Məhkəmə qərarları › İş №2(125)-6978/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-6978/2025

25.02.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-6978/2025 25.02.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X24 İsa oğlunun sədrliyi, X26 oğlunun katibliyi, İddiaçı, Üçüncü şəxs X7 iştirakları ilə, İddiaçı cavabdeh 1 saylı Gəncə Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı miras əmlak üzərində vərəsəlik hüququnun tanınması və miras əmlakdan payının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmədə baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh 1 saylı Gəncə Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X4ndan qalmış ünvan 1 ünvanında yerləşən 0,05 ha torpaq sahəsindən ibarət mirasın qəbul edilməsi müddətinin bərpa edilməsi və ona vərəsəlik şəhadətnaməsi verilməsi öhdəliyinin cavabdeh 1 saylı Gəncə Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin üzərinə qoyulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, mərhum X4ndan qalmış ünvan 1 ünvanında yerləşən 0,05 ha torpaq sahəsindən ibarət miras əmlaka dair vərəsəliyinin və miras əmlakdan payının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1074-cü ildə Gəncə şəhərində doğulmuşdur. X4, anası X16 olmuşdur. Atası ilə anasının birgə nikahlarından onunla birlikdə İddiaçı, X15 və X14 adlı 3 övladları olmuşdur. X4 30 avqust 2009-cu ildə vəfat etmişdir. X8 Gəncə şəhəri, Adil Cıqqarov küçəsi, giriş 30 ünvanında 0,05 ha torpaq sahəsi miras qalmışdır. X22 vəfat etdikdən sonra onun 4 vərəsəsi qalmışdır, digər 3 vərəsə, yəni anası X16, qardaşları X15 və X14 mirasdan onun xeyrinə imtina edirlər. Belə ki, atası vəfat etdikdən sonra ondan miras qalmış torpaq sahəsini o, sahiblənib idarə etmiş, torpaq pulu, su pulunu və s. xərcləri o ödəyir, torpaq sahəsində ev inşa etməyə başlamışdır. O, torpaq sahəsinin X4na məxsus olmasına dair daşınmaz əmlakın dövlət reyestrindən arayışı 13 oktyabr 2025-ci il tarixdə ala bilmişdir. Buna görə atasından qalmış mirasın qəbulu ilə bağlı 17 oktyabr 2025-ci il tarixdə 1 saylı Gəncə Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə müraciət etmişdir. Lakin qeyd edilən Notariat Ofisi mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddəti ötürməyini bəhanə gətirərək ona vərəsəlik şəhadətnaməsi verməkdən imtina etmişdir. O, notariusun imtinası ilə razı deyildir. Buna görə hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmədə İddiaçı ərizəni müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun gələn izahat vermiş və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmənin iclasında iştirak edən üçüncü şəxs X14 izahatında bildirmişdir ki, o, miras əmlakdan ona çatası miras payını qanunla müəyyən olunmuş müddətdə bilərəkdən qəbul etməmişdir. Vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəmir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh 1 saylı Gəncə Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, notarius Nəcəf Qurbanov məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq üçüncü şəxslər X16 və X15 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə cavabdeh 1 saylı Gəncə Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin nümayəndəsinin, üçüncü şəxslər X16 və X11 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdırıb hesab edir ki, iddia əsaslı olduğundan, təmin edilməlidir. Belə ki, işdə olan ölüm haqqında şəhadətnamədən müəyyən olunur ki, X13 xx.xx.2009-cu ildə ölmüşdür. İşdə olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən arayışdan görünür ki, ünvan 2 ünvanında 0.05 ha torpaq sahəsi tam mülkiyyət hüququ ilə X9 adına qeydiyyata alınmışdır. İş materiallarında olan 1 saylı Gəncə Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, təqdim edilmiş sənədlərdən müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən İddiaçı mirasın qəbul müddətini keçirmişdir. Ona görə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə uyğun olaraq mirasın qəbulu faktının müəyyən edilməsi ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan 1 saylı Gəncə ASAN Xidmət mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinin arayışından görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində X10 aid 02 dekabr 2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və X9 ailə tərkibində arvadı X16, qızı İddiaçı, oğulları X15 və X14 göstərilmişdir. İşdə olan ərizədən görünür ki, X16 ərizə ilə müraciət edərək bildirmişdir ki, əri X13 xx.xx.2009-cu ildə vəfat etmişdir. Mərhumun vəfatından sonra adına miras qalmış əmlakın vərəsəliyini qəbul etmir. Vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəmir. İşdə olan ərizədən görünür ki, X14 ərizə ilə müraciət edərək bildirmişdir ki, X4 xx.xx.2009-cu ildə vəfat etmişdir. Mərhumun vəfatından sonra adına miras qalmış əmlakın vərəsəliyini qəbul etmir. Vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəmir. İşdə olan ərizədən görünür ki, X15 ərizə ilə müraciət edərək bildirmişdir ki, X4 xx.xx.2009-cu ildə vəfat etmişdir. Mərhumun vəfatından sonra adına miras qalmış əmlakın vərəsəliyini qəbul etmir. Vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəmir. Beləliklə, məhkəmədə tədqiq edilmiş sübutlarla işin faktiki halları kimi müəyyən olunmuşdur ki, mirasqoyan X5 Gəncə şəhəri, Adil Cıqqarov küçəsi, giriş 30 ünvanında 0.05 ha torpaq sahəsi miras qalmışdır. X2 X16 ilə birgə nikahından üç övladı anadan olmuşdur. Onların hazırda üç övladları- İddiaçı, X15 və X1. X6, X15 və X3 Hidayət Muxtar oğlundan miras qalmış əmlakın vərəsəliyini qəbul etmədikləri barədə notariat qaydasında təsdiqlənmiş ərizə imzalamışlar. Məhkəmə ilk növbədə iddianın hüquqi əsası ilə bağlı aşağıdakı normaları qeyd etməyi vacib hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. İş üzrə mərhum X13 xx.xx.2009-cu ildə öldüyündən və vərəsəlik həmin tarixdən açıldığından mübahisəli münasibətlərə hazırda qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. Məhkəmə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, mübahisə predmeti əsasən miras əmlakın hüquqi müqəddəratının müəyyən edilməsi ilə bağlı olduğundan ilk növbədə mirasın kütləsinə aid olan əmlak növləri müəyyənləşdirilməli, daha sonra isə həmin əmlakın bölgüsü məsələsinə qiymət verilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamda malik olduğu əmlak hüquqlarının və vəzifələrinin toplusu daxildir. Məhkəmə qeyd edir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən arayışa əsasən Gəncə şəhəri, Adil Cıqqarov küçəsi, giriş 30 ünvanında 0.05 ha torpaq sahəsi tam mülkiyyət hüququ ilə X9 adına qeydiyyata alınmışdır. Buna görə də həmin əmlaklar mirasın kütləsinə daxildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideyinlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin qanunun 1159.1.2-ci maddəsinə əsasən, övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159.1.3-cü maddəsinə əsasən, bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Baxılan işdə işin faktiki halları kimi həmçinin müəyyən olunur ki, İddiaçı mərhum X4nun qanun üzrə vərəsəsi olmaqla mirası faktiki qəbul etməklə idarə etmişdir. Qalan bütün birinci növbəli vərəsələr mirasın qəbulundan imtina etmişlər və hazırda miras əmlakla bağlı vərəsələr arasında heç bir mübahisə yoxdur. Belə halda, məhkəmə hesab edir ki, iddiaçının hazırki tələbi təmin olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. 30 avqust 2009-cu ildə ölmüş X5 miras qalmış ünvan 3 ünvanda yerləşən, 0.05 ha torpaq sahəsindən ibarət miras əmlak üzərində ölənin qanun üzrə birinci növbəli vərəsəsiqızı İddiaçı tam payı müəyyən olunsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi (çatdırıldığı) gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar