəçi izahatı ilə təsdiq olunmuşdur. Bununla da Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə uyğun olaraq, Maraqlı şəxs Ərizəçi ilə mediasiya prosesində xx.xx.2025-ci il tarixdə bağlanmış barışıq sazişinin şərtlərinə əməl etməsini sübut etmə vəzifəsindən azad olmuşdur. Lakin Ərizəçi mediasiya prosesində bağlanmış həmin barışıq sazişinin təsdiq olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Halbulki, MPM-nin 355-23.1-ci maddəsinin tələbi baxımından mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi həmin barışıq sazişinin məcburi icrası üçün onun təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmək hüququ əldə edir. Buna görə də məhkəmə Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesində xx.xx.2025-ci il tarixdə bağlanmış barışıq sazişi ilə müəyyən edilmiş öhdəliklərin Maraqlı şəxs tərəfindən icra edilməsini nəzərə alaraq, hesab edir ki, Ərizəçi (Maraqlı şəxs) «mediasiya prosesində bağlanmış barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair ərizəsi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 355-23-355-26, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi Firdovsi qızının (Maraqlı şəxs) «mediasiya prosesində bağlanmış barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair ərizəsi təmin edilməsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar