Məhkəmə qərarları › İş №2(125)-7007/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-7007/2023

29.12.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-7007/2023 29.12.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə Xanbaba oğlunun iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «təbii qazdan qanunsuz istifadəyə görə hesablanmış borcun silinməsi» tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Gəncə X2 İdarəsinə qarşı Gəncə X2 İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2018-ci il tarixdə və xx.xx.2023-cü il tarixdə tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli və ******* nömrəli aktların ləğv edilməsi və həmin aktlar əsasında hesablanmış 24.840 kub metr həcmində qaz sərfiyyatının silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki işin məhkəmədə baxılmağa hazırlanması zamanı iddiaçının nümayəndəsi Nümayəndə Xanbaba oğlu iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, cavabdeh Gəncə X2 İdarəsinin Cavabdeh ilə əvəz edilməsi, «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» xx.xx.2018-ci il tarixli, ******* nömrəli akt əsasında təbii qazdan qanunsuz istifadəyə görə hesablanmış 11.880 kub metr və xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt əsasında təbii qazdan qanunsuz istifadəyə görə 12.960 kub metr qaz sərfiyyatı üçün hesablanmış borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə Xanbaba oğlu məhkəmə iclasında iddianı müdafiə edərək bildirdi ki, iddiaçının mülkiyyətin də olan Gəncə şəhəri, AKTA-6 ünvanında yerləşən mülkə Gəncə Regional Qİİ-nin əməkdaşları tərəfindən baxış keçirilmiş, 2018-ci və 2023-cü illərdə akt tərtib edilmişdir. Akta əsasən qaz sayğacına müdaxilə olunduğu aşkar edilmiş və əlavə qaz sərfiyyatı hesablanmışdır. İddiaçı 2014-cü il tarixdən azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir və hazırda da 11 saylı cəzaçəkmə müəssisəsində cəzasını çəkir. İddiaçı azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqdan sonra evində heç kim yaşamamışdır. Həmin dövrdə ərazidə işləyən Gəncə Regional Qİİ-nin əməkdaşı Şahlar Bayramov adlı şəxs həmin evin qaz sayğacını söküb aparmış, uzun sürən şikayət və tələblərdən sonra ora başqa bir sayğac gətirib quraşdırılmışdır. Lakin İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, AKA-6 ünvanında yerləşən mülkə 2018-ci və 2023-cü illərdə aktlar tərtib edilmiş, əsassız qaz sərfıyyatı hesablanmışdır. Gəncə şəhəri, AKTA-6 ünvanında yerləşən fərdi yaşayış evinə dair Gəncə Regional Qİİ-nin əməkdaşları tərəfindən qanunsuz olaraq tərtib edilmiş aktların və protokolların heç birinin əsli rəsmi olaraq, təqdim edilməmişdir. Müraciət edildikdən sonra təqdim olunan aktlardan da aydın görünür ki, tərtib olunmuş aktlar qanunsuzdur. Belə ki, təqdim olunmuş sənədlərdən aydın görünür ki, xx.xx.2018-ci il tarixdə təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib olunmuşdur. Aktda istehlakçıya məxsus yaşayış sahəsində quraşdırılmış qaz sayğacına xx.xx.2018-ci il tarixdə, saat 17:00-da baxış keçirilməsi qeyd edilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh xx.xx.2018-ci il tarixli aktından isə aydın görünür ki, xx.xx.2018-ci tarixdə Gəncə Qİİ-dən Dövlət yoxlamasına aparılmiş əhalinin mexaniki tipli qaz sayğaclarına xx.xx.2018-ci il tarixdə baxış keçirilmişdir. Bundan başqa, qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2018-ci tarixli aktından isə aydın görünür ki, yeni sayğac məhz xx.xx.2018-ci il tarixdə quraşdırılaraq təhvil verilmişdir. Bundan başqa qaz işlədicilərinin orta günlük iş rejimi 24 saat və hesabat müddəti isə 90 gün kimi qəbul edilmişdir. Digər tərəfdən dəymiş ziyan Cavabdeh İB tərəfindən düzgün hesablanmamışdır. Yəni Gəncə X2 İdarəsinin gəldiyi nəticəyə görə evdə olan qaz işlədiciləri 90 gün dayanmadan işləmişdir ki, buda həqiqətə uyğun deyildir. Ümumilikdə 24.840 kub metr əlava qaz sərfiyyatı hesablanmışdır. Belə ki, hesablanmış bu sərfiyyat düzgün hesablanmamaqla yanaşı, qanunsuz olaraq hesablanmışdır. Sonda Nümayəndə Xanbaba oğlu iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Cavabdeh nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə məhkəməyə məlumat vermədən məhkəmə iclaslarına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayənəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» xx.xx.2018-ci il tarixli ******* nömrəli aktın surətindən görünür ki, sayğacda xəta olması ilə əlaqədar ******* nömrəli sayğac çıxarılmış və 1702AZ**********3 nömrəli sayğacla əvəz edilmişdir. İşdə olan xx.xx.2018-ci il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın sürətindən görünür ki, Gəncə şəhəri, AKTA-6 ünvanında yerləşən evin qaz sayğacının hesablama mexanizminin qapağına vurulan plomb kəsilmişdir. Cəmi 11.880 kub metr qaz sərfiyyatı hesablanmışdır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli aktın 11-ci qrafasından görünür ki, ******* nömrəli sayğacın hesablama mexanizminin qapağına vurulan plomun kəsilməsi, sayğacın hesablama mexanizminin qapaq alt hissəsinin əzilməsi aşkar edilmişdir. İşdə olan «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» xx.xx.2023-cü il tarixli ******* nömrəli aktın surətindən görünür ki, dövri yoxlama zamanı 1702AZ**********3 nömrəli sayğac **********294 nömrəli sayğac ilə əvəz edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, Gəncə şəhəri, AKA-6 ünvanında yerləşən evin qaz sayğacının çıxış plastmas borusunun deşik olması aşkar edilmişdir. Cəmi 12.960 kub metr qaz sərfiyyatı hesablanmışdır. İşdə olan xx.xx.2023-cü il tarixli, 14-2-2/3-5-2410-1 nömrəli qaz sayğacının yoxlanılması barədə aktın 8-ci qrafasından görünür ki, 1702AZ**********3 nömrəli sayğacın çıxış plastmas borusunun deşilmişdir. Sayğac nominal və minimal sərfiyyatda 100 faiz nisbi xətayla işləyir. Kamera ilə sayğacın daxilinə baxış keçirilmiş, plastmas boruda deşik aşkar edilmişdir.Hesablama mexanizmi nominal və minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmir. Sayğac istismara yararsızdır. Beləliklə, işdə olan sübutlarla təsdiq olunur ki, İddiaçı qaz təchizatı üzrə **********12140 abonent kodlu istehlakçıdır. Gəncə şəhəri, AKTA-6 ünvanında yerləşən fərdi yaşayış evinə gedən qaz xəttinin üzərində quraşdırılmış «G-4» markalı «Elister» tipli ******* zavod nömrəli qaz sayğacı Nümayəndə adına qeydiyyata alınmışdır. Qazdan istifadəyə görə həmin sayğacla hesablanmış abonent borcu İddiaçı tərəfindən ödənilmişdir. xx.xx.2018-ci il tarixdə həmin sayğac «G4» markalı «İtlon» tipli 1702AZ**********83 nömrəli sayğacla əvəz edilmişdir. Sonradan xx.xx.2023-cü il tarixdə həmin «dövri yoxlama müddəti çatıb» qeydi ilə həmin sayğacda xətdən açılmışdır. Bu barədə xx.xx.2018-ci il tarixli ******* nömrəli və xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktlar tərtib edilmişdir. Lakin həmin aktlar qanunla nəzərdə tutulan qaydada tərtib olunmamış, bununla aktın qanuniliyi və onda qeyd edilən xüsusatların həqiqiliyi şübhə yaratmışdır. Belə ki, Cavabdeh Gəncə X2 İdarəsinin Gəncə Qaz İstismar Sahəsinin əməkdaşları tərəfindən Gəncə şəhəri, AKTA-6 ünvanında yerləşən fərdi yaşayış evinə aid qaz sayğacının texniki baxışının keçirilməsi zamanı Nümayəndə iştirakı təmin olunmamışdır. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 13-cü maddəsinin 9-cu hissəsinin tələbinə görə məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 5.4-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qərarın 4.9-cu bəndinin tələbinə görə İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinin tələblərinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mükli dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə (zərərçəkənə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Bəhs edilən Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Göstərilən Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinin tələbinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 21 may 2002-ci il tarixli Qərarında göstərilir ki, zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli ola bilər. Qanunvericiliyin qeyd edilən normalarının tələbindən göründüyü kimi, mülki hüquq münasibətlərinin iştirakçıları arasında öhdəliyin əmələ gəlməsi üçün onlar arasında müqavilənin mövcudluğu, eləcə də əsassız varlanma zəruri şərt olsa da, belə öhdəliklərin yaranma əsaslarına deliktlər, yəni hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl də daxildir. Deliktlərin yaranması üçün isə Mülki Məcəllənin 1096-cı maddəsinin tələbinə görə üç zəruri amilin mövcudluğu labüddür. Belə ki, deliktlərdən əmələ gələn öhdəliyin yaranması üçün həmin hərəkət təqsirli olmalı, hüquq və ya qanunula qadağan edilməli və başqa şəxsə zərər vurmalıdır. Həmçinin Azərbaycan Respublikası Konstitusiyasının, eləcə də Konstitusiyanın 148-ci maddəsi üzrə Azərbaycan Respublikası qanunvericilik sistemini təşkil edən və yuxarıda qeyd edilmiş normativ hüquq aktların tələbinə görə şəxsin təqsiri müəyyən edilməyən əməllə (hərəkət və ya hərəkətsizliyə) əlaqədar hər hansı (maddi və ya qeyri-maddi) məsuliyyətə cəlb ediməsi qanuna uyğun deyildir və həmin şəxsin təqsirli olmadığı hərəkətlərə görə delikt öhdəlikləri yaranmır. Lakin mülki işin məhkəmə tədqiqi zamanı İddiaçı təqsirli hərəkətləri nəticəsində cavabdehə maddi zərər vurulması, eləcə də təbii qazdan qanunsuz istifadə etmə halları aşkar edilməmişdir. Digər tərəfdən qaz sayğacı İddiaçı daim nəzarət altında saxlaya bilmədiyi Gəncə şəhəri, Gəncə şəhəri, AKTA-6 ünvanında yerləşən fərdi yaşayış evinə gedən qaz borusunun küçə hissəsində quraşdırılmış və bununla əlaqədar həmin sayğaca İddiaçı tərəfindən daimi nəzarət edilməsi mümkün olmamışdır. Həmçinin, həmin sayğacın dövri yoxlaması mütəmadi olaraq, Gəncə X2ı İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 5.4-ci bəndinin tələbi baxımından onun işlək vəziyyətdə saxlanılmasına cavabdehliyi Cavabdeh İB daşımışdır. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Mülki işin məhkəmə tədqiqi zamanı iddiaçı öz iddia tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirsə də, cavabdeh iddia tələbinə öz münasibətini, etirazı olduğu halda isə onun əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı qaz sayğacında yaranmış qüsurla əlaqədar dəymiş ziyanın əvəzi qismində Cavabdeh «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» xx.xx.2018-ci il tarixli ******* nömrəli aktı əsasında hesablanmış 2.376 manat və «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» xx.xx.2023-ci il tarixli 03.07872 nömrəli aktı əsasında hesablanmış 1.555 manat 20 qəpik məbləğində borc silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası təmin edilsin. İddiaçı qaz sayğacında yaranmış qüsurla əlaqədar dəymiş ziyanın əvəzi qismində Cavabdeh «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 22 iyun 2018-ci il tarixli ******* nömrəli aktı əsasında hesablanmış 2.376 (iki min üç yüz yetmiş altı) manat və «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 24 fevral 2023-ci il tarixli ******* nömrəli aktı əsasında hesablanmış 1.555 (bir min beş yüz əlli beş) manat 20 (iyirmi) qəpik məbləğində borc silinsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar