Məhkəmə qərarları › İş №2(125)-698/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-698/2024

13.05.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-698/2024 13.05.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətəçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Gəncə Şəhər İcra Hakimiyyəti) «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi (maraqlı şəxs Gəncə Şəhər İcra Hakimiyyəti) «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» barədə ərizə ilə məhkəməyə müraciət edərək, *2.*8.2**2-ci il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında xahişini müdafiə edərək izahatında bildirdi ki, X2 oğludur və anadan olduğu vaxtdan X4 serebral iflic, spastik tetraparez, intellektual və nitq inkişafının geri qalması diaqnozlarından əziyyət çəkir. Həmin uşağın qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu vardır və birinci dərəcəli əlilldir. X3 daimi qulluğa ehtiyacı vardır, yataq xəstəsidir, danışa bilmir, yalnız qulağı eşidir və gözləri görür. X4 həmin xəstəliyi ilə əlaqədar özünü idarə edə, ən zəruri tələbatlarını ödəyə və öz adından hüquq münasibətlərinə daxil ola bilmir. X1 və ailə üzvlərinin nəzarətində saxlanılır. Hazırda X4 yetkinlik yaşına çatdığına görə o, X3 maraqlarının təmin olunması üçün onun adından əqdlər bağlaya və müraciətlər ünvanlaya bilmir. Buna görə də X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və onun X3 üzərində qəyyum təyin olunması zərurəti yaranmışdır. Sonda Ərizəçi ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. İş üzrə maraqlı şəxs Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi təmin edilməlidir. Belə ki, iş materiallarında olan İ-МЮ seriyalı 86**15 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X4 *2.*8.2**2-ci il tarixdə Rusiya Federassiyasının, Moskva şəhərində anadan olmuşdur. Həmin uşağın atası X5, anası Əliyeva (Nəsibova) Elnarə Elman qızıdır. İşdə olan Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən keçirilmiş müayinə barədə elektron məlumatdan görünür ki, *2.*8.2**2-ci il təvəllüdlü X4 serebral iflic, spastik tetraparez, intellektual və nitq inkişafının geri qalması, ətrrafların əqiqləşdirilmiş digər deformasiyaları, hər iki diz oynağında rekurvasiya, hərəkətin və yerişin pozulmaları, dayaq hərəkət yeriş funksiyasının kəskin pozulması xəstəliyindən əziyyət çəkir. Müddətsiz olaraq birinci dərəcəli əlilldir. İş materiallarında olan Gəncə Şəhər İcra Hakimiyyəti başçısının *4.12.2*23-cü il tarixli. 5-1/1-Ə-396-*99 nömrəli məktubundan görünür ki, Ərizəçi X3 fəaliyyət qabiliyyətsiz hesab edilməsi ilə bağlı məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. İşdə olan ambulator məhkəmə psixiatrik ekspertizasının *1.*4.2*24-cü il tarixli 55 nömrəli rəyindən görünür ki, *2.*8.2**2-ci il tarixdə anadan olmuş X4 ağır dərəcəli əqli gerilik, uşaq serebral iflicinin qalıq əlamətləri və davranış pozuntuları ilə XBT-1* (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı-1*-cu baxış) F72.1 xəstəliyi keçirməsi səbəbindən,o, öz əməlinin faktiki xarakterini dərk etmək və öz əməlini idarə etmək iqtidarında deyildir. X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunmalıdır. Beləliklə, işdə olan sübutlarla təsdiq olunur ki, X4 ağır dərəcəli əqli gerilik, uşaq serebral iflicinin qalıq əlamətləri və davranış pozuntuları ilə XBT-1* (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı-1*-cu baxış) F72.1 xəstəliyi keçirməsi səbəbindən,o, öz əməlinin faktiki xarakterini dərk etmək və öz əməlini idarə etmək iqtidarında deyildir. X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyyəti olmayan hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Bununla əlaqədar məhkəmə hesab edir ki, *2.*8.2**2-ci il tarixdə Rusiya Federassiyasının, Moskva şəhərində anadan olmuş X4 fəaliyyət qabiliyyətli olmayan hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-22*, 227, 358-36* və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. *2.*8.2*22-ci il tarixdə Rusiya Federassiyasının, Moskva şəhərində anadan olmuş X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamə fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs *2.*8.2*22-ci il tarixdə Rusiya Federassiyasının, Moskva şəhərində anadan olmuş X3 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar